Allahın sonsuz rəhməti


Digərləri 29 Yan 2023 22:50:00 266 0

Allahın sonsuz rəhməti

Allah-taala "Zumər" surəsinin 53-cü ayəsində məhəbbətinin, lütfünün və rəhmətinin sönsuzluğundan danışır və bütün günahların əfv olma fərmanını vermişdir. Buyurur:

قُلْ یا عِبادِیَ الَّذِینَ أَسْرَفُوا عَلى أَنْفُسِهِمْ لاتَقْنَطُوا مِنْ رَحْمَةِ اللّهِ إِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ جَمِیعاً إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیم "De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları bağışlayır. Çünki bağışlayan və mehriban Odur!" Əgər bu ayənin ifadələrinə diqqət etsək, görərik ki, o, bütün günahların bağışlanması ilə bağlı ən ümidverici Quran ayələrindən biridir. Bu ayənin mənası o qədər böyükdür ki, Əmirəl-möminin (ə) buyurur: ما فِى القُرْآنِ آیَةٌ أَوْسَعُ مِنْ یا عِبادِىَ الَّذِیْنَ أَسْرَفُوا... "Quranın ayələrinin arasında bu ayədən geniş mənalı ayə yoxdur." Buna dəlil olaraq aşağıdakıları qeyd edirik: 1. "یا عِبادِىَ"(Ey Mənim bəndələrim) ifadəsi ilə başlaması Allahın lütfünü göstərir. 2. "Zülm, günah və cinayət" kəlmələrinin yerinə "israf" kəlməsini işlətmək də Allahın başqa bir lütfüdür. 3. "عَلى أَنْفُسِهِم" (özlərinə) ifadəsi onu göstərir ki, insanların günahı Onun özünə qayıdır. Bu da Allahın lütfünə digər bir işarədir. Necə ki, ürəyi yanan ata öz övladına deyir: "Özünə bu qədər zülm etmə!" 4. "لاتَقْنَطُوا"(Məyus olmayın) ifadəsi, "qunut" (kökündəndir) və "xeyirdən məyus olmaq" mənasında olduğundan dəlalət edir ki, günahkar Allahın lütfünə ümidsiz olmamalıdır. 5. "لاتَقْنَطُوا"(Məyus olmayın) cümləsindən sonra gələn "مِنْ رَحْمَةِ اللّهِ" (Allahın rəhmətindən) ifadəsi Allahın özünün xeyir və məhəbbətinə daha da təkid etməsidir. 6. "إِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ"(Həqiqətən, Allah günahları bağışlayandır) cümləsinə çatan vaxt cümlənin təkid hərfi (innə) ilə başlamasını görürük. "الذنوب" (لام) Əz-Zunub sözündəki əlif və lam hərfi istisnasız olaraq bütün günahları əhatə edir. 7. (cəmiən) "جَمِیْعاً"kəlməsi də təkid kəlməsidir və birinci təkid cümləsinə əlavə olaraq, ümidvarlığı kuliminasiya mərhələsinə (zirvə nöqtəsinə) çatdırır. 8 və 9. Allahın ümid sifətlərindən olan "rəhim" və "ğəfur" kəlmələrini vəsf etdikdə, məyusluğa və ümidsizliyə yer qalmır. Bəli, elə buna görə də, yuxarıdakı ayə Quranın ən geniş ayələrindəndir və bütün günahları əhatə edir. Həqiqətən də, sonsuz lütf və naməhdud feyzlə dolu olan Allahdan bundan başqa bir şeyi gözləmək olmaz. Rəhməti qəzəbinə üstün gələn, rəhməti üçün bəndələrini yaradan və qəzəbi üçün deyil mehribanlığı üçün rəhmətini yağdıran Allah daha böyük və ucadır. Allah mehriban və bağışlayandır.

İrandakı antiAzərbaycan mühiti terror aktının baş verməsinə müəyyən rəvac verib like
  • 29 Yan 22:49  
Siyasət İrandakı antiAzərbaycan mühiti terror aktının baş verməsinə müəyyən rəvac verib

İrandakı anti-Azərbaycan mühiti terror aktının baş verməsinə müəyyən

arrow Ətraflı
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini like
  • 29 Yan 22:48  
Siyasət Azərbaycanın Təbrizdəki Baş Konsulluğu fəaliyyətini

Azərbaycanın Təbrizdəki Baş Konsulluğun fəaliyyətini davam etdirəcək.

arrow Ətraflı
Səfirliyə hücum zamanı yaralananlar təcili yardım like
  • 29 Yan 22:46  
Siyasət Səfirliyə hücum zamanı yaralananlar təcili yardım

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirən təyyarə B

arrow Ətraflı
Sinir sisteminin orqanizmdə rolu like
  • 29 Yan 22:30  
Digərləri Sinir sisteminin orqanizmdə rolu

Orqanizmin fizioloji funksiyalarının tənzimində və həyat fəaliyyətinin t

arrow Ətraflı
Qarın piylərinizi əritməyə mane olan 5 səbəb – like
  • 29 Yan 22:25  
Digərləri Qarın piylərinizi əritməyə mane olan 5 səbəb –

Qarın, bel, göbək nahiyəsində toplanan piy və artıq çəki ən ağır, ə

arrow Ətraflı
Öz qəlbini qidalandır like
  • 29 Yan 22:20  
Digərləri Öz qəlbini qidalandır

Öz qəlbini qidalandırİnsan bu aləmdə öz qəlb və ruhu ilə yaşamaq ist�

arrow Ətraflı
Yeni doğulmuş uşağın hipoksiyası like
  • 29 Yan 22:15  
Digərləri Yeni doğulmuş uşağın hipoksiyası

Bətndaxili  döl  özünün  inkişafı  üçün  ananın  orqanizmindən

arrow Ətraflı
Quranı kimlər qələmə alıb? like
  • 29 Yan 22:10  
Digərləri Quranı kimlər qələmə alıb?

Mötəbər İslam tarixçilərinin bildirdiyinə görə həzrət Peyğəmbərə

arrow Ətraflı
Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz – like
  • 29 Yan 22:05  
Digərləri Allergiya və öskürək dərmanlarını bir qəbul etmək olmaz –

Hazırda bir çox xəstələr öskürəyin nədən olduğunu bilmədiklərinə g

arrow Ətraflı
X histiosistozu like
  • 29 Yan 22:01  
Digərləri X histiosistozu

Ağciyərlərin X histiosistozu retikulohistiosistar sistemin naməlum etiologiy

arrow Ətraflı
Terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır like
  • 29 Yan 21:58  
Siyasət Terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır

Törədilən terrora görə İran bir dövlət kimi məsuliyyət daşıyır.

arrow Ətraflı
İran öz hərbi obyektlərinə hücum edib like
  • 29 Yan 21:57  
Siyasət İran öz hərbi obyektlərinə hücum edib

"The New York Times" qəzeti İranın İsfahandakı hərbi infrastrukt

arrow Ətraflı
İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa like
  • 29 Yan 21:56  
Siyasət İrəvanın “arzuolunmaz şəxs” elan etdiyi Fransa

"Daşnaksütyun" Partiyasının daha bir üzvü - təşkilatın Fransa

arrow Ətraflı
Batil əqidələr: Əhmədiyyə like
  • 29 Yan 21:55  
Digərləri Batil əqidələr: Əhmədiyyə

Qadiyani Həzrət Mühəmmədin (s) Quranda "xatəmün-nəbiyyin", yə

arrow Ətraflı
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb like
  • 29 Yan 21:53  
Digərləri Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb

Bakıda 4 nəfərdən ibarət ailənin yaşadığı mənzildə əlavə 17 nəfə

arrow Ətraflı