Digərləri

Ölümə fəlsəfi baxış

2023-01-28 23:20:00

"Ölüm"ü hamı başa düşür: Biz bu kiçik yazıda, oxucularla, "ölüm" haqqında qısa olaraq fəlsəfi, insanı oyadacaq, onu ciddi şəkildə düşünməyə vadar edəcək şəkildə danışmaq istəyirik.

Hündürdaban ayaqqabıların qadın orqanizminə

2023-01-28 23:15:00

Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həmin ayaqqabıları geyinən xanımlarda özünə inam hissi daha yüksək olur.

Öz gücünə, nələrəsə qadir olmağmıza olan inamsızlığmız...

2023-01-28 23:10:00

İnsanın sahibi olduğu sifətlər həyatında iki formada əks olunur. Bəziləri sadəcə insanın şəxsi həyatına, bir başqaları isə şəxsi həyatından əlavə ətrafındakılarla münasibətinədə təsir bağışlayır.Bu sifətlərdən biri insanın doğru danışan və yalançılıqdan uzaq olmasıdır. Çünki bu sifət bizim insanlarla münasibətmizə, onlar tərəfindən necə qəbul olunmağmıza və hətta öz şəxsi həyatımıza müsbət və mənfi təsirləri vardır. Bu kiçik yazıda siz dəyərli oxuculara yalançılıq haqqında, onun səbəbi və təsirləri bağlı danışacayıq. Yalançılıq dedikdə insanın danışığında və davranışında həqiqəti olduğu kimi deyil, hansısa həqiqətdən uzaq olanları həqiqət və doğru kimi qələmə vermək başa düşülür. İnsanın həqiqəti gizlədib yalan danışmağının əsas səbəblərindən biri özünə olan inamsızlığıdır. Öz gücünə, nələrəsə qadir olmağmıza olan inamsızlığmız, bizi həyatın hər bir sahəsində uğursuzluğa sürükləyən əsas amildir. Bir çox insanlar həqiqətdən qorxurlar. Buna səbəb onların özlərinə olan inamsızlığı, qorxu hissidir. Onlar daima özlərinin çatışmayan cəhətlərini düzəltmək əvəzinə, yalanlarla gizlətməyə üstünlük veirlər. İnamsızlığı aradan qaldırmağın ən gözəl yollarından biri, insan özünün nələrə qadir olduğunu kəşf edərək bunlara dəyər verməsidir. Bir başqa səbəb insan etdiyi səhvlər və uğursuz addımlarıdır. Bir çox hallarda insanlar öz uğursuz və səhv addımlarını gizlətmək məqsədiylə yalan danışırlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər edilən səhv üçün danışılan yalançılıq yeni bir səhvin başlanğıcıdır. Səhvlərə həll yolu tapmaq əvəzinə onları gizlətmək yaranan problemdən çıxış yolu deyil, əksinə nəvaxtsa səhvi gizlətdiyin bilinsə həm insanın özündə ümidsizlik yaradacaq və həmçinin başqalarının onu lazımsız bir şəxsiyyət kimi dəyərləndirməsinə gətirib çıxaracaq. Məsələn ailə həyatında ailə üzvlərinin səhvlərə həll yolu tapmaq əvəzinə yalanlarla biri birindən gizlətməsi , yalanın üstü açılan zaman yaranacaq bir çox ailə problemlərinin əsas amilidir. Həmçinin başqaraıyla münasibətdə. Yalançılıqa səbəb olan bir başqa amil insanın savadsızlığı və cahilliyidir. Elm və savad bir çırağ kimi daima hər bir şeyin görünməyən tərəflərini bizlərə işiqlandırır. Savad və elmdən uzaq olan insan yalançılıqın nəticələrini heç vaxt nəzərə almır. Onun üçün əsas olan məsələnin görünən tərəfidirir. Yəni yalan danışaraq məqsədinə çatmaq. Amma o artıq yalançılıqın onun şəxsiyyətinə və ətrafındakılarla olan münasibətinə vuracaq ziyanlarından bixəbərdir. Buna səbəb onun yalançılıqın həqiqətinə və vuracağı ziyanlara qarşı olan savadsılığı və cahilliyidir. İnsanın imansızlığıda onun üçün yalançılıqı sadələşdirən bir başqa amildir. Yaranışın Xaliqinə imanı olan insan heç vaxt yalançılıqa addım atmaz . Çünki o bilir ki, həqiqəti məxluqdan gizlətsədə xaliqdən gizlədə bilməz. İmanlı insan üçün hər bir şeyin Xaliqə məlum olduğuna inanar və hər zaman bu inanca əsasən yaşayar. Amma yalançılıqında hər bir başqa bəyənilməmiş xüsusiyətlər kimi, insan həyatına mənfi təsirləri vardır. Ən pis nəticələrindən insanın etibarsız bir insan kimi tanınmasıdır. İnsanlar içində etibar qazanmaq onlarla quracağmız münasibətin səmərəli olması üçün çox mühüm amildir. İnsanlar içində etibar qazanmaq üçün, bəzən bir ömür belə kifayət etmir. Amma yalançılıq bir ömürlük etibarı yox edir. Yalan danışan insanın yalançılıqının üstü açılan zaman hətta öz ailəsi, dostları və yaxınları artıq o insana etibarsız və güvənilməz bir şəxsiyyət gözüylə baxarlar. Onun dediklərinin artıq onlar üçün əhəmiyyəti olmaz. Nəticədə artıq ətrafındakılar onun ətrafından uzaqlaşarlar ki, bu addımda bir çox psixoloji problemlərə səbəb olar. Yalançılıqın bir başqa nəticəsi insanın psixoloji sıxıntılar keçirməsidir. Yalançı insan yalanın üstü açılmaması səbəbiylə daima qorxu içində yaşayar. Onun qorxu içində yaşaması psixoloji sıxıntılara gətirib çıxarar. Psixoloji sıxıntı içində yaşayan insan heç vaxt sağlam münasibət qura bilməz. O daima hər bir kəsə və hər şeyə şübhəylə yanaşar. Bir başqa mənfi təsirlərdən insan üçün layiq olmayan xüsusiyətlərin yalançılıq vasitəsiylə adi bir hala çevrilməsidir. İnsanın bir neçə dəfə yalan danışması artıq yalançılıqı adət halına çevirər və onun şəxsiyyətini sual altına aparan bu sifəti gözündə sadələşdirər. Bir insan üçün şəxsiyyətini sual altına aparan hər hansı davranış, yaxud sifətin adiləşməsi, artıq onun üçün insanlığa layiq olmayan başqa məsələləridə adiləşdirir. Çalışıb həyatmızı yalandan uzaq pirinsiplər üzərində qurmalıyıq. Çünki adından başa düşüldüyü kimi, Yalanın əsası yoxdur.

Bu qriplərdən sonra bədən 46 aya bərpa olur –

2023-01-28 23:05:00

Son dönəm yayılan qripdən sonra orqanizm asan və qısa müddətə bərpa ola bilmir.

Hər səhər yeməyiniz zamanı yeyin...

2023-01-28 23:01:00

Səhər yeməyi orqanizm üçün ən vacib sayılan qida hesab edilir. Biz orqanizmimiz üçün lazım olan qida və enerjinin əsas hissəsini səhər yeməyindən alırıq.

Kasıblarla dostluq etmək

2023-01-28 22:55:00

"Qızıl-gümüşü xəzinə toplayıb onu Allah yolunda sərf etməyənlərə ağrılı bir əzabdan xəbər ver." ("Tövbə" surəsi, ayə 34)

Bakıda kişi hamamda

2023-01-28 22:54:00

Bakıda kişi qazdan zəhərlənib.

Qulların, tacirlərin və aşiqlərin ibadəti

2023-01-28 22:50:00

İmam Cəfəri Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin, Allaha nə üçün ibadət etdiklərini bu şəkildə buyurur: "İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu qulların ibadətidir. Bir dəstə Allah-taalaya savab üçün ibadət edər, bu muzd alanların, tacirlərin ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu azad insanların, aşiqlərin ibadəti və ən üstün ibadətdir" (Biharul Ənvar, cild 70, səh 236).

Xəstəliklərin yaranma səbəbinin 80%

2023-01-28 22:45:00

Fiziki, emosional, kimyəvi və zehni səbəblərdən yaranan stres, bu gün bir çox insana təsir edən xəstəlikdir. Bəzi ekspertlərin fikrincə, xəstəliklərin yaranma səbəbinin 80 faizi streslə bağlıdır.

Səmavi dinlərdə Məhəmməd peyğəmbər

2023-01-28 22:43:00

Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)Müqəddəs İslam dininin elçisi Məhəmməd Peyğəmbər (s) 570-ci ildə Məkkə şəhərində Abdullah ibn Əbdülmütəllibin ailəsində anadan olmuşdur. O, İbrahim Peyğəmbərin (ə) oğlu İsmayıl Peyğəmbərin (ə) nəslindən, yəni Qüreyş qəbiləsinin Haşimilər soyundan idi. Qeyd etmək lazımdır ki, Musa (ə) və İsa (ə) kimi müqəddəslər də İbrahimin (ə) övladlarındandır, lakin onlar İsmayılın (ə) qardaşı İshaqın (ə) soyunun ardıcıllarıdır. İslam dininə etiqad edənlər (müsəlmanlar) peyğəmbərlərin qan qohumu olduqlarını, yəni eyni nəsildən gəldiklərini qeyd-şərtsiz qəbul edib, 124.000 peyğəmbərin (ə) hamısına iman gətiriblər. Hətta İslam fiqhinə görə bir peyğəmbərin peyğəmbərliyinə şübhə ilə yanaşan şəxs müsəlman yox, kafir hesab olunur. Bəs görəsən, Musanın (ə) və İsa Məsihin (ə) ardıcılları Məhəmməd Peyğəmbəri (s) qəbul edirmi?! Onların müqəddəs hesab etdikləri kitablarda (İncil və Tövratda) son peyğəmbər ilə əlaqədar nişanələr varmı?! Bibliyadakı nişanələr Xristianların müqəddəs kitabı Bibliya Əhdi-ətiq və Əhdi-cədid bölmələrindən ibarətdir. Əhdi-ətiq Tövrat, Zəbur və Suhufdan (vərəqlərdən), Əhdi-cədid isə İncildən ibarətdir. Düzdür, Bibliya müəyyən dövrlərdə təhrifata (dəyişikliyə) məruz qalmışdır. Hətta bu kitabın təhrif edilməsini xristianlar da etiraf edir. İncilin 4 yerə bölünməsi (Matfey, Mark, İohann və Luka) və Tövratın babları arasında ziddiyyətlərin olmasına baxmayaraq, Məhəmməd Peyğəmbərə (s.ə.s) nisbət veriləsi ayələr kifayət qədərdir. Tövratın "Təsniyyə" kitabında (23:2) qeyd olunur ki, Nur Turi-Sina dağından gəldi, Sair dağında şəfəq saçdı və Faran dağından bizə aşkar oldu. Bildiyimiz kimi, Musa peyğəmbərə (ə) ilk vəhy Tur dağında verilmişdir. Sair dağında da İsa peyğəmbər (ə) vəyh almışdır. Faran dağı isə Məkkə ilə təqribən bir günlük məsafədə olan dağdır ki, Məhəmməd Peyğəmbərə (ə) nəbilik orada verilmişdir. Qeyd edək ki, həmin məntəqənin indiki adı Cəbəl ən-Nur dağının Hira mağarasıdır. (Haşiyə) Tövratın "Təkvin" kitabında Faran dağının Məkkədə olması qənaətinə gəlmək olur. Belə ki, ayədə qeyd edilir: "Və İsmayıl Farran səhralarında yaşayarkən anası onu misirli qadınla evləndirdi". Bildiyimiz kimi tarixdə qeyd edilir ki, İsmayıl peyğəmbər (ə) Məkkə səhralarında yaşamışdır. Deməli, bu qənaətə gəlirik ki, Faran Məkkədə yerləşən bir yerin adıdır. Yenə Tövratın "Təkvin" kitabında (17:20) qeyd edilir: "Mən səni İsmayıl ilə dinlədim və onu mübarək etdim. Onu artırıb əzəmətə çatdırdım. Ondan dünyaya 12 böyük şəxs gələcək və mən onu böyük bir ümmət üçün qərar verdim". Burdakı 12 böyük şəxs məsələsi monoteistlərin (təktanrıçıların) dərhal diqqətini cəlb edir. Yəhudilərin fikrincə, 12 böyük şəxs Musanın (ə) 12 xəlifəsi, xristianlara görə 12 həvari, müsəlmanların nəzərində isə 12 imamdır. Ayədə İsmayılın (ə) soyundan söhbət gedir. İsa və Musa peyğəmbərlər (ə) isə İshaqın (ə) soyundan gəlmə elçilərdir. Qeyd etdiyimiz kimi, Məhəmməd Peyğəmbər (s), həmçinin, 12 imam da (Haşimilərdən olduqları üçün) İsmayıl peyğəmbərin (ə) nəslindəndir. Məsələyə tarixi və genetik aspektdən nəzər yetirdikdə 12 böyük şəxsiyyətin 12 imam olması daha məntiqə uyğundur. Tövratın "Yeşeya kitabı"nda (21:6-9) qeyd edilir: "Yeşeya dedi: İki süvari görürəm. Onlardan biri ulağın üstündə, digəri dəvənin üstündə oturub. Onlardan biri o birinə dedi ki, Babil yıxıldı". Təfsirçilərin fikrincə, ulağın belindəki İsa (ə), dəvənin belindəki isə Məhəmməd (s) idi. Haşiyə çıxaraq qeyd edək ki, İmam Rza (ə) da yəhudi alimi ilə bəhsdə Tövratın həmin ayəsinin təfsirini məhz bu cür vermişdi. Əlavə olaraq qeyd edək ki, yəhudilik inancına görə son ülul-əzm peyğəmbər Musadır. Onlar Həzrət Məhəmmədlə (s) yanaşı İsa Məsihin (ə) də peyğəmbərliyini qəbul etmirlər. Fəqət Tövratın heç bir yerində "Musa son elçidir" deyə bir kəlmə qeyd edilməyib. Yəhudiliyə görə Musa (ə) və onun sələfləri öz peyğəmbərliklərini sübut etmək üçün möcüzə göstərmişdilər. Halbuki, İsa Məsihin (ə) də möcüzələri vardır. Məsələn, ölünü diriltmək, korların gözünü açmaq, əlacsız xəstələrə şəfa vermək və s. Lakin yəhudilər nə İsanı (ə), nə də onun möcüzələrini qəbul edirlər. İncildəki nişanələr "Yuhənna İncili"ndə (14:30) İsanın (ə) adından deyilir: "Daha sizlərlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir". "Yuhənna İncili"nin başqa bir yerində (16:8) qeyd edilir: "O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcəkdir". Yenə "Yuhənna İncili"ndə (16:13) qeyd edilir: "Ancaq "faraklit" gəldikdə sizi bütünlüklə həqiqətə yönəldəcəkdir. O, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək". Xristianlar iddia edirlər ki, ayələrdə qeyd edilən hökmdar və "faraklit" ya Müqəddəs Ruh ya da şeytandır. İncilin bir neçə il öncə nəşr edilən versiyasında hökmdar olan şəxs şeytan olaraq qəbul edilirdi. (Qeyd edək ki, İncilin yeni nəşrlərində şeytan məsələsi aradan qaldırılmış, onun yerinə "Müqəddəs Ruh" iddiası irəli sürülmüşdür). Halbuki, bu fikir absurddur. Əgər İsa (ə) şeytanın gələcəyindən xəbər verirsə, niyə insanlarla danışmaqdan çəkinir?! Halbuki, bir peyğəmbər insanları şeytanın təkidi ilə yanlış yoldan uzaqlaşdırmaq üçün Allah tərəfindən göndərilir. Bundan əlavə, İsa Məsih (ə) özündən sonra bir varlığın gələcəyindən xəbər verir. Halbuki, şeytan İsadan (ə) öncə xəlq olmuş, onun dövründə yaşamış, indi də fitnə törətməyə davam edən bir varlıqdır. Hətta "Lukanın İncili"ndə (4:1.13) İsa Məsihin Şeytan tərəfindən sınanması qeyd olunur. Tövratın "Salnamələr" (21:1) bölməsində şeytanın İsrailə qarşı üsyana qalxması da qeyd edilmişdir. Diqqətlə nəzər yetirək: Məsih (ə) özündən əvvəl yaranmış bir varlığın özündən sonra gələcəyinin xəbərinimi verir?! "Yuhənna kitabı"nda (16:13) qeyd edilib ki, o, özündən heç nə deməyəcək, nə eşitsə onu deyəcək və gələcəkdən sizi xəbərdar edəcək. Müqəddəs Ruh əgər Tanrı səviyyəsində bir va

Uzanıqlı vəziyyətdə beldə ağrı nəyi göstərir?

2023-01-28 22:35:00

Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrılardır.

Tovuz sakini intihar edib

2023-01-28 22:33:00

Tovuzda intihar hadisəsi qeydə alınıb.

Cibdəki telefonun kişi sonsuzluğuna təsiri varmı?

2023-01-28 22:30:00

Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telefonla kişi sonsuzluğu arasında əlaqə haqqında danışıb.

Naxçıvanda zəlzələ olub

2023-01-28 22:27:00

Bu gün saat 22:15-də Naxçıvan MR-da zəlzələ qeydə alınıb.

Pakistanda müəmmalı xəstəlik yayılıb

2023-01-28 22:25:00

Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığına səbəb olan müəmmalı xəstəlikdən 10-u uşaq olmaqla ən azı 18 nəfər ölüb.

Təvəssülün mənası

2023-01-28 22:20:00

Vahabiyyət zahiri bir din və məzhəb kimi tanınan amma batini İslam birliyini aradan aparmaq və müsəlmanlar arasında dini, ictimai və siyasi munaqişə və ixtilaflar yaradan bir məzhəbdir. Doğrudur ki, bu məzhəbin adı islam məzhəbləri arasında qeyd olunur, amma onu qeyd etmək lazımdır ki, bu məzhəbin zahiri islam, amma batini tamamilə islamın əleyhinə olan bir məzhəbdir. Bu məzhəbin batini batil əqidələr və yalnış olan fikirlərlə doludur. Vahabiyyətin əsasını 8-ci əsr hicri qəməri tarixiylə İbni Teymiyyə qoymuş və amma bir məzhəb kimi geniş surətdə yayılmasına 12-ci əsr hicri qəməri tarixiylə Şeyx Məhəmməd ibni Əbdul Vəhhab səbəb olmuşdur. Bu məzhəb özlərini Hənbəli məzhəbinin ardıcılları saymasına baxmayaraq əqidə və dünya görüşü nöqteyi nəzərindən həm şiə və həndə sünnü əhlinin dörd firqəsiylə muxalifdir. Şeyx Məhəmməd zahirdə Hənbəli məzhəbindən olmasına baxmayaraq heç kəsə təqlid etmir, özünü azad fikirli və din seçməkdə əqidə sahibi hesab edirdi. Onun bəzi fikirləri aşağıdakılardan ibarətdir:

Cənnət əhlinin xüsusiyyətləri

2023-01-28 21:55:00

"Ey Əhməd! And olsun izzət və cəlalıma! Bəndəm dörd əməli mənə görə etsə onu cənnətə daxil edəcəyəm: Dilini hifz edib yalnız lazım olan yerdə danışsın, qəlbini Şeytanın vəsvəsələrindən qorusun, hər yerdə Məni üstündə nazir bilsin. Oruc tutduğu zaman acılığı onun gözünün nuru olsun."

Namaz və Allahın əzəmətini düşünmək

2023-01-28 21:50:00

Namazı gözəl şəkildə qılmaq və namazda yalnız Allahı düşünə bilmək üçün yerinə yetiriləsi ən əhəmiyyətli iş namaza başlamamışdan öncə oturub namaz və Allahın əzəməti haqqında düşünməkdir. İnsan namaz qıldığı yerdə oturaraq beş on dəqiqə fikirlərini cəmləməlidir. Gündəlik baş verən hadisələri unudub, qəlbi maddi arzulardan təmizləyib və kimin qarşısında dayanacağını düşünərək, bütün qəlbi ilə Allaha yönəlmiş halda namaza durmalıdır.

İshalın xalq təbabəti üsulları ilə

2023-01-28 21:45:00

Qoz arakəsmələrinin ekstraktı:

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə

2023-01-28 21:40:00

İslamın gəlişi ilə yüksək səviyyədə inkişaf etmiş elm sahələrindən biri də tibbdir. Orta əsrlərdə müsəlman alimləri tibb elminə ən böyük töhfələri vermişlər. Qərb dünyası əsrlər boyunca müsəlmanların tibbi biliklərini öyrənmiş, mənimsəmiş, bunun əsasında öz nəzəriyyələrini qurmuşdur. Tibb elminə qarşı bu diqqət məsumlardan başlayan bir ənənədir. İslam Peyğəmbərinin (s) və imamların (ə) hədisləri içində tibb ilə bağlı təlimatlar çoxdur. Bu da təsadüfi deyil. İslam dinində ən dəyərli məfhum insan həyatıdır. Dinimizə görə, insanlığı qorumaq, bəşəriyyəti həm maddi, həm də mənəvi tərəqqiyə yönəltmək ən ali həfədlərdən biridir. Məsumlarımız həmişə müsəlmanları öz sağlamlıqlarını qorumağa, başqalarının həyat və sağlamlığına diqqətli yanaşmağa, xəstəilklərlə mübarizə aparmağa, xəstəlik qarşısında Allaha təvəkkül etməklə və səbirli olmaqla yanaşı, tibbi vasitələrdən də istifadə etməyə çağırmışlar.

Bu xəstəlik əlilliyə səbəb ola bilər

2023-01-28 21:35:00

Həkim Aleksandr Myasnikov hava damcı yolu ilə keçən qızılca xəstəliyindən danışıb.

Kartofda zəhərli maddənin olduğunu necə bilməli?

2023-01-28 21:30:00

Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizmi üçün təhlükəlidir. Təəssüf ki, hazırda qida üçün yararlı hesab olunub, satışda olan kartofda da bu maddə var.

Saunaya gedən kişilərdə sonsuzluq yaranır

2023-01-28 21:25:00

Sauna, isti hamam, isti vanna qəbul etmək kimi vərdiş kişi fertilliyinə, cinsi orqanlara və toxumasına öldürücü təsir edir. Bakupost.az xəbər verir ki, bu barədə androloq Hüseyn Sadıkov məlumat verib.

Hər şey bizdən xəbərsiz haqqın ətrafında fırlanır

2023-01-28 21:20:00

Həm Nyuton, həm də Kvant fizikləri deyir ki, kiçik zərrəciklər, yəni mikro cisimlər bir mərkəz ətrafında fırlanır; elektronlar nüvə ətrafında, həmçinin atomu təşkil edən həm elektronun, həm də protonun təşkil olunduğu hissəciklər də başqa bir mərkəz ətrafında fırlanır. Həmçinin bu mikro cisimlərdən əmələ gəlmiş makro cisimlər də müəyyən mərkəz ətrafında fırlanır. Yəni həm Yer kürəsi, həm də digər planetlər Günəş ətrafında fırlanır. Buna görə də Yer (həm də digər planetlər) üzərində olan başqa varlıqlar, yəni cansız cisimlər, hüceyrələr, bitgilər, heyvanlar və insanlar da Günəşin ətrafında fırlanır. Hətta Yerin həm təbii peyki (Ay), həm də süni peyki (kosmik gəmi) və buludlar da onun ətrafında fırlanır. Həmçinin Yerin özü də öz oxu ətrafında fırlanır. Buna görə də Yer üzərində olanlar Yerin oxu ətrafına da fırlanır. O cümlədən digər planetlərin peykləri də onların ətrafında fırlanır. Bununla bərabər, Günəşin özü həm öz oxu ətrafında, həm də başqa bir mərkəz ətrafında fırlanır. Günəşdən 10-larca, 100-lərcə, 1000-lərcə və s. daha böyük makro cisimlər, ulduzlar da vardır ki, onlar da həmçinin həm öz oxları, həm də müəyyən mərkəzlər ətrafında fırlanırlar. Amma bunlardan bizim xəbərimiz yoxdur. Sanki hər şey sükut içindədir.

Allah dostlarının fərqliliyi

2023-01-28 20:55:00

"- Ey Əhməd! Cənnətdə əziz bəndələrim üçün ən ali cəvahiratdan qəsr hazırlamışam. Hər gün onlara yetmiş dəfə rəhmət nəzərimlə baxıb danışaram. Hər dəfə onlara baxanda onların mülkünü yetmiş dəfə artıracağam. Cənnət əhli Cənnətdəki nemətlərdən ləzzət alanda Mənim adımı və kəlamlarımı zikr etməklə ləzzət alacaqlar.

Kamillik və səadət axtarışında olan kəs

2023-01-28 20:50:00

Cismani əməllərdən biri böyük günahları tərk etməkdir. İnsan böyük günahları tərk etmədikcə, yaxşı əməllərdən fayda gözləməməlidir. "Maidə" surəsinin 27-ci ayəsində bu barədə deyilir: "Yalnız təqvalı insanlardan (qurban) qəbul olunur." "Ənam" surəsinin 82-ci ayəsində isə nəfsin təzkiyəsini (təzkiyə nəfsin əməl və inancı ərsəyə gətirmək üçün hazırlığı deməkdir - red.) və batini paklığı hidayət və səadətinin əsas şərti kimi təyin edərək buyurur: "İman gətirib, imanlarını zülmə bulaşdırmayanlar üçün əmin-amanlıq vardır və yol tapanlar məhz onlardır."

Corabla yatmağın faydası var imiş...

2023-01-28 20:45:00

Aparılan tədqiqatlara əsasən, gecə corabla yatmaq daha tez yuxuya getməyə və fasiləsiz yatmağa kömək edir.

Heç özünü aldatma, nə desən, hamısı əfsanə...

2023-01-28 20:40:00

Tutaq ki, dünya dəyişib, ölüm ki dəyişməyib, ədəb-ərkan dəyişməyib, xətir-hörmət dəyişməyib. Yenə toy gecəsi bəylə gəlin gərdəyə girirlər, yenə adamlar çörəyi ağzına yeyirlər, yenə yaz gələndə havalar qızır, ağaclar çiçək açır, yenə yetim ağlayanda gözündən yaş gəlir... Deyirsən ki, dünya dəyişib, dünyanın nəyi dəyişib axı? Göy həmin göydür, yer həmin yer, ulduzlar min illərdir ki, başımızın üstündə durub sayrışır. Min il əvvəl olduğu kimi, indi də insan sevəndə həyəcanlanır, həyəcanlananda ürəyi "gupp-gupp" vurur.

Kişilərin DİQQƏTİNƏ! Qadınların xəyanət etdiyini göstərən

2023-01-28 20:32:00

Diqqətsizlik, qarşılıqlı anlaşmazlıq, sevgi və hörmətin yoxa çıxması cütlükləri xəyanətə aparan səbəblərdəndir. Xəyanət deyərkən ən çox kişilər ağıla gəlsə də, bu yola baş vuran qadınlar da az deyil. Cinsindən asılı olmayaraq xəyanət edən insanlar gec-tez, istəməsələr belə bunu biruzə verirlər. Qarşı tərəfin xəyanət edib-etmədiyini bilmək üçün onun hərəkət və davranışlarına diqqət etmək yetərlidir.

Hava ilə bağlı

2023-01-28 20:31:00

Yanvarın 29-u qərb rayonlarından başlayaraq fevralın 1-dək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

D vitamini çatışmazlığının

2023-01-28 20:30:00

Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyündən yarana bilən D vitamininin bədəndə çatışmazlığı bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Mükəmməllik haqqında düşünün

2023-01-28 20:20:00

Mükəmməllik haqqında düşünün. Xəstəlik ahəngdar fikirləri olan insanın bədənində yaşaya bilmir. Bilin ki, mükəmməllik var və onun haqqında daima düşünsəniz onda qaçınılmaz olaraq onu özünüzə çəkəcəksiniz. ''Qeyri-mümkün" fikirlər - inamsızlığın, həmçinin xəstəlik, kasıblıq və s bəxdbəxtliklərin səbəbidir. Neqativ düşündükcə biz qanuni mirasımızdan məhrum oluruq. Özünüzə bildirin və yönəldin: "Mən mükəmməllik haqqında düşünürəm. Mən ancaq mükəmməlliyi düşünürəm. Mən mükəmmələm." Mən öz bədənimdən bütün keyfiyyət və hərəkətliyin çatışmamazlıqlarını qovuram. Mən bədənimi elastik və mükəmməl körpə bədəninə bənzədərək xəyal edirəm, fikrimi buna yönəldirəm və bütün əzələ yığılmaları, xəstəlik hissləri bədənimdən yox olur. Mən bunu praktiki olaraq bir gündə edə bildim. Siz artıq bilirsiniz ki, qocalıq haqqında fikirlər şüurumuzda kök salır. Elm iddia edir ki, bədən bütünlüklə bir neçə il ərzində, yəni çox qısa bir zamanda yenilənir. Qocalma prosesi məhdudlaşmış fikirə görə baş verir, ona görə də bu cür fikirləri beyninizdən qovun. Çox insanlar xəstə olan zaman həmişə xəstəlikləri haqqında danışırlar. Əslində isə onlar daima xəstəliyi düşündükləri üçün, fikirləri verballaşdırırlar. Əgəs siz yüngül halsızlıq hiss edir və daha çox halsız olmaq istəmirsinizsə, onun haqqında danışmayın. Bilin ki, xəstəlik sizin fikirlərnizlə dahada şiddətlənir. Ona görə mümkün qədər çox: "Mən özümü çox gözəl hiss edirəm. Hər şey çox gözəldir" kəlmələrini təkrar edin. Çalışın bunu hiss edəsiniz. Bu günə kimi, nəyi çağırdığınız və nəyi maddiləşdirdiyiniz önəmli deyil. Siz bunu dəyişə bilərsiniz. Xoşbəxt olmaq üçün xoşbəxtliyi düşünməyə başlayın. Xoşbəxtlik -hissdir, qəlbin ali vəziyyətidir. Barmağınız " xoşbəxtliyi duymaq" düyməsinin üzərində yerləşir. Elə indicə o düyməni sıxın və ətrafda nə baş verdiyindən asılı olmayaraq həyatınızı dəyişin.