Serotonin nədir?
Digərləri 29 Yan 2023 19:45:00 336 0
Depressiya dərmanlarından və antidepressantlardan söz düşdükdə ilk növbədə ağıla gələn şey serotonin hormonu olur.Yəni serotoninin çatışmazlığı səbəbəndən meydana çıxan xəstəlikləri müalicə etmək üçün antidetressantlara ehtiyac olur. Serotonin nədir? Serotonin bir neyrostimulyatordur.Yəni serotonin sinir hüceyrələri arasında elektrik siqnallarının daşıyıcısıdır. Serotoninin vəzifəsi bir sinir hüceyrəsindən aldığı siqnalı digər sinir hüceyrəsinə ötürməkdən və beyini çalışdırmaqdan ibarətdir. Serotonin insanın beynində əmələ gəlir və orqanizmin müxtəlif nöqtələrinə ötürülür. Adətən mərkəzi sinir sistemində və mədə bağırsaq yollarında tapılır.Mərkəzi sinir sistemində olan serotonin insanın ruh halını, yuxusunu, iştahını, biliyini, yaddaşını, cinsi və sosial həyatını tənzimləyir.Mədə bağırsaq yolunda olan serotonin isə həzm prosesini normallaşdırır. Antidepressant dərmanların demək olar ki, hamısının tərkibində serotonin olur.Bu dərmanlar setotoninin toxumalar tərəfindən təkrar sorulmasının qabağını alaraq, serotoninin miqdarını artırırlar. Mütəxəssislər serotoninin səviyyəsindəki çatışmazlıqların insanın ruhi vəziyyətinə təsir edərək depressiyaya səbəb olduğunu söyləyirlər.Serotonin çatışmazlığı 3 səbəbdən baş verə bilir: 1.Beyin hüceyrələrində serotoninin az əmələ gəlməsi. 2.Reseptorların az olması. 3.Serotoninin əmələ gəlməsində iştirak edən triptofan maddəsinin çatışmazlığı. İnsanda bu 3 biokimyəvi proseslərdən birinin pozulması olduqda həddindən artıq əsəbilik, depressiya, panika müşahidə edilir. Depressiyanın əmələ gəlməsində serotoninin rolunun olduğu qeyd edilsə də, beyində olan serotoninin miqdarını ölçmək mümkün olmur.Amma qanda olan serotoninin miqdarını ölçmək mümkündür.Depressiyanın serotonin çatışmazlığı səbəbindən baş verməsini belə xəstələrin qanında serotoninin digər adamlarınkından çox aşağı olmasına əsaslanaraq söylənilir. Serotonin hormonu yuxunun da normal olmasında böyük rol oynayır.Sertoninin yüksək olması insanda oyanıqlıq, aşağı olması isə yuxunun pozulmasına səbəb olur.
Bu xəbəri də oxu: Qəzada sağ qalanların 14ü Azərbaycan vətəndaşıdır
Rəsmi Afinadan gələn qalmaqallı açıqlamalarla Egeydəki gərginlik artmağ
"Amazon"un rəhbəri Ceff Bezosun sevgilisi Lauren Sançez, "Mən
Almaniya ordusu Ukraynaya yardıma görə heç vaxt olmadığı qədər acınaca
İranın hava hücumundan müdafiə sistemləri PUA-ların bir qismini zərərsi
Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməs
İranın Xoy şəhəri yaxınlığında 4,5 bal gücündə zəlzələ olub.
Gərək İzraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şə
Qadınlara erogen bölgələrinin (sevişmə impulsunu artıran, həzz verən b�
Sosial mediada və mətbuatda İsrailin İrana hücum etməsindən bəhs olunur.
Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anba
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar İngiltərə
Qarabağ separatçıları Azərbaycana yönəlik daha bir iftiraya əl atıblar.
Namaz vaxtları məxsusi və müştərək olmaqla iki hissəyə bölünür. Məx
İsraildə yeni il ərəfəsi ərəfəsində artan gərginlik ölkə tarixində
Müasir dünyamızda baş verən stresslər, psixi-emosional hadisələr əsəb