İblisin vəsvəsələrindən necə amanda qalaq?
Digərləri 29 Yan 2023 19:10:00 296 0
llah Təala günah və günahkarlar haqqında buyurur: "Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar".
Bütün insanlar öz dünyalarına ziyan verən şeylərdən uzaq olarlar. Hətta əgər bu ziyan az miqdarda olsa belə. Ancaq bu insanların əksəriyyəti axirətləri üçün ziyan olan əməllərdən çəkinməzlər. İmam Əli (ə) buyurur ki, təccübdəyəm o insanlara görə ki, qorxudan əziyyət çəkir, yeməkdən uzaq olurlar. Necə atəşin qorxusundan günahdan çəkinmirlər? Əgər günaha düçar olsaq, peşmançılıq çəkərik, üzümüzü Sübhan Allaha tərəf tutarıq. O, bizi bağışlayar. Ancaq daha yaxşı olar ki, günah işlətməyək və sonra da tövbə etməyə məcbur olmayaq. Aqil insan bilir ki, onun malik olduğu ən əziz şey - paklıq və daxili təharətdir. Ona görə də günahdan uzaq olar. Elə yaşayar ki, günah ona yaxınlaşmasın. Şeytan lənətliyin ona əli çatmaz. İmam Kaızm (ə) buyurur: "Aqil insanlar dünyanın çoxundan əl çəkiblər, o ki, qaldı günaha! Dünyanı tərk etmək fəzilətdir, günahı tərk etmək isə vacib". Ayətullah Cavad Amuli bu haqda buyurur: "Allah bu fəzilətləri əmanət kimi daxilimizə qoymuşdur. Bir qrup mütəxəssis, daxilini tanıyanları, şəxsiyyət tanıyanları peyğəmbərlər adı ilə göndərmişdir ki, bu daxili əmanəti çiçəkləndirib bizə təqdim etsinlər. Bəhrəsi də bizə çatsın. Sonra da bizə ehtiyat etməyi əmr etdilər. Yəni dininizin ətrafına divar çəkin". Ali dini rəhbər isə İmam Əlinin (ə) "Qoymayın ki, əcəmilər din hərəminizə daxil olsunlar" hədisinə işarə edərək buyurmuşdur: "Bu hədisdə Həzrət (ə) insanlara başa salır ki, sənin bir qardaşın var və o, sənin dinindir. Dininin ətrafına divar çək ki, hər kəsin tamahı düşməsin. Elə yaşayın ki, dostlarınız sizə günah təklifi etməsinlər". Ayətullah Cavad Amuli buyurur: "Şeytanın işi budur ki, əsl xəzinəni bizə unutdursun. İlahi insanlar o kəslərdir ki, mədənşünasdırlar, hərimşünasdırlar, məhrəmşünasdırlar. Əgər bir haramın əhram bağlayıb qəlb evinizin ətrafında təvaf etdiyini və qəlb kəbəsinin açılması ilə qəlbinizə girməsini gözlədiyini görərsə, tez bir zamanda ayılar və onu məhv edər. Bizə deyilir ki, şeytani vəsvəsədən uzaq olmaq üçün "Əuzu-Billəhi minəş-şeytani rəcim!" zikrini deyək. Əlbəttə, bu zikr dildə deyilən zaman savabı vardır və təsirsiz deyildir. Ancaq mühüm olan - pənah yerinə getməkdir. Allah buyurur ki, Mənim bir pənah yerim vardır ki, hər yerdədir və həmişəlikdir. Qapısı açıq və açar istəmir. Hər kim "Lə İləhə" İlləllah" kəlməsini deyər, bu qalaya daxil olar. Təhlükədən amanda olar".
Bu reseptin müəllifi 800 il əvvəl yaşamış rahibə Hilderqard fon Binqendi
İranın İsfahan şəhərinə dron hücumu uğurlu olub, hərbi obyektdə ən a
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəl
Güclü qar və şaxta Əfqanıstanda uşaqlar və qadınlar da daxil olmaqla, 1
Özündən 48 yaş böyük amerikalı Patrik adlı şəxslə evlənən türk akt
"Bu sahədə bilirsiniz nə iblizlər var? İçləri qurtludur. Gəlin, oxu
İsfahanda "Şəhid" dronlarının istehsal olunduğu zavoddan başqa
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində h�
"Little Big" qrupunun yaradıcısı İlya Prusikin "xarici agent&
"Rusiya və Ukrayna arasında savaşın mütləq qalibi olmayacaq".
Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102-ci hərbi bazasının qar�
Rusiya müharibənin 340-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda m�
Müğənni İlqar Xəyal "Səs Azərbaycan: Doğma nəğmələr" yarı