Bir dostun məktubu


Digərləri 28 Yan 2023 19:40:00 292 0

Bir dostun məktubu

Zəmanə getdikcə pisləşir. Yaşamaq günü-gündən ağır gəlir insana. Bəzən fikirləşirsən ki, dünyanın ağrı-acılarına tab gətirib 70-80 il ömür sürənlərə, doğrudan da, cənnət vacibdir. Bir hədisə görə, insan dünyada rahatlıq axtarmaqdadır, o isə heç yaradılmayıb, vücuda gəlməyib... Hə, zəmanədən danışırdım. Zəmanə pisləşib, insanlar vəfasızlaşıb. İndi düşməndən də artıq dostdan qorxmaq lazımdır. Dünənə qədər səninlə çiyin-çiyinə addımlayan birisi bir günün içərisində qanını tökməyə hazır olur. İndi kiməsə yaxşılıq etmək böyük bir risk altına girmək deməkdir. Yaxşılıq etdiyin insanlar digərlərindən qat-qat artıq təhlükəlidirlər. Əlqərəz, bu yazıda məqsəd diqqətinizi bir dostun məktubuna yönəltməkdir. Yeni tədris ili başlayar-başlamaz Məcid müəllim öz köhnə ənənəsini davam etdirərək, yenə də axirüz-zamandakı ağır şəraitdən danışdı və sözüfedən məktubu çantasından çıxarıb bir-bir hamıya göstərdi.* Doğrudan da dözüləsi hal deyil. 21-ci əsr adamı bütün elmi-texniki nailiyyətlərinə rəğmən, nədən bunca vəfasız olmalı? Özünün ən yaxın və ən sadiq dostunu asanlıqla unutmaq, illərlə xatırlamamaq faciə deyil, bəs nədir? Bundan artıq başınızı ağrıtmayım, məktub budur: "Bu gün səhər yuxudan oyandığında sənə baxdım. Bir neçə sözlə olsa belə, mənimlə danışacağına, dünən həyatında baş verən gözəl hadisələr üçün mənə təşəkkür edəcəyinə inanırdım. Lakin gördüm ki, başın çox qarışıqdır. Geyinmək üçün özünə paltar seçirdin... O yan-bu yana qaçıb hazırlaşdığın zaman dedim bəlkə bir an vaxt tapıb dayanacaq və mənimlə salamlaşacaqsan. Amma yenə də başın öz işlərinə çox qarışmışdı. Bir dəfə gözləməyə məcbur oldun. 15 dəqiqəyə yaxın yalnız bir stulda oturmaqdan başqa işin yox idi. Amma onda da qəfildən yerindən qalxdın, telefona tərəf qaçıb hansısa dostuna zəng vurdun və bu vaxtı da onunla danışmaqla keçirdin. Bütün gün boyu səbir edib gözlədim. Amma güman edirdim ki, bu qədər işin içində ikən mənimlə danışmağa vaxt tapmayacaqsan. Həmişə problem içindəsən: ev, iş, maliyyə və sair problemlər. Həmişə narahatsan, iztirab və sıxıntı içindəsən. Və nə yazıq, nə yazıq, bilmirsən ki, məni yad etmək sənə rahatlıq gətirir, iztirabını azaldır... Bir dəfə hey sağ-soluna baxırdın. Dedim yəqin mənimlə danışmadığından, mənə sarı baxmadığından belə edirsən. Sonra gördüm ki, yox, bu kiçik beyninlə hər şey haqqında düşünürsən, məndən başqa. Axşam evinə qayıtdın, yuyunub-təmizləndin, sonra gördün ki, hələ xörəyin hazır deyil. Bir qədər boş vaxtın var idi. Qonaq otağına daxil oldun. Nə işlə məşğul olacağını səbirsizliklə gözləyirdim. Ümidvar idim ki, heç olmasa indi yadına düşəcəyəm, ən azı indi özünün ən yaxın dostunu xatırlayacaqsan. Lakin gördüm ki, birdən televizorun qabağında əyləşdin, az sonra isə gülüş səsin otağı bürüdü. Və sən yenə də mənimlə danışmadın. Hər gün saatlarla vaxtını beləcə keçirirsən, növbənöv verilişlərə baxırsan. Onlara baxarkən gah gülür, gah kədərlənir, gah da həyəcanlanırsan. Bəzən xoşuna gəlməsə, ürəyincə olmasa belə, baxır və dəyərli vaxtını beləcə keçirirsən... Mən səbirsizliklə səni gözlədim, sənsə elə televizora baxa-baxa xörəyini yedin. Yatmaq vaxtı çatdı. Çox yorğun idin, yatağına girən kimi yuxu tutdu səni... Eybi yox, yəqin iş-gücünün çox olduğundan unutmusan məni. Amma mən çox səbirliyəm. O qədər səbirliyəm ki, bir gün yox, bir ay yox, illər, onillər keçsə belə gözləyəcəyəm. Nə vaxtsa məni yada salacağına həmişə ümidvar olacağam. Ömrünün sonuna qədər nə vaxtsa mənə əl etməni, baş tərpətməni və ya ürəyində azacıq olsa belə, minnətdar olmanı gözləyəcəyəm. Mən həmişə yanında olacaq, hər an sənə kömək etməyə hazır duracağam; sən görməsən, eşitməsən, duymasan da. Ah, dinləyici olmayan yerdə danışmaq nə qədər çətindir! Amma eybi yox, bəlkə bir gün həyatın keşməkeşlərindən ayılıb məni də dinlədin. Bəlkə bir gün azacıq vaxt da mənə ayırdın. Mən gözləyəcəyəm, sənə eşq və məhəbbətlə dolu olan bütün vücudumla..." Dostun kimliyi yəqin ki, aydındır. Saysız-hesabsız gecələri, gündüzləri ixtiyarımızda qoyan Rəbbimiz hər günün sadəcə 20 dəqiqəsini onunla söhbətə ayırmağımızı istəyib. Bu da ondan ötrüdür ki, bizim özümüzün buna ehtiyacımız var. Hardasan, ay Camal əmi?! Bəs qədər pulunu alıb səninçün iki protez diş düzəldən stomatoloqa nə qədər təşəkkür etdin! Amma tez də anladın, anladın ki, təmənnasız olaraq sənə 32 sağlam diş verən Yaradana bu işdən ötrü heç vaxt təşəkkür etməmisən. Görəsən biz necə, Allahın verdiyi hər bir nemət üçün ən azı bir təşəkkür etmişikmi?

Katalin Novak səfirliyimizə hücumu pislədi like
  • 28 Yan 19:32  
Siyasət Katalin Novak səfirliyimizə hücumu pislədi

Macarıstan Prezidenti Katalin Novak Azərbaycanın Tehrandakı səfirliyinə h�

arrow Ətraflı
Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb like
  • 28 Yan 19:30  
Digərləri Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair beş səbəb

Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda

arrow Ətraflı
Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu  FOTO like
  • 28 Yan 19:28  
Digərləri Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu FOTO

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

arrow Ətraflı
Özcan anası ilə bağlı iddialara like
  • 28 Yan 19:27  
Şou-biznes Özcan anası ilə bağlı iddialara

Bir müddətdir sevgili olduğu modelyer Samar Dadqar ilə gizli evlənən müğ

arrow Ətraflı
Naxçıvanda restoranlara at əti satanlar like
  • 28 Yan 19:26  
Digərləri Naxçıvanda restoranlara at əti satanlar

Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlar

arrow Ətraflı
Kamilliyə aparan iki peyğəmbər like
  • 28 Yan 19:20  
Digərləri Kamilliyə aparan iki peyğəmbər

İnsanı bütün varlıqlardan fərqləndirərək təkamülə çata biləcək bi

arrow Ətraflı
Molla rejiminin qanlı əli – SEPAHla bağlı like
  • 28 Yan 19:16  
Siyasət Molla rejiminin qanlı əli – SEPAHla bağlı

Qərbin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) münasibəti s�

arrow Ətraflı
Hər gün sulu xörək yemək zərərli ola bilər like
  • 28 Yan 19:15  
Digərləri Hər gün sulu xörək yemək zərərli ola bilər

Qastroenteroloq Natalya Şustova şorbanın gündəlik istehlakının təhlükə

arrow Ətraflı
Allah tərkidünya olmağımızı istəmir like
  • 28 Yan 19:10  
Digərləri Allah tərkidünya olmağımızı istəmir

Tələbələrdən biri tərki-dünya (özünə qapılaraq, hamıdan qaçıb bir

arrow Ətraflı
Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir? like
  • 28 Yan 19:05  
Digərləri Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir?

Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını alma

arrow Ətraflı
Ermənilər Zaxarovanı hədələdilər – Rus polkovnik sərt like
  • 28 Yan 19:04  
Siyasət Ermənilər Zaxarovanı hədələdilər – Rus polkovnik sərt

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dünənki br

arrow Ətraflı
“Bizə düşmən kimi baxırlar"  İranla bağlı like
  • 28 Yan 18:58  
Siyasət “Bizə düşmən kimi baxırlar" İranla bağlı

"Bu, öncədən planlaşdırılan terror hücumudur. Həmin şəxsin uşaql

arrow Ətraflı
Samir Cavadzadə: “Səhhətimdə problemlər var, əməliyyat olunacağam” like
  • 28 Yan 18:56  
Şou-biznes Samir Cavadzadə: “Səhhətimdə problemlər var, əməliyyat olunacağam”

"Moskvada qaldığım zamanda müxtəlif kiçik korparativlərdə çıxış

arrow Ətraflı
Gürcüstanda istehsal olunan PUAların ilk sınaq uçuşları keçirilib like
  • 28 Yan 18:51  
Dünya Gürcüstanda istehsal olunan PUAların ilk sınaq uçuşları keçirilib

Yanvarın 27-də Gürcüstan-Polşa müəssisəsi tərəfindən birgə istehsal

arrow Ətraflı
Aktrisanın 4 min manatlıq geyim tərzi 3 milyondan çox bəyənmə topladı like
  • 28 Yan 18:40  
Şou-biznes Aktrisanın 4 min manatlıq geyim tərzi 3 milyondan çox bəyənmə topladı

Məşhur türk aktrisa Hande Erçelin ötən gün paylaşdığı fotolarda tərz

arrow Ətraflı