“Bizə düşmən kimi baxırlar" İranla bağlı
Siyasət 28 Yan 2023 18:58:00 258 0
"Bu, öncədən planlaşdırılan terror hücumudur. Həmin şəxsin uşaqları ilə guya səfirliyə gəlməsi, hansısa "məişət vəziyyətinə" görə, bunu etməsi əslində qurulan siyasi səhnədir. Bir haldakı İran səfirliyi maneə olmayıbsa, səfirliyimizin təhlükəsizliyinə təminat verməyibsə, əksinə buna şərait yaradıbsa, deməli müəyyən orqanların bu işdə əli var. Burada hadisənin kimin törətməsindən asılı olmayaraq məsuliyyəti İran dövləti daşıyır".
Son.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Tehranda Azərbaycan səfirliyinə edilən xain hücum haqqında danışarkən bildirib.
Partiya sədri xüsusilə vurğulayıb ki, əgər səfirliyin təhlükəsizlik xidməti bu hücumun qarşısını almasaydı, terrorçu içəridə daha ağır nəticələr törədə, diplomatlarımızı öldürə bilərdi: "Eləcə də səfirliyi yandıra, səfiri də öldürə bilərdi. Bunların heç biri istisna edilmir".
Cəlaloğlu deyib ki, hadisəni törədən şəxs mühakimə olunmalıdır: "Amma burada əsas məsələ İranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməməsi, Azərbaycan səfirliyinin təhlükəsizliyinə təminat verməməsidir. Buna da beynəlxalq hüquqa uyğun şəkildə qiymət verilməlidir. Eləcə də İrandan konsepsiya tələb etməliyik.
İranda dəfələrlə Azərbaycanla bağlı radikal çıxışlar olub, səfirliyimizin önündə aksiyalar da təşkil edilib. İran hökuməti də indiyə qədər ortaya konkret münasibət qoymayıb.
"Aydın məsələdir. İran Azərbaycanla düşməndir. Əksi olsaydı İran rəhbərliyi dərhal hərəkətə keçərdi. Məsələn, İranın ölkəmizdəki səfirliyi dərhal Xarici İşlər Nazirliyinə gələrdi, rəsmi başsağlığı verərdi, üzr istəyərdi. Eləcə də İran xarici işlər naziri səfirliyimizə baş çəkər hadisəni pisləyən bəyanatla çıxış edərdi. Amma bunu etmirlər. Çünki bizə düşmən kimi baxırlar".
"Moskvada qaldığım zamanda müxtəlif kiçik korparativlərdə çıxış
Yanvarın 27-də Gürcüstan-Polşa müəssisəsi tərəfindən birgə istehsal
Məşhur türk aktrisa Hande Erçelin ötən gün paylaşdığı fotolarda tərz
"Aygünü ilk dəfə "oxuyur Aygün Ələsgər qızı Kazımova"
Təbrizdə keçirilən futzal oyununda futbolçular şəhidimizi alqışlarla ya
Göz problemlərindən hər bir yaşın nümayəndəsi əziyyət çəkir. Çoxla
"Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tü
Xalq artisti Aygün Kazımova və müğənni Samir Cavadzadənin dueti marağa s
Oyunlar uşaqların inkişafı üçün vacib amildir. Amma texnologiyanın inki�
Türkiyəli müğənni-aktrisa Hülya Avşar sosial şəbəkədə yeni fotosunu
Rusiya Ədliyyə Nazirliyi "Little Big" qrupunun solisti İlya Prusik