Ermənistan Metsamordakı radioaktiv tullantıları harada saxlayır?
Dünya 28 Yan 2023 16:20:00 313 0
Bu xəbəri də oxu: Ailələrdən Netanyahuya: "Girovları və əsgərləri unutmusunuz"
"Metsamor AES seysmik zonada yerləşir. Buna görə də dünya birliyi Ermənistanı erməni iddialarından əl çəkib seysmik aktiv zonada atom energetikasının inkişaf etdirilməsi siyasətindən çəkinməyə məcbur etməli, köhnə stansiya bağlanmalı və yeni stansiyanın tikilməsinə yol verilməməlidir. Əks halda, Cənubi Qafqazda və ətraf ərazilərdə Çernobıl təhlükəsi qaçılmaz ola bilər".
Son.az bildirir ki, bu fikirləri bzim.media-ya müsahibəsi zamanı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Baş direktoru, professor İslam Mustafayev səsləndirib.
O, Metsamorun tarixçəsinə nəzər salaraq AES-in xarakteriskasını da verib:
"Təhlükəli obyekt iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilib. Stansiya İrəvan şəhərindən 28 kilometr, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Blokların hər birinin nüvə yanacağına illik tələbatı 42 ton, istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanıb. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra, 1989-cu ilin əvvəllərində birinci, daha sonra ikinci blok dayandırılmışdı.
1995-ci ilin noyabr ayında ikinci blok işə salınıb. Stansiya 2003-cü ildə 5 il müddətinə Rusiyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilib və 2008-ci ildə müqavilənin müddəti daha 5 il uzadılıb. İkinci blokun təkrar işə salınması üçün həmin dövrdə Avropa Birliyi dövlətlərinin EAES-in bağlanması ilə əlaqədar etdikləri cəhdləri uğursuzluqla nəticələnib".
İ.Mustafayev bildirib ki, Ermənistan AES-in istismarı zamanı yaranan tullantıların miqdarı və tərkibi haqqında ictimaiyyətə heç bir məlumat vermir. Bu ərazidə nələrin döndüyündən demək olar ki, heç kim xəbər tutmur:
"Erməni mənbələrinin verdiyi məlumata görə, stansiyanın ərazisində Amerika texnologiyasına uyğun xüsusi tullantıxana tikilib və işlənmiş tullantılar daşınaraq həmin tullantıxanadakı konteynerlərdə saxlanılır. Bu tullantıların saxlanma müddəti 50 ildir. Həmin tullantılar seysmik aktiv zonada hansı şəraitdə saxlanılır və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər və radioloji monitorinqlər həyata keçirilir, məlum deyil. Bundan əlavə, 13 il istismar olunub və 1989-cu ildən dayandırılmış stansiyanın birinci blokunun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin təmin olunması haqqında da heç bir məlumat yoxdur".
Rusiya Ədliyyə Nazirliyi "Little Big" qrupunun solisti İlya Prusik
Polis əməkdaşları həyata keçirdiyi əməliyyatlar nəticəsində ölkə ə
Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!
Türkiyədə "Anadolujet" şirkətinə məxsus sərnişin təyyarəsin
Əminəm ki, Sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına b�
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun arxasında Teh
Ötən günlərdə paytaxt küçələrində azyaşlı uşaqlara qarşı qısnama
"Biz işğala artıq son qoyaraq, sülhə daha da yaxınlaşmışıq. Həl�
"Bu gün mən hörmətli qonağımı bizim bölgəmizdə gedən proseslər
Türkiyəli aktrisa Aybüke Pusatla müğənni Simge Sağın fotoşop qurbanı o
Son.az kulis.az-a isitinadən müğənni Natəvan Həbibi haqqında maraqlı fa
İranın Zahedan şəhərində repressiv hökumət qüvvələri etirazçı əhal
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycan