İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib FOTO


Siyasət 06 İyn 2023 14:03:00 150 0

İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib  FOTO

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Binanın hündürlüyü olan 12 metr foyesində "Əbədiyyət" kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltəraş Rəşad Mehdiyevdir.

Üç hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.

Kompozisiyada Azərbaycan xalqının həyat fəlsəfəsinə uyğun əbədi dəyərləri, qalib insan ruhunu, zəhməti və bərəkəti, dayanıqlılığı nümayiş etdirən ideyalar əksini tapıb. Mərkəzdə Heydər Əliyevin büstü olan kompozisiyada ağacın budaqları səmaya və sonsuzluğa doğru ucalır. Kufi üslubunda xüsusi bir nizamla yaradılan şəbəkə səmanı ifadə edir. Səmada Ümummilli Liderin anadan olmasının 100 illiyini əks etdirən 100 ulduz parlayır.

Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığını təcəssüm edir. Ağacın budaqları kompozisiyanın sağına - qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqlar əks edilmiş rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.

"Əbədiyyət" kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bərəkət və zəhməti təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.

Qeyd edildi ki, burada Ümummilli Liderə həsr olunan xüsusi "Heydər Əliyev-100" guşəsi də yaradılıb. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu Öndərin Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı gördüyü işlər guşədə geniş əks olunub.

Nazirliyin yeni binası ilə tanışlıq zamanı qeyd olundu ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Diqqətə çatdırıldı ki, ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.

x x x

Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi aqrar sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub saxlanılıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb.

Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi, aqrar sahədə rəqəmsallaşma səviyyəsinin ildən-ilə artmasını təmin edir. Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texnoloji yeniliklərə, kənd təsərrüfatı texnikasına, damazlıq heyvanlara əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub. Məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixrac potensialını yüksəldib. Belə ki, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. İxracın həcmi əvvəlki illə müqayisədə 1 faiz artıb.

Son.az 

Rusiyada bir azdan atışmalar başlayacaq like
  • 06 İyn 13:53  
Digərləri Rusiyada bir azdan atışmalar başlayacaq

Hazırda Rusiyada iki silahlı cinayətkar qrup arasında müharibə gedir.

arrow Ətraflı
Bunun qarşısı kəskin şəkildə alınmalıdır like
  • 06 İyn 13:45  
Siyasət Bunun qarşısı kəskin şəkildə alınmalıdır

Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilər�

arrow Ətraflı
Nigar türk milyonerin ad günündə səhnə aldı like
  • 06 İyn 13:42  
Şou-biznes Nigar türk milyonerin ad günündə səhnə aldı

Azərbaycanlı müğənni Nigar Muharrem türk milyoner, fenomen Dilan Polatın

arrow Ətraflı
Amerikadan gətirilən avtomobillər bahalaşacaq... like
  • 06 İyn 13:20  
Digərləri Amerikadan gətirilən avtomobillər bahalaşacaq...

Amerikadan gətirilən avtomobillərin qiyməti bahalaşa bilər.

arrow Ətraflı
Zəngəzur dəhlizi ilə bağlı işlər sürətlənir like
  • 06 İyn 13:12  
Siyasət Zəngəzur dəhlizi ilə bağlı işlər sürətlənir

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar Naxçıvanda dəmiryol infras

arrow Ətraflı
Baxmut istiqaməti  afərin, döyüşçülər! like
  • 06 İyn 13:09  
Dünya Baxmut istiqaməti afərin, döyüşçülər!

Rusiya Ukrayna ordusunun Donetsk bölgəsindəki uğurlarını isterik şəkild�

arrow Ətraflı
Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu like
  • 06 İyn 13:06  
Digərləri Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəh

arrow Ətraflı
65 yaşına çatmış hansı həkimlər işdən ÇIXARILACAQ? like
  • 06 İyn 12:58  
Digərləri 65 yaşına çatmış hansı həkimlər işdən ÇIXARILACAQ?

Xəstəxanaların fəaliyyət göstərmə üsulunun təkmilləşdirilməsi istiq

arrow Ətraflı
Yağıntılı hava gözlənilir like
  • 06 İyn 12:54  
Digərləri Yağıntılı hava gözlənilir

İyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Rusiya təsdiqlədi: like
  • 06 İyn 12:47  
Digərləri Rusiya təsdiqlədi:

Rusiya ordusunun Belqorod vilayətinin sərhədyanı Novaya Tavoljanka qəsəbə

arrow Ətraflı
Tolikin ad günündən like
  • 06 İyn 12:36  
Şou-biznes Tolikin ad günündən

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) özünə ad günü edir.

arrow Ətraflı
Bu rayonların sakinlərinə XƏBƏRDARLIQ: like
  • 06 İyn 12:32  
Digərləri Bu rayonların sakinlərinə XƏBƏRDARLIQ:

2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qaz

arrow Ətraflı
Bakının cavabı şok yaşatdı: like
  • 06 İyn 12:25  
Digərləri Bakının cavabı şok yaşatdı:

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975

arrow Ətraflı
İki qardaşın düşdüyü dəhşətli qəzanın like
  • 06 İyn 12:14  
Digərləri İki qardaşın düşdüyü dəhşətli qəzanın

Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu kü�

arrow Ətraflı