Serbiya Azərbaycanla bağlı AŞPAya müraciət etdi


Siyasət 05 Fev 2024 22:47:00 210 0

Serbiya Azərbaycanla bağlı AŞPAya müraciət etdi

Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb.

Son.az axar.az-a istinadən müraciəti təqdim edir:

"Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq.

Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib.

Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir.

Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır.

Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz.

Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir.

Bilyana Pantiç Pilya - nümayəndə heyətinin rəhbəri

Dubravka Filipovski

Elvira Kovaks

Dunya Simonoviç Bratiç

Stefan Yovanoviç

Yelena Zariç Kovaçeviç

Aleksandar Markoviç".

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? like
  • 05 Fev 22:41  
Digərləri Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb?

Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bi

arrow Ətraflı
Mübariz Mənsimov əməliyyat olundu like
  • 05 Fev 22:36  
Digərləri Mübariz Mənsimov əməliyyat olundu

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbu

arrow Ətraflı
Rusiya Azərbaycandakı seçkilərlə bağlı məlumat yaydı like
  • 05 Fev 22:30  
Digərləri Rusiya Azərbaycandakı seçkilərlə bağlı məlumat yaydı

Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyan�

arrow Ətraflı
Nadir və Aynişan: Personajların sevgisi! like
  • 05 Fev 22:26  
Şou-biznes Nadir və Aynişan: Personajların sevgisi!

Ötən gün İTV-də yayımlanan "Maska" şounun finalı maraqlı gör

arrow Ətraflı
95 yaşında məzun oldu like
  • 05 Fev 22:21  
Dünya 95 yaşında məzun oldu

95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu ol

arrow Ətraflı
Azərbaycan XİN Çilidəki meşə yanğınları ilə bağlı məlumat yaydı like
  • 05 Fev 22:06  
Digərləri Azərbaycan XİN Çilidəki meşə yanğınları ilə bağlı məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Çilidə baş vermiş meşə yanğınları

arrow Ətraflı
Yeni layihəsi bəlli oldu like
  • 05 Fev 22:00  
Şou-biznes Yeni layihəsi bəlli oldu

Sonuncu dəfə "Adım Farah" serialında rol alan aktyor Feyyaz Duman�

arrow Ətraflı
Azərbaycanda daha bir uşaq qızılcadan vəfat etdi like
  • 05 Fev 21:42  
Digərləri Azərbaycanda daha bir uşaq qızılcadan vəfat etdi

Tovuz rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılo

arrow Ətraflı
Gündəm olan tanınmış idmançının məşqləri görün neçəyə imiş like
  • 05 Fev 21:35  
Digərləri Gündəm olan tanınmış idmançının məşqləri görün neçəyə imiş

TikTok-un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin mə

arrow Ətraflı
Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım... like
  • 05 Fev 21:22  
Dünya Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım...

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

arrow Ətraflı
Çində yazıçı ölüm hökmünə məhkum edilib like
  • 05 Fev 21:15  
Dünya Çində yazıçı ölüm hökmünə məhkum edilib

Çin məhkəməsi avstraliyalı yazıçı Yang Hengjunu iki illik möhlətlə ö

arrow Ətraflı
Xəritə: Bakı və İrəvan arasında yeni müharibə... like
  • 05 Fev 21:05  
Digərləri Xəritə: Bakı və İrəvan arasında yeni müharibə...

ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şuras�

arrow Ətraflı
Türkiyənin Antalya limanı 700ə yaxın çox gəmi qəbul edib like
  • 05 Fev 20:58  
Digərləri Türkiyənin Antalya limanı 700ə yaxın çox gəmi qəbul edib

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Antalya limanı 668 gəmi q�

arrow Ətraflı
Maykl Ceksonun qızından qalmaqallı addım: ödəniş qarşılığında...  FOTO like
  • 05 Fev 20:52  
Şou-biznes Maykl Ceksonun qızından qalmaqallı addım: ödəniş qarşılığında... FOTO

Maykl Ceksonun qızı Peris Cekson "Qremmi" mərasimindəki çıxış�

arrow Ətraflı
Kibercinayətin yeni növü: like
  • 05 Fev 20:46  
Dünya Kibercinayətin yeni növü:

İnterpol bölmələri bu yaxınlarda Davosda keçirilən "Dünya İqtisadi

arrow Ətraflı