Makron erməniləri savaşa sürükləyir


Siyasət 06 Fev 2024 10:10:00 206 0

Makron erməniləri savaşa sürükləyir

Fransanın Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyaının (EUMA) yerləşdiyi məkana yollanıb.

Daha sonra o, Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin yaxınlığına gəlib.

İlk baxışdan adi səfər sayıla bilər: fransalı polis zabiti Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə tanış olur, sonra da həmin missiyanın bilavasitə fəaliyyət arealına yollanaraq, nələrin baş verdiyni anlamağa çalışır.

Lakin bütün bunlar, sadəcə, ilk baxışdan belədir. Yəni fransız ədəbiyyatının klassiklərinin təbirincə yazsaq, əsas mahiyyətin pərdələnməsinə xidmət edən anturajdır.

Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə təsir və təzyiq imkanlarının əldə olunması cəhdlərini aktiv şəkildə davam etdirir. Ermənistana tam və total dəstək verən, ermənilərin ordusunu silahlandıran, erməni cəmiyyətində aqressiv revanşizm və qisasçılıq təmayüllərini daha da qızışdıran rəsmi Paris paralel olaraq Bakıya qarşı bütün cəbhə boyu hücuma keçib.

Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və b. təşkilatlardan istifadə edən Fransa rəsmi Bakını "ram etmək", məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul bilir.

Həmin vasitələr arasında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməmək üçün aşkar və gizli rıçaqların işə salınması, hətta regionda yeni silahlı toqquşma risklərinin bilərəkdən artırılması da var.

Məhz bub baxımdan fransız briqada generalının Ermənistanla şərti dövlət sərhədimizdə peyda olması və binoklla Azərbaycan ərazilərinə baxması hərbi-siyasi təxribat sayıla bilər. Eyni zamanda, briqada generalı Uilyam De Meyerin belə davranışı Parisin Bakıya təzyiq kampaniyasının daha bir elementi kimi də qəbul olunmalıdır.

Fransa prezidenti Emmanuel Makron bilir ki, ölkəsinin Cənubi Qafqazdakı proseslərə birbaşa, hərbi və ya siyasi yolla təsir etmək imkanları yoxdur. Parisin hərbi müdafiə, xüsusilə də ölkə sərhədlərindən kənarda "təsir rıçaqları əldə etmək" taktikasında son illərdə ciddi dəyişikliklər edildiyini nəzərə alsaq, De Meyerin səfəri və ya davranışı təəccüb doğurmamalıdır.

Paris maraqları olan bölgələrə birbaşa müdaxilə və ya bilavasitə mənafe desantı çıxarmaq əvəzinə, həmin məkandakı siyasi, iqtisadi, hərbi və sosial elitaları ələ almağa üstünlük verməyə başlayıb.

Həmin strategiyanı Emmanuel Makron Cənubi Qafqaza da tətbiq etmək istəyir. Lakin bölgədə Fransanın istəklərinin reallaşması həddən ziyadə çətindir, çünki Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi regional dövlətlərin maraqları ilə yanaşı, ABŞ, Avropa İttifaqı, Çin, Britaniya, Pakistanın da geostrateji mənafeləri mövcuddur.

Azərbaycanla Ermənistan arasında 30 ildən bəri davam edən münaqişə 2-ci Qarabağ Müharibəsi və sonrakı lokal antiterror tədbirləri nəticəsində başa çatdığından Paris bölgədə konflikt elementlərindən istifadə edə bilmir.

Bəhs etdiyimiz səbəbdən Emmanuel Makron və onun administrasiyası siyasi atavizm təsiri bağışlayan gedişlər edir. Həmin gedişlər arasında Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasını aparmaq üçün məhz sabiq SSRİ-nin Baş Qərargahının xəritələrindən, özü də 1970-1975-ci il xəritələrindən istifadənin zərurəti ilə bağlı təkliflər var.

Rusiyanın ilkin olaraq səsləndirdiyi təklifin sonradan Fransa, axırda da Ermənistan tərəfindən rəğbətlə qarşılanması təsadüf olmasa da, anaxronizm, köhnəlmiş gedişdir.

Çağdaş dünyada iki dövlət arasındakı mübahisələri sərhədin keçdiyi xətti və perimetri müəyyənləşdirmək üçün kosmik peyk çəkilişlərindən tutmuş, xüsusi kartoqrafik və topoqrafik proqramlar mövcuddur.

E.Makronun davranışı və sovet xəritələri ilə bağlı təklifi dəstəkləməsi yalnız ilk baxışdan təəccüb doğura bilər. Əslində, Paris xəritə məsələsində Rusiyanın təklifini dəstəkləməklə bölgədə Moskvanın maraqlarının tam kənarlaşdırılmaması, minimuma endirilməməsi ilə bağlı Rusiyaya ilkin vədlər vermiş olur.

Rusiyanın maraqları Fransa üçün cüzi əhəmiyyət kəsb etməsə də, Makron məqsədinə çatmaq üçün Moskvanın müvəqqəti loyallığından faydalanmaq istəyir. Fransa Rusiyanı şirnikləndirici vədlərlə aldatmaq, sülh sazişinin imzalanması prosesini Bakı və İrəvan arasında birbaşa danışıqlar müstəvisindən çıxararaq, "beynəlxalq təminat mexanizm"ləri ilə təchiz etmək, məqsədə çatandan sonra isə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında ABŞ və Avropa İttifaqı tandeminə qatılaraq trio yaratmaq fikrindədir.

Emmanuel Makronun əsas istəyi Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi və ya moderator səlahiyyətlərinə yiyələnmək, prosesi müəyyənləşdirən element statusunu əldə etməkdir.

Yəni Qarabağ münaqişəsini 30 il ərzində dinc danışıqlar vasitəsilə nizamlamağa "çalışan", əslində isə heç nə etməyən və münaqişənin mümkün qədər uzanması üçün bütün vasitələrə əl atan, tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunun yeni formasını yaratmağa can atır.

Bu baxımdan, Uilyam De Meyerin Ermənistana səfəri və xüsusilə şərti dövlət sərhədinə yollanması Fransanın bölgədə silahlı təxribat variantını da istisna etməməsinə dəlalət edir. Ssenari bəsitdir: Ermənistan sərhəddə silahlı təxribat törədir, vəziyyət həddən artıq gərginləşir, yeni hərbi əməliyyatlar riski yaranır.

Təbii, Ermənistanın hakimiyyəti və xüsusilə baş nazir Nikol Paşinyan əla bilirlər ki, Bakı ilə silahlı qarşıdurmada İrəvanın heç bir şansı yoxdur. Bilirlər, amma Fransadan alınan göstərişlər və təlimatlar çərçivəsindən kənara çıxa bilmirlər.

Fransa isə vəziyyəti ifrat dərəcədə gərginləşəcəyi halda guya "yeni hərbi əməliyyatlara yol verməmək üçün" situasiyaya müdaxilə edəcək, nizamlanma prosesində moderator funksionallığına yiyələnəcək.

Primitiv olsa da, ssenari budur.

Səbəb - Fransanın Azərbaycana heç bir təsir imkanları yoxdursa, Ermənistana tam təzyiq vasitələri var və üstəlik, Paris indi İrəvanın diplomatiyasını faktiki olaraq, yönləndirir.

Vəziyyəti isə Avropa İttifaqı və Fransa tam absurd həddinə çatdırıblar.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədi var, sərhəd müəyyənləşdirilməyib və indi frontir, yəni qarşıdurma xətti formasındadır.

Belədirsə, Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA) nə ilə və ən əsası, niyə məşğuldur?

Nəzərə alsaq ki, EUMA missiyasının rəhbərinin müavini Fransanın hərbi kəşfiyyatının sabiq müavinidir - sualların sayı daha da artır.

Heyətinin tərkibinin əsas hissəsi fransızlardan ibarət EUMA, Fransanın Ermənistanı sürətlə silahlandırması və xarici siyasətdə tam dəstəkləməsi, Parisin Bakıya qarşı artan təzyiqləri - bütün bunlar Parisin İrəvanı "revanş"a hazırladığına dəlalət edən nüanslar sayıla bilərmi?

Bundan sonra nələrin yaşanacağından asılı olmayaraq, Ermənistanla şərti dövlət sərhədimizi daha da möhkəmləndirməli, maksimum dərəcədə sayıq olmalıyıq.

Emmanuel Makron məqsədinə çatmaq üçün istənilən vasitəyə əl ata bilər. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Namiqin evlilik kriteriyaları: “Paltarımı təmizləsin, yeməyimi bişirsin…” like
  • 06 Fev 10:06  
Şou-biznes Namiqin evlilik kriteriyaları: “Paltarımı təmizləsin, yeməyimi bişirsin…”

"Bizim çox əxlaqlı aparıcılarımız, aktrisalarımız, müğənniləri

arrow Ətraflı
Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə dəstək verilir like
  • 06 Fev 10:01  
Siyasət Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə dəstək verilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Meh

arrow Ətraflı
Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlandı like
  • 06 Fev 10:00  
Digərləri Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlandı

Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlanıb Polis əm�

arrow Ətraflı
Rəfiqə Axundova vəfat etdi like
  • 06 Fev 09:59  
Kriminal Rəfiqə Axundova vəfat etdi

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova vəfat edib.

arrow Ətraflı
Bu ölkə Feysbukdan imtina etməyi düşünür like
  • 06 Fev 06:20  
Dünya Bu ölkə Feysbukdan imtina etməyi düşünür

Niderland hökuməti Feysbuk sosial şəbəkəsindən tamamən imtina etmək imk

arrow Ətraflı
İsrail ordusu Livandakı “Hizbullah” mövqelərinə yeni aviazərbələr endirib like
  • 06 Fev 06:10  
Dünya İsrail ordusu Livandakı “Hizbullah” mövqelərinə yeni aviazərbələr endirib

İsrail hərbçiləri "Hizbullah" qruplaşmasının Livanın cənubund

arrow Ətraflı
Okeanın dibindəki mistik dəliklərin sirri açıldı like
  • 06 Fev 06:06  
Digərləri Okeanın dibindəki mistik dəliklərin sirri açıldı

Şimal dənizində aşkar edilən əsrarəngiz çökəkliklərin əvvəllər ç�

arrow Ətraflı
Qurudulmuş meyvələr necə hazırlanmalıdır?  FOTO like
  • 06 Fev 05:05  
Digərləri Qurudulmuş meyvələr necə hazırlanmalıdır? FOTO

Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin

arrow Ətraflı
Bekhemlərin gəlini onları bir yerə yığdı  FOTO like
  • 06 Fev 04:04  
Şou-biznes Bekhemlərin gəlini onları bir yerə yığdı FOTO

Məşhur keçmiş futbolçu Devid Bekhemin oğlu Bruklinin həyat yoldaşı, ak

arrow Ətraflı
100 yaşdan çox ömür sürən sardiniyalıların like
  • 06 Fev 03:03  
Digərləri 100 yaşdan çox ömür sürən sardiniyalıların

Sardiniya adası dünyada insanların yüz ildən çox yaşadığı nadir yerlə

arrow Ətraflı
O qədər fotoşop etdi ki, lağa qoyuldu  FOTO like
  • 06 Fev 02:02  
Şou-biznes O qədər fotoşop etdi ki, lağa qoyuldu FOTO

Türkiyəli müğənni Yaşar İpek sosial media paylaşımı ilə diqqət çək

arrow Ətraflı
Məşhur axtarış sistemi fantastik qiymətə satıldı like
  • 06 Fev 01:01  
Digərləri Məşhur axtarış sistemi fantastik qiymətə satıldı

"Yandex" axtarış sistemi şirkəti restrukturizasiya barədə elan e

arrow Ətraflı
Paşinyan TŞnin iclasını keçirdi like
  • 06 Fev 00:55  
Digərləri Paşinyan TŞnin iclasını keçirdi

Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını

arrow Ətraflı
Gündəmi zəbt edən görüntülər barədə diqqətçəkən iddia like
  • 06 Fev 00:47  
Şou-biznes Gündəmi zəbt edən görüntülər barədə diqqətçəkən iddia

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "İnci tan

arrow Ətraflı
Almaniya kansleri: “Ukraynadakı müharibənin sonu görünmür” like
  • 06 Fev 00:34  
Dünya Almaniya kansleri: “Ukraynadakı müharibənin sonu görünmür”

"Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə apa

arrow Ətraflı