Okeanın dibindəki mistik dəliklərin sirri açıldı
Digərləri 06 Fev 2024 06:06:00 387 0
Şimal dənizində aşkar edilən əsrarəngiz çökəkliklərin əvvəllər çöküntülərin altından sızan metanın nəticəsi olduğu deyilirdi. Lakin yeni araşdırmalar göstərdi ki, bu sirli hadisələr, ehtimal ki, bölgədə yaşayan donuz balıqları və qum ilanları tərəfindən geridə qalan həyat əlamətləridir.
Bu xəbəri də oxu: 23 yaşlı qızın adı və soyadına görə həyatı KABUSA DÖNDÜ FOTO
Son.az publika.az-a istinadən xəbər verir ki, Kiel Universitetinin geofiziki Jens Schneider von Deimling tərəfindən aparılan araşdırmada sübut olunub ki, kiçik çökəkliklər sualtı fauna nümayəndələrinin üzərinə düşür. Şimal dənizində yaşayan donuz balıqları (delfinlərə bənzəyən, lakin dişli balinalara aid olan məməlilər) suyun dibində yem toplayır və qum ilan balıqları da orada yuva qururlar, yuvalarından sürünərək çıxanda arxalarında dəlik buraxırlar.
Geofizik Schneider von Deimling araşdırmalar haqqında belə deyib:
"Nəticələrimiz ilk dəfə göstərir ki, bu çökəkliklər donuz və qum ilanbalıqlarının yaşayış yeri və davranışı ilə birbaşa əlaqədar yaranır və əvvəllər düşünüldüyü kimi mayelərin yüksəlməsi nəticəsində əmələ gəlmir".
Tədqiqat qrupu dəniz dibinin formasını öyrənmək, metan izlərini axtarmaq və dəliklərin olduğu ərazilərdə hansı heyvanların aktiv olduğunu öyrənmək üçün dəniz dibinin yüksək dəqiqlikli sonar xəritəsi, davranış biologiyası, okeanoqrafik analiz və peyk görüntülərinin birləşməsindən istifadə edib. Alimlər müəyyən ediblər ki, çökəkliklər tez-tez donuz balıqlarının yem axtaran ərazilərində yerləşir və bu ərazilər qum balığının məskunlaşdığı yerlərə yaxındır.
Yüksək ayırdetmə qabiliyyətinə malik yeni məlumatlar göstərir ki, dəniz məməliləri yem axtararkən dibdə yalnız təxminən 11 santimetr dərinlikdə dayaz dəliklər buraxırlar.
"Bizim bu araşdırmamız metan qazı sızması nəticəsində yanlış şərh edilən bütün dünyada dəniz dibində çoxsaylı krater kimi çökəkliklərin mövcudluğunu da izah edir", - tədqiqat qrupunun açıqlamasında bildirilir.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin
Məşhur keçmiş futbolçu Devid Bekhemin oğlu Bruklinin həyat yoldaşı, ak
Sardiniya adası dünyada insanların yüz ildən çox yaşadığı nadir yerlə
Türkiyəli müğənni Yaşar İpek sosial media paylaşımı ilə diqqət çək
"Yandex" axtarış sistemi şirkəti restrukturizasiya barədə elan e
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "İnci tan
"Rusiya iki ilə yaxındır ki, Ukraynaya qarşı barışmaz müharibə apa
Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən ya
Niyaməddin Musayevin maraqlı görüntüləri yayılıb.
Yaponiyada paytaxt regionunda yağan güclü qar səbəbindən 10 mindən çox e
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Al
Çilidə Valparaiso bölgəsini bürümüş meşə yanğınları davam edir. Art
Rusiyanın nəzarətində olan Lisiçansk vilayətində yerləşən "Adriat