İlham Əliyev Ərdoğana Türkiyədəki zəlzələnin ildönümü ilə bağlı başsağlığı verib


Siyasət 05 Fev 2024 16:39:00 228 0

İlham Əliyev Ərdoğana Türkiyədəki zəlzələnin ildönümü ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.

Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.

Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm".

DİN və ANAMA vətəndaşlara xəbərdarlıq etdi  VİDEO like
  • 05 Fev 16:38  
Digərləri DİN və ANAMA vətəndaşlara xəbərdarlıq etdi VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə

arrow Ətraflı
Dilberin gündəm olmasını like
  • 05 Fev 16:33  
Şou-biznes Dilberin gündəm olmasını

Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "İnci tan

arrow Ətraflı
Bu müəssisələrin lisenziyaları like
  • 05 Fev 16:28  
Digərləri Bu müəssisələrin lisenziyaları

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy

arrow Ətraflı
ŞƏTin müşahidəçilər missiyası Bakıya gəldi like
  • 05 Fev 16:23  
Digərləri ŞƏTin müşahidəçilər missiyası Bakıya gəldi

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prez

arrow Ətraflı
Çayda meyiti tapılan Adilə Mehdiyeva ilə bağlı YENİ MƏLUMAT: Evdən çıxan gün... like
  • 05 Fev 16:17  
Digərləri Çayda meyiti tapılan Adilə Mehdiyeva ilə bağlı YENİ MƏLUMAT: Evdən çıxan gün...

Son.az bildirir ki, News24.az Polşada iki aylıq övladı ilə birgə itkin d�

arrow Ətraflı
“Fermerlər inqilabı”  Makron Fransasının çöküşü like
  • 05 Fev 16:11  
Dünya “Fermerlər inqilabı” Makron Fransasının çöküşü

Müstəqil xarici siyasət yürüdən ölkələrin hədəfə alınması, xaos v�

arrow Ətraflı
Ana olmağa hazırlaşan Eda Ecedən yeni like
  • 05 Fev 16:05  
Şou-biznes Ana olmağa hazırlaşan Eda Ecedən yeni

Türkiyənin tanınmış aktrisası Eda Ece "Elle" jurnalının üz qa

arrow Ətraflı
Qərbdə insan hüquqları polis müşayiəti ilə pozulur like
  • 05 Fev 16:01  
Digərləri Qərbdə insan hüquqları polis müşayiəti ilə pozulur

Avropada insan hüquqları polis müşayiəti ilə pozulur.

arrow Ətraflı
Adilə Mehdiyevanın cənazəsi Azərbaycana gətirilir?  VİDEO like
  • 05 Fev 15:54  
Digərləri Adilə Mehdiyevanın cənazəsi Azərbaycana gətirilir? VİDEO

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən

arrow Ətraflı
"Azərbaycan Ağsaqqallar Şurasının üzvləri təşviqat prosesində fəal iştirak ediblər" like
  • 05 Fev 15:48  
Digərləri "Azərbaycan Ağsaqqallar Şurasının üzvləri təşviqat prosesində fəal iştirak ediblər"

"Azərbaycan Ağsaqqallar Şurasının üzvləri fevralın 7-də keçirilə

arrow Ətraflı
Bakıda küləyin sürəti 21 m/sdək artıb like
  • 05 Fev 15:45  
Digərləri Bakıda küləyin sürəti 21 m/sdək artıb

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir g�

arrow Ətraflı
İş yerinin yaxınlığında avtomobilini park edənlərə güzəşt ediləcək? like
  • 05 Fev 15:39  
Digərləri İş yerinin yaxınlığında avtomobilini park edənlərə güzəşt ediləcək?

Bakıda avtombilini iş yerinin yaxınlığında park edən şəxs təxminən 3-

arrow Ətraflı
BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib like
  • 05 Fev 15:28  
Digərləri BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

Yanvar ayının sonu və fevral ayının əvvəllərində BQXK əməkdaşları A

arrow Ətraflı
Tehrandan porno ulduzun İrana səfərinə like
  • 05 Fev 15:23  
Digərləri Tehrandan porno ulduzun İrana səfərinə

Mənim bu səfərdən xəbərim yoxdur.

arrow Ətraflı
Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır” like
  • 05 Fev 15:00  
Digərləri Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”

"Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti  İlham Əiyev Pa

arrow Ətraflı