Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”


Digərləri 05 Fev 2024 15:00:00 321 0

Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”

"Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti  İlham Əiyev Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqu qəbul etmişdir. PAİ Baş katibinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına öz təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Azərbaycan isə, hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam  Prezident İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki,  ölkəmiz məhz sülh və inkişaf tərəfdarı olduğundan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. "Təəssüflər olsun ki, Ermənistan bu təklifə adekvat cavab vermədi. Son dövrlərdə cərəyan edən hadisələr isə belə deməyə əsas verir ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də məhz bəzi Avropa ölkələrinin bilavasitə təsiri və təhriki olub. Xüsusilə Fransanın bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir.  Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar isə  bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Lakin bu regionda Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd heç bir siyasət həyata keçirilə bilməz. Möhtərəm cənab Prezidentimiz bunu bütün beynəlxalq platformalardan dəfələrlə bəyan edib və dövlət başçımızın dediyi bütün sözlər də hər dəfə atılan real əməli addımlarla, görülən effektiv tədbirlərlə öz təsdiqini tapıb."      

K.Qafarov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflərin atmalı olduğu addımların Prezident İlham Əliyev tərəfindən qeyd olunması, ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha təsdiq edir: "Hər zaman olduğu kimi, dövlət başçımızın bu çıxışında da obyektiv açıqlamalar və konstruktiv təkliflər yer almışdır.  Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.  Prezident İlham Əliyev öz çıxışında belə bir məqamı da vurğuladı ki, iki ölkə arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən  dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan  Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib" .

Husilər bu Avropa ölkəsini hədələdi like
  • 05 Fev 14:58  
Dünya Husilər bu Avropa ölkəsini hədələdi

Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ö

arrow Ətraflı
Qızılcaya yoluxan şəxslər üçün neçə xəstəxana ayrılıb?  RƏSMİ like
  • 05 Fev 14:57  
Digərləri Qızılcaya yoluxan şəxslər üçün neçə xəstəxana ayrılıb? RƏSMİ

Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və opt

arrow Ətraflı
Bakıda evdən 40 min manatlıq “Rolex” oğurlandı like
  • 05 Fev 14:53  
Kriminal Bakıda evdən 40 min manatlıq “Rolex” oğurlandı

Bakıda evdən 40 min manatlıq qol saatı oğurlanıb.

arrow Ətraflı
"Hər şeyi deyə bilmədim" like
  • 05 Fev 14:46  
Şou-biznes "Hər şeyi deyə bilmədim"

Xəbər verdiyimiz kimi, "Maska" şousunun qalibi bəlli olub. 

arrow Ətraflı
Gorusda avtomatdan atəş açıldı: yaralanan var like
  • 05 Fev 14:41  
Digərləri Gorusda avtomatdan atəş açıldı: yaralanan var

Ermənistanın Gorus şəhərində atışma baş verib.

arrow Ətraflı
İsrail səfiri Rusiya XİNə çağırıldı like
  • 05 Fev 14:37  
Dünya İsrail səfiri Rusiya XİNə çağırıldı

İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyin�

arrow Ətraflı
Bu yolda avtobusların sürəti artırıldı like
  • 05 Fev 14:32  
Digərləri Bu yolda avtobusların sürəti artırıldı

Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edil

arrow Ətraflı
"Həkimlər diaqnoz qoymuşdu ki, sonsuzsan" like
  • 05 Fev 14:31  
Şou-biznes "Həkimlər diaqnoz qoymuşdu ki, sonsuzsan"

"Anama görə ailə qura bilməzdim. Çünki ona mən baxırdım, xəstə i

arrow Ətraflı
Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası like
  • 05 Fev 14:29  
Şou-biznes Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzə

arrow Ətraflı
Onlar coğrafiya və informatikadan da imtahan verəcək like
  • 05 Fev 14:26  
Digərləri Onlar coğrafiya və informatikadan da imtahan verəcək

Məlum olduğu kimi, 11 fevral 2024-cü ildə I ixtisas qrupu üzrə RK və Rİ,

arrow Ətraflı
Tokayev hökuməti istefaya göndərdi like
  • 05 Fev 14:21  
Dünya Tokayev hökuməti istefaya göndərdi

Qazaxıstan hökuməti istefa verib.

arrow Ətraflı
Afaq Bəşirqızı səhhətindən danışdı like
  • 05 Fev 14:20  
Şou-biznes Afaq Bəşirqızı səhhətindən danışdı

Xalq artisti Afaq Bəşirqızının yeni görüntüsü müzakirələrə səbəb

arrow Ətraflı
Çexiya səfirliyi Ermənistandan gələn çex barədə şərhdən imtina etdi like
  • 05 Fev 14:15  
Digərləri Çexiya səfirliyi Ermənistandan gələn çex barədə şərhdən imtina etdi

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətənda

arrow Ətraflı
Avropa Azərbaycan Məktəbi World Scholars’ Cup 2024 yarışına ev sahibliyi etdi like
  • 05 Fev 14:09  
Digərləri Avropa Azərbaycan Məktəbi World Scholars’ Cup 2024 yarışına ev sahibliyi etdi

27-29 Yanvar tarixində World Scholar's Cup beynəlxalq olimpiadasının nö

arrow Ətraflı