"Azərbaycan Ağsaqqallar Şurasının üzvləri təşviqat prosesində fəal iştirak ediblər"


Digərləri 05 Fev 2024 15:48:00 161 0

"Azərbaycan Ağsaqqallar Şurasının üzvləri təşviqat prosesində fəal iştirak ediblər"

"Azərbaycan Ağsaqqallar Şurasının üzvləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat prosesində fəal iştirak ediblər."

Son.az bildirir ki, bu fikirləri agsaqqallarsurasi.az saytına Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli deyib. O bildirib ki, bütün suveren, işğaldan azad edilmiş ərazilərimizi əhatə edəcək  prezident seçkilərinə 2 gün qalıb. Sabah növbədənkənar prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat sona çatır. Yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq. Artıq başa çatmaqda olan 23 günlük təşviqat prosesinə nəzər saldıqda onu deyə bilərik ki, sıralarında xalqımızın tanınmış nümayəndələrinin, nüfuzlu ağsaqqalların, görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin olduğu Azərbaycan Ağsaqqallar Şurası,  o cümlədən Şuranın ölkəmizin 77 şəhər və rayonunda fəaliyyət göstərən yerli təşkilatlarının rəhbər heyəti, minlərlə üzvü ölkəmizin bütün ərazisində aparılan təşviqat kampaniyasında aktiv iştirak ediblər. Ramin Həsənli, həmçinin, xatırladıb ki, ötən ilin dekabr ayının 25-də Şuranın geniştərkibli iclasında - Ümumi yığıncağında təşkilat növbədənkənar prezident seçkiləri ilə bağlı öz mövqeyini açıqlayaraq, 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurasının xalqımızın qalib və güclü Lideri İlham Əliyevin siyasətinin davamını istədiyini bəyan edib. Çünki bu yol qələbə, təhlükəsizlik, əmin-amanlıq, rifah, inkişaf yoludur! O, 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şuranın İş planının hazırlanaraq bütün şəhər və rayon təşkilatlarına göndərildiyini də qeyd edib. Qarşıya qoyulan əsas məqsəd qanunvericilikdə nəzərdə tutulan vasitələrdən geniş şəkildə istifadə etməklə Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin seçkilərlə bağlı fəaliyyətlərinin operativ və səmərəli həyata keçirilməsi olmuşdur və demək olar ki, bu məqsədə tam nail olunmuşdur. Belə ki, səsvermə hüququna malik olan bütün ölkə vətəndaşlarının 7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində fəal iştirakının təmin edilməsi məqsədilə əhali, xüsusilə gənclər arasında maarifləndirmə işinin təşkil edilməsində, seçkiqabağı dövrdə paytaxtımızı və respublikamızın bölgələrini əhatə edən toplantı və görüşlərin keçirilməsində, bu tədbirlərdə çoxsaylı seçicilərin iştirakının təmin olunmasında Şura üzvləri yaxından iştirak etmişlər. Seçkiqabağı dövrdə və təbliğat-təşviqat kampaniyası zamanı şəhər və rayon Ağsaqqallar Şuraları YAP-ın yerli təşkilatları ilə, həmçinin digər qurumlarla əməkdaşlığı daha da genişləndirərək birgə bir çox görüş və tədbirlər keçirmişlər. Ağsaqqallarımızın cəmiyyətdəki yüksək nüfuzu nəzərə alınaraq, paytaxtda və regionlarda təbliğat-təşviqat işinin daha səmərəli həyata keçirilməsi məqsədilə Azərbaycan Ağsaqqallar Şurasının tanınmış üzvləri, xüsusilə də bölgələrdən olan və doğulduğu rayonda, şəhərdə böyük hörmətə malik ağsaqqallar, ziyalılar, elm xadimləri, incəsənət adamları və başqaları təşviqat prosesinə cəlb edilmiş, onların seçicilərlə fərdi işinin təşkili günün tələbləri səviyyəsində qurulmuşdur. Bu görüş və tədbirlərdə iştirak və çıxış edən bütün seçicilər prezident seçkilərində yekdilliklə  qalib Liderə, xalqımıza möhtəşəm Qələbə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə səs  verəcəklərini qeyd etmişlər.

"Son olaraq bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan üçün tarixi məqamlarda, həlledici dövrlərdə hər zaman dövlətimizin yanında, xalqımızın önündə olan ağsaqqallarımız bu dəfə də öz qətiyyətli və ədalətli mövqelərini nümayiş etdirmişlər və biz əminik ki, fevaralın 7-də Azərbaycan Ağsaqqallar Şurasının 35 min  üzvü seçici kimi də prezident seçkilərində aktiv iştirak edəcək və Qarabağımızın xilaskarına, Böyük Qayıdışın müəllifinə və yeni zəfərlərimizin memarına səs verəcəklər"- deyə, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli vurğulayıb.

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bakıda küləyin sürəti 21 m/sdək artıb like
  • 05 Fev 15:45  
Digərləri Bakıda küləyin sürəti 21 m/sdək artıb

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir g�

arrow Ətraflı
İş yerinin yaxınlığında avtomobilini park edənlərə güzəşt ediləcək? like
  • 05 Fev 15:39  
Digərləri İş yerinin yaxınlığında avtomobilini park edənlərə güzəşt ediləcək?

Bakıda avtombilini iş yerinin yaxınlığında park edən şəxs təxminən 3-

arrow Ətraflı
BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib like
  • 05 Fev 15:28  
Digərləri BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib

Yanvar ayının sonu və fevral ayının əvvəllərində BQXK əməkdaşları A

arrow Ətraflı
Tehrandan porno ulduzun İrana səfərinə like
  • 05 Fev 15:23  
Digərləri Tehrandan porno ulduzun İrana səfərinə

Mənim bu səfərdən xəbərim yoxdur.

arrow Ətraflı
Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır” like
  • 05 Fev 15:00  
Digərləri Kamaləddin Qafarov: “Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır”

"Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti  İlham Əiyev Pa

arrow Ətraflı
Husilər bu Avropa ölkəsini hədələdi like
  • 05 Fev 14:58  
Dünya Husilər bu Avropa ölkəsini hədələdi

Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ö

arrow Ətraflı
Qızılcaya yoluxan şəxslər üçün neçə xəstəxana ayrılıb?  RƏSMİ like
  • 05 Fev 14:57  
Digərləri Qızılcaya yoluxan şəxslər üçün neçə xəstəxana ayrılıb? RƏSMİ

Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və opt

arrow Ətraflı
Bakıda evdən 40 min manatlıq “Rolex” oğurlandı like
  • 05 Fev 14:53  
Kriminal Bakıda evdən 40 min manatlıq “Rolex” oğurlandı

Bakıda evdən 40 min manatlıq qol saatı oğurlanıb.

arrow Ətraflı
"Hər şeyi deyə bilmədim" like
  • 05 Fev 14:46  
Şou-biznes "Hər şeyi deyə bilmədim"

Xəbər verdiyimiz kimi, "Maska" şousunun qalibi bəlli olub. 

arrow Ətraflı
Gorusda avtomatdan atəş açıldı: yaralanan var like
  • 05 Fev 14:41  
Digərləri Gorusda avtomatdan atəş açıldı: yaralanan var

Ermənistanın Gorus şəhərində atışma baş verib.

arrow Ətraflı
İsrail səfiri Rusiya XİNə çağırıldı like
  • 05 Fev 14:37  
Dünya İsrail səfiri Rusiya XİNə çağırıldı

İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyin�

arrow Ətraflı
Bu yolda avtobusların sürəti artırıldı like
  • 05 Fev 14:32  
Digərləri Bu yolda avtobusların sürəti artırıldı

Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edil

arrow Ətraflı
"Həkimlər diaqnoz qoymuşdu ki, sonsuzsan" like
  • 05 Fev 14:31  
Şou-biznes "Həkimlər diaqnoz qoymuşdu ki, sonsuzsan"

"Anama görə ailə qura bilməzdim. Çünki ona mən baxırdım, xəstə i

arrow Ətraflı
Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası like
  • 05 Fev 14:29  
Şou-biznes Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzə

arrow Ətraflı