Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyəcək
Digərləri 07 Fev 2024 08:28:00 3973 0
Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyəcək.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, min məntəqədə veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Hələ seçki məntəqələri açılmamışdan səs vermək istəyən vətənda�
Müğənni Günel Ələkbərova avtoqəzaya düşüb.
Qarabağ Universitetinin idarə olunma qaydaları açıqlanıb.
Astroloqlar fevral ayında sağlamlıqlarına daha çox diqqət yetirməli olan
Avstraliya və ABŞ okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəti
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Birləşmiş Ştatlar
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici �
Bakıda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşmüş bin
İsrailin kəşfiyyat xidməti "Mossad" Qətərin vasitəçiliyi ilə
Ukrayna Prezidenti Volodimir Zelenski da Atom Enerjisi üzrə Beynəlxalq Agentl
Uzun illər sonra efirə çıxan müğənni Mənsumə Əliyeva od püskürüb.
Bu il Çində bu smartfonlara tələbatın azalması nəticəsində "iPhone
Amerikalı aktrisa və model Meqan Foks açıq-saçıq geyimdə fotolar paylaş
Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən