BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib
Digərləri 05 Fev 2024 15:28:00 298 0
Yanvar ayının sonu və fevral ayının əvvəllərində BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova qeyd edib.
Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
"Bildiyimiz kimi, fevralın 1-də Azərbaycan Prezidenti İlham Əiyev Pa
Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ö
Yoluxucu xəstəliklərlə mübarizə xidmətinin təkmilləşdirilməsi və opt
Bakıda evdən 40 min manatlıq qol saatı oğurlanıb.
Ermənistanın Gorus şəhərində atışma baş verib.
İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyin�
Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edil
"Anama görə ailə qura bilməzdim. Çünki ona mən baxırdım, xəstə i
Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzə
Məlum olduğu kimi, 11 fevral 2024-cü ildə I ixtisas qrupu üzrə RK və Rİ,
Xalq artisti Afaq Bəşirqızının yeni görüntüsü müzakirələrə səbəb