XİN rəhbəri Osman Mesteni qəbul etdi


Siyasət 06 Fev 2024 20:50:00 233 0

XİN rəhbəri Osman Mesteni qəbul etdi

Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib.

Son.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Məlumata görə, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb.

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb. Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son.az 

Şəkidə maşınlar toqquşdu, 5 nəfər yaralandı like
  • 06 Fev 20:41  
Digərləri Şəkidə maşınlar toqquşdu, 5 nəfər yaralandı

Şəkidə yol qəzasında xəsarət alanların sayı 5 nəfərə çatıb.

arrow Ətraflı
Sənətçini buna görə öldürüblər like
  • 06 Fev 20:36  
Digərləri Sənətçini buna görə öldürüblər

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin Güngören ilçəs

arrow Ətraflı
“Çox qürurluyam ki, Ağdamda səs verəcəyəm” like
  • 06 Fev 20:31  
Digərləri “Çox qürurluyam ki, Ağdamda səs verəcəyəm”

"Biz ilk dəfə olaraq öz dogma torpağımızda - Ağdamda səs verəcəyi

arrow Ətraflı
Qarabağ Universitetinin Nizamnaməsi təsdiqləndi like
  • 06 Fev 20:26  
Digərləri Qarabağ Universitetinin Nizamnaməsi təsdiqləndi

"Qarabağ Universitetinin Nizamnaməsi" təsdiq edilib.

arrow Ətraflı
Hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verdi like
  • 06 Fev 20:16  
Dünya Hərbçilərə mülki şəxslərə atəş açmağa icazə verdi

Belarusda hərbçilərə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ ve

arrow Ətraflı
Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi like
  • 06 Fev 20:11  
Digərləri Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili müxalifətə b

arrow Ətraflı
Qumral: "Belə olmağım yaxşıdır, Natiq məndən bezməz"  VİDEO like
  • 06 Fev 20:05  
Şou-biznes Qumral: "Belə olmağım yaxşıdır, Natiq məndən bezməz" VİDEO

Şou-biznesin məşhur Musayevlər ailəsi Space Tv-də yayımlanan "Gül k

arrow Ətraflı
Hindistan vətəndaşı Abşeronda ÖLDÜ like
  • 06 Fev 20:01  
Digərləri Hindistan vətəndaşı Abşeronda ÖLDÜ

Hindistan vətəndaşı Abşeronda ölü tapılıb.

arrow Ətraflı
Flora Kərimova məhkəmədə Alovluya qalib gəldi like
  • 06 Fev 19:56  
Şou-biznes Flora Kərimova məhkəmədə Alovluya qalib gəldi

Yasamal Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova və telejurnalist Ü

arrow Ətraflı
Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı  VİDEO like
  • 06 Fev 19:51  
Digərləri Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı VİDEO

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəli

arrow Ətraflı
Qəzzada hadisələr hər keçən gün şiddətlənir – like
  • 06 Fev 19:50  
Digərləri Qəzzada hadisələr hər keçən gün şiddətlənir –

Qəzzada hadisələr hər keçən gün şiddətlənir.

arrow Ətraflı
HƏMAS silahlıları İsrail helikopterini vurdu like
  • 06 Fev 19:47  
Dünya HƏMAS silahlıları İsrail helikopterini vurdu

HƏMAS-ın silahlı qanadı olan "İzzəddin əl-Qəssam" qruplaşmas�

arrow Ətraflı
Doğuşdan Xoşqədəmə: "Qocaltdın məni"  VİDEO like
  • 06 Fev 19:41  
Şou-biznes Doğuşdan Xoşqədəmə: "Qocaltdın məni" VİDEO

Arb-də yayımlanan "Günaydın Azərbaycan" verilişində maraqlı an

arrow Ətraflı