Dövlət büdcəsinə dəyişiklik azad edilmiş ərazilərə ləyaqətli qayıdış üçün mühüm addımdır


Siyasət 06 İyn 2023 12:26:00 251 0

Dövlət büdcəsinə dəyişiklik azad edilmiş ərazilərə ləyaqətli qayıdış üçün mühüm addımdır

Qlobal siyasi və iqtisadi müstəvidə baş verən proseslər milli iqtisadiyyatlara təbii ki, təsirsiz ötüşmür. Mövcud situasiyada ölkəmizdə bərqərar olan iqtisadi sabitlik və dayanıqlı inkişafı qorumaq çox vacibdir və bu, dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bu gün keçirilən növbədənkənar iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanununda dəyişikliyin müzakirəsi zaman deyib.

O qeyd edib ki, parlamentə təqdim olunan "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanununda nəzərdə tutulan dürüstləşmə mövcud reallıqları və riskləri təhlil etməklə hazırlanıb.

"Budcə gəlirlərinin proqnozlaşdırılan artımı fonunda isə xərclərin yenidən müəyyənləşdirilməsi məsələsi aktuallaşıb. Müstəqillik dövrünün ən iri dövlət büdcəsinin gəlirlərinin proqnoz göstəricilər üzrə artımı bu il təxmini 10% təşkil edəcək ki, bu kifayət qədər böyük rəqəmdir. Gəlirlərin əsas tərkib hissələri üzrə göstəricilər 14 mənbə üzrə çoxalıb. Təqdim olunan sənəddə, dövlət büdcəsinin gəlirləri təxminən 33.8 milyard manat proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 9.8% çoxdur. Xərclər 36,7 milyard proqnozlaşdırılır ki, bu da təsdiq edilmiş məbləğdən 9.6% çoxdur. Gəlir və xərclər üzrə artım rasional istiqamətlər üzrə dəyişikliklərin edilməsi zərurətini yaradır və təqdirəlayiqdir ki, bu istiqamətlər məhz vətəndaşlarımızın rifahı və yaranmış çağırışlara cavab olaraq müəyyənləşdirilib", - deyə S.Mikayılova bildirib.

Deputat qeyd edib ki, əsaslı və dövlət borcuna xidmət xərcləri üzrə artım öz strukturunda ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair I Dövlət proqramının icrasının, dövlət borcunun idarə edilməsi üzrə yeni yanaşmanın tətbiqi və digər zəruri xərcləri əhatə edir.

"2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsində, işğaldan azad olunmuş ərazilərin və ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun təminatı və təhlükəsizlik xərcləri üçün əlavə 1.1 milyard manat vəsait ayrılır. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2.3 milyard manat əlavə vəsaitin cəlb edilməsi təklif olunur.

Azərbaycan torpaqlarının bütövləşməsi tarixi qələbəmizdir, bu ərazilərə ləyaqətlı qayıdışımız dövlət siyasətinin prioritet istiqamətlərindəndir və təklif edilən dəyişikliklər bu siyasətin həyata keçirilməsi üçün mühüm addımdır.

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çoxvektorlu xarici siyasətimiz durmadan aktivləşir, ənənəvi xarici siyasət gündəliyimizin həm coğrafiyası, həm də məzmunu dəyişir və genişlənir. Bu isə beynəlxalq fəaliyyətlə bağlı xərclərin artırılmasını vacib edir. Qeyd edək ki, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının əməkdaşlarının təminatı ilə bağlı yeni qaydaların qüvvəyə minməsi və bəzi xarici ölkələrdə səfirliklərin, eləcə də diplomatik nümayəndəliklərin fəaliyyətə başlaması ilə əlavə maliyyələşməyə ehtiyac yaranır", - deyə deputat vurğulayıb.

S.Mikayılova əlavə edib ki, diqqətçəkən məqam qanun layihəsində sosial yönümlü büdcə siyasətinin davam etdirilməsi, əhalinin həssas qrupuna aid vətəndaşlarımızin sosial müdafiəsinin gücləndirilməsi üçün xərclər istiqamətində ayırmaların da artımının nəzərdə tutulmasıdır", - deyə o əlavə edib.

Son.az 

Bakının cavabı şok yaşatdı: like
  • 06 İyn 12:25  
Digərləri Bakının cavabı şok yaşatdı:

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975

arrow Ətraflı
İki qardaşın düşdüyü dəhşətli qəzanın like
  • 06 İyn 12:14  
Digərləri İki qardaşın düşdüyü dəhşətli qəzanın

Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu kü�

arrow Ətraflı
Yanvarmay aylarında Türkiyənin hazır geyim ixracı azalıb like
  • 06 İyn 12:09  
Digərləri Yanvarmay aylarında Türkiyənin hazır geyim ixracı azalıb

2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ili

arrow Ətraflı
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq like
  • 06 İyn 12:08  
Digərləri Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq

Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pil

arrow Ətraflı
Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı like
  • 06 İyn 12:06  
Digərləri Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı

Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaş

arrow Ətraflı
SEPAHa məxsus bazalar yandırıldı like
  • 06 İyn 12:03  
Digərləri SEPAHa məxsus bazalar yandırıldı

Əhvaz, Dezful şəhərlərində və Gilan əyalətində Xameneyi və Qasım Sü

arrow Ətraflı
Yüksək vəzifəli erməni məmurun oğlu narkobaron çıxdı like
  • 06 İyn 11:52  
Dünya Yüksək vəzifəli erməni məmurun oğlu narkobaron çıxdı

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən qabaqc

arrow Ətraflı
Rasim Məmmədovun cəzası yüngülləşdirildi like
  • 06 İyn 11:48  
Digərləri Rasim Məmmədovun cəzası yüngülləşdirildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayə

arrow Ətraflı
Azərbaycanlı tələbə Polşada qəfil öldü like
  • 06 İyn 11:41  
Digərləri Azərbaycanlı tələbə Polşada qəfil öldü

Polşada azərbaycanlı tələbə qəfil vəfat edib.

arrow Ətraflı
Böyük qayıdış proqramı üçün ayrılacaq məbləğ like
  • 06 İyn 11:34  
Digərləri Böyük qayıdış proqramı üçün ayrılacaq məbləğ

2023-cü ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərə Böy�

arrow Ətraflı
Plana düşən evlərə niyə dəyərindən az KOMPENSASİYA verilir? like
  • 06 İyn 11:30  
Digərləri Plana düşən evlərə niyə dəyərindən az KOMPENSASİYA verilir?

Əmlak bazarında aydan-aya qiymətlər artsa da, hansısa bina yaxud da fərdi

arrow Ətraflı
Rumıniya Azərbaycanla qaz müqaviləsinin 2024cü ildən sonra uzadılacağından əmindir like
  • 06 İyn 11:27  
Digərləri Rumıniya Azərbaycanla qaz müqaviləsinin 2024cü ildən sonra uzadılacağından əmindir

Rumıniya Azərbaycanla qaz tədarükü üzrə müqavilənin müddətinin 2024-c

arrow Ətraflı
Kaxovka SES partladıldı like
  • 06 İyn 11:19  
Dünya Kaxovka SES partladıldı

"Rusiya qoşunları Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik St

arrow Ətraflı
"Qızımın məzarını hazırlatmışdım" like
  • 06 İyn 11:08  
Şou-biznes "Qızımın məzarını hazırlatmışdım"

Türkiyəli müğənni Sinan Özən 3 yaşındakı qızı Nevanın yeddinci əm�

arrow Ətraflı
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib like
  • 06 İyn 11:03  
Siyasət Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

Prezident İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu gönd�

arrow Ətraflı