Bakının cavabı şok yaşatdı:


Digərləri 06 İyn 2023 12:25:00 228 0

Bakının cavabı şok yaşatdı:

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975-ci il xəritəsinin guya sərhədlərin delimitasiyasında əsas götürüləcəyi haqda bir müddətdir rəsmi İrəvanın apardığı təbliğata ötən gün Azərbaycan XİN cavab verdi və bütün bu iddiaları yalanladı.

Son.az Axar.az-a istinadən xəbər verir ki, Bakının bu cavabı Ermənistan rəsmilərini təkzibə məcbur etdi, ardınca isə erməni mediası və politoloqlar "digər münasib variantlar" üzərində şərhlərə başladılar. Belə ki, hazırda "daha əvvəlki" xəritələrlə bağlı fikirlər səsləndirilməkdədir.

Erməni politoloq Artur Qazinyan 1926-cı il xəritələrinin əsas götürülməsinin vacibliyini irəli sürüb. O iddia edib ki, SSRİ-yə daxil olan zaman Azərbaycan və Ermənistan sərhədləri ilk dəfə 1926-cı ildə ayrılmışdır, sonrakı dəyişikliklər isə "formal xarakter" daşıyırdı.

Bu isə ermənilərin özündə belə şübhə ilə qarşılanıb. Çünki 1926-cı il "xəritəsi" deyə bir anlayış yoxdur, 1920-29-cu illərdə ermənilər bir neçə dəfə Azərbaycandan əlavə torpaqlar almağa çalışıblar ki, bunlardan biri də 1926-ci ilə aiddir. Amma SSRİ zamanı ilk razılaşdırılmış xəritə 1929-cu ildə olub. O ki qaldı Qazinyanın dediyi kimi, hər iki respublikanın SSRİ-yə daxil olmasına qədər olan ərazilərinə, bununla bağlı elə erməni politoloqlar özləri narahatlıqlarını ifadə ediblər.

Politoloq Argişti Kiviryan bildirib ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in deyil, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan edib. Həqiqətən də Konstitusiyamızda da Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Belə olduğu halda isə Azərbaycan varisi olduğu respublikanın ərazisinə iddia etmək hüququ əldə edir.

Belə ki, 1920-ci il 11 yanvarda Azərbaycan Xalq Cümhuriyyəti ABŞ da daxil olmaqla, dünyanın o dövr üçün ən qüdrətli ölkələri tərəfindən tanınıb. AXC hansı ərazilərlə tanınıbsa (1920-ci il 11 yanvarda), o ərazilərə də Azərbaycan Respublikası iddia etmək haqqına sahibdir.

Kirikyan bildirib ki, bunu əsas götürərək, Azərbaycan Zəngəzur və Göyçə gölünün yarısına iddiasını beynəlxalq müstəviyə qaldıra bilər.

Əslində erməni politoloqların bu istiqamətdə şərhləri Ermənistan Baş naziri Nikol Paşinyanın "29,8 min kv.km üçün kadastr almaq" arzusu və "Qarabağdan imtina etməsək, Ermənistanın öz ərazisi və suverenliyi təhlükə altına düşəcək" sözlərinin mahiyyətini anlamağa imkan verir. Məsələ budur ki, Ermənistanın "29,8 min kv.km ərazisi" hüquqi olaraq tanınmayıb, Ermənistanın işğal siyasətindən əl çəkməməsi isə varislik hüququnu aktivləşdirir və Azərbaycana əlavə şans verir. Beləliklə, 1920-ci il 11 yanvar de-yure tanınması və xəritələri ortaya gətirilə bilər.

Digər tərəfdən, erməni politoloqlar Ermənistanın işğalı zamanı taladığı sərvətlərə görə Azərbaycanın hüquqi prosedura başlamaq üçün hazırlıq görməsindən də əndişədədirlər. Kirikyan bildirib ki, Azərbaycan işğal zamanı dağıdılan evlərə, Yer üzündən silinən şəhərlər, maddi-mədəni abidələrə və talanan təbii sərvətlərə görə ən azı 50 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır (bu, qeyri-dəqiq rəqəmdir, son hesablamalara görə, Azərbaycana vurulan maddi zərər bir neçə yüz milyad dollardır - red.). Erməni politoloqlar anlayır ki, bu maddi təzminatı Ermənistan ödəmək iqtidarında deyil və bunun əvəzi olaraq Azərbaycan Zəngəzuru tələb etmək haqqı qazana bilər və Kirikyan bunu açıq şəkildə bəyan da edib.

Nəticə etibarilə İrəvanın aylardır gündəmə gətirmək istədiyi və delimitasiya üçün əsas götürməyə çalışdığı 1975-ci il xəritəsində israrının mahiyyəti üzə çıxmaqdadır. Rəsmi Bakının bircə cavabı (ötən gün Azərbaycan XİN-in cavabı nəzərdə tutulur - red.) ilə ümidləri puç olan Ermənistan hazırda "ən münasib digər variantlar" üzərində çalışmaqla məşğuldur.

Azərbaycan hər hərbi, həm siyasi, həm hüquqi, həm də tarixi baxımdan ən üstün mövqedədir və ona görə də sərhəd delimitasiyası, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın şərtləri ilə aparılacaq.

Ermənistan buna qarşı çıxdıqca tarixi gerçəklik və hüquqla üz-üzə qalacaq.

İki qardaşın düşdüyü dəhşətli qəzanın like
  • 06 İyn 12:14  
Digərləri İki qardaşın düşdüyü dəhşətli qəzanın

Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu kü�

arrow Ətraflı
Yanvarmay aylarında Türkiyənin hazır geyim ixracı azalıb like
  • 06 İyn 12:09  
Digərləri Yanvarmay aylarında Türkiyənin hazır geyim ixracı azalıb

2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ili

arrow Ətraflı
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq like
  • 06 İyn 12:08  
Digərləri Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq

Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pil

arrow Ətraflı
Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı like
  • 06 İyn 12:06  
Digərləri Atasına başdaşı düzəltdirmək üçün su satan Elvinlə bağlı

Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaş

arrow Ətraflı
SEPAHa məxsus bazalar yandırıldı like
  • 06 İyn 12:03  
Digərləri SEPAHa məxsus bazalar yandırıldı

Əhvaz, Dezful şəhərlərində və Gilan əyalətində Xameneyi və Qasım Sü

arrow Ətraflı
Yüksək vəzifəli erməni məmurun oğlu narkobaron çıxdı like
  • 06 İyn 11:52  
Dünya Yüksək vəzifəli erməni məmurun oğlu narkobaron çıxdı

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən qabaqc

arrow Ətraflı
Rasim Məmmədovun cəzası yüngülləşdirildi like
  • 06 İyn 11:48  
Digərləri Rasim Məmmədovun cəzası yüngülləşdirildi

"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayə

arrow Ətraflı
Azərbaycanlı tələbə Polşada qəfil öldü like
  • 06 İyn 11:41  
Digərləri Azərbaycanlı tələbə Polşada qəfil öldü

Polşada azərbaycanlı tələbə qəfil vəfat edib.

arrow Ətraflı
Böyük qayıdış proqramı üçün ayrılacaq məbləğ like
  • 06 İyn 11:34  
Digərləri Böyük qayıdış proqramı üçün ayrılacaq məbləğ

2023-cü ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərə Böy�

arrow Ətraflı
Plana düşən evlərə niyə dəyərindən az KOMPENSASİYA verilir? like
  • 06 İyn 11:30  
Digərləri Plana düşən evlərə niyə dəyərindən az KOMPENSASİYA verilir?

Əmlak bazarında aydan-aya qiymətlər artsa da, hansısa bina yaxud da fərdi

arrow Ətraflı
Rumıniya Azərbaycanla qaz müqaviləsinin 2024cü ildən sonra uzadılacağından əmindir like
  • 06 İyn 11:27  
Digərləri Rumıniya Azərbaycanla qaz müqaviləsinin 2024cü ildən sonra uzadılacağından əmindir

Rumıniya Azərbaycanla qaz tədarükü üzrə müqavilənin müddətinin 2024-c

arrow Ətraflı
Kaxovka SES partladıldı like
  • 06 İyn 11:19  
Dünya Kaxovka SES partladıldı

"Rusiya qoşunları Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik St

arrow Ətraflı
"Qızımın məzarını hazırlatmışdım" like
  • 06 İyn 11:08  
Şou-biznes "Qızımın məzarını hazırlatmışdım"

Türkiyəli müğənni Sinan Özən 3 yaşındakı qızı Nevanın yeddinci əm�

arrow Ətraflı
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib like
  • 06 İyn 11:03  
Siyasət Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

Prezident İlham Əliyev İsveç Kralı XVI Karl Qustava təbrik məktubu gönd�

arrow Ətraflı
Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır like
  • 06 İyn 11:02  
Siyasət Qarabağ və Şərqi Zəngəzur üçün əlavə vəsait ayrılır

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenid�

arrow Ətraflı