Təhqir və böhtana görə bunları edə bilərsiz Ali Məhkəmə AÇIQLADI


Digərləri 25 Noy 2024 11:22:00 66 0

Təhqir və böhtana görə bunları edə bilərsiz  Ali Məhkəmə AÇIQLADI

Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.

Son.az xəbər verir ki, işin hallarına görə, Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayətlə bağlı material aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xəzər Rayon Məhkəməsi materialı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərərkən nəzərə alıb ki, şikayətdə "təhqir" və "böhtan" kimi səciyyələndirilən məlumatlar hüquqi ünvanı Azərbaycan Respublikasının ərazisi olmayan internet informasiya ehtiyatında yayılıb və kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xəzər Rayon Məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Abşeron rayonu ərazisində yerləşən qeydiyyatsız yaşadığı mənzilin onun yaşayış yeri sayıldığını nəzərə alaraq materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməli olması qənaətinə gəlib. Lakin Abşeron Rayon Məhkəməsi barəsində şikayət verilmiş şəxsin şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən onun yaşayış yerinin qeydiyyata alındığı Xəzər rayonunda yerləşən ünvan olmasını nəzərə alıb, materiala Xəzər Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib.

Məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, aidiyyət məsələsi üzrə mübahisə müxtəlif apellyasiya instansiyası məhkəmələrinin yurisdiksiyalarında fəaliyyət göstərən məhkəmələr arasında yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə material aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilib.

Ali Məhkəmənin mövqeyi:

Qanunvericiliklə şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilməsinə xüsusi əhəmiyyət verilməsi, məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlar hesab olunduğundan (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir), Ali Məhkəmənin mövqeyinə əsasən, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, hazırki material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Xəzər rayonu ərazisində yerləşən ünvanı qəbul edilməli, Abşeron rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir.

Odur ki, Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb.

"Net Elektrik" vergi borcuna görə cərimələnir like
  • 25 Noy 11:21  
Digərləri "Net Elektrik" vergi borcuna görə cərimələnir

"Net Elektrik" MMC-yə inzibati protokol yazılıb.

arrow Ətraflı
Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA: 7075 yaşlı... like
  • 25 Noy 11:15  
Digərləri Pensiya yaşı ilə bağlı VACİB AÇIQLAMA: 7075 yaşlı...

İqtisadçı ekspert Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN

arrow Ətraflı
Bakıda milyardlıq razılaşma  Tarixi uğura like
  • 25 Noy 11:11  
Siyasət Bakıda milyardlıq razılaşma Tarixi uğura

Uzun müddətdir müzakirə olunan COP29 həftəsi yekunlaşıb. Bugündən Bak�

arrow Ətraflı
Validenylər DİQQƏT: Yerdəyişmə başladı like
  • 25 Noy 11:04  
Digərləri Validenylər DİQQƏT: Yerdəyişmə başladı

Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qrupları və 1-ci sinif �

arrow Ətraflı
Tbilisidə vəziyyət qarışdı  Şəhərə hərbi texnika gətirildi  VİDEO like
  • 25 Noy 11:00  
Dünya Tbilisidə vəziyyət qarışdı Şəhərə hərbi texnika gətirildi VİDEO

Xəbər verdiyimiz kimi bu gün Gürcüstanın 11-ci çağırış parlamentinin

arrow Ətraflı
Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi” like
  • 25 Noy 10:50  
Digərləri Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”

"Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də  Ermənistanın işğalçı

arrow Ətraflı
Qardaş qardaşı öldürdü like
  • 25 Noy 10:43  
Digərləri Qardaş qardaşı öldürdü

Ağdaşda qətl törədilib.

arrow Ətraflı
Rusiya Ukraynanı bu təyyarə ilə vurdu like
  • 25 Noy 10:40  
Digərləri Rusiya Ukraynanı bu təyyarə ilə vurdu

Rusiya Müdafiə Nazirliyi "Su-34" bombardmançı təyyarəsinin Ukra

arrow Ətraflı
Dövlət qurumlarına kiberhücumların qarşısı alındı  828 dəfə like
  • 25 Noy 10:36  
Digərləri Dövlət qurumlarına kiberhücumların qarşısı alındı 828 dəfə

Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dö

arrow Ətraflı
Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı like
  • 25 Noy 10:35  
Siyasət Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı ju

arrow Ətraflı
Bu sahələrdə işləyənlər 2 mindən çox alır like
  • 25 Noy 10:30  
Digərləri Bu sahələrdə işləyənlər 2 mindən çox alır

Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən y

arrow Ətraflı
Hazırda ölkədə güclü külək hökm sürür like
  • 25 Noy 10:29  
Digərləri Hazırda ölkədə güclü külək hökm sürür

Noyabrın 25-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti

arrow Ətraflı
Məktəblər bağlandı like
  • 25 Noy 10:25  
Digərləri Məktəblər bağlandı

Türkiyədə bir çox əyalətlərdə təhsil bir günlük dayandırılıb.

arrow Ətraflı
Bakıda Monqolustan əti satılır: 1315 manat like
  • 25 Noy 10:19  
Digərləri Bakıda Monqolustan əti satılır: 1315 manat

Artıq kafe və restoranlarda eləcə də bir çox digər yerlərdə yerli məh

arrow Ətraflı