Bakıda Monqolustan əti satılır: 1315 manat
Digərləri 25 Noy 2024 10:19:00 60 0
Artıq kafe və restoranlarda eləcə də bir çox digər yerlərdə yerli məhsullarla yanaşı, Monqolustandan gətirilən ət də təklif olunur. Qiymətinin nisbətən ucuz olması Monqolustan ətinə olan tələbatı artırır. Son.az xəbər verir ki, bu ilin yalnız birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Halbuki ötən il 12 ay ərzində cəmi 40 ton ət idxal edilib. Bu ətlərə tələbatın artdığını satıcılar da təsdiqləyirlər. Monqolustan ətinin qiymətləri 13-15 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, xarici ət daha dadlıdır.
Bu xəbəri də oxu: Xərçəngdən qoruyan 5 qida
Qiymətin ucuzluğuna gəldikdə isə, satıcılar bunu xaricdəki heyvan bolluğu və ərazi genişliyi ilə əlaqələndirərək Monqolustanda qoyunculuq kifayət qədər inkişaf etdiyini bildiriblər.
İqtisadçı ekspertlər bildiriblər ki, ölkəmizə daha çox Rusiya, Gürcüstan, Hindistandan ət idxal olunur. Son zamanlar isə Monqolustan da bu sıraya daxil olub.
Monqolustan ətinin topdan satış qiyməti isə 11 manatdan təklif olunur. Bu eti daha çox restoranlar, şadlıq sarayları və dönər məkanları istifadə edirlər. Şadlıq saraylarında Monqolustan əti istifadə edildiyi halda, toy sahibinə əvvəlcədən məlumat verilir. Bu ət menyusu 40 manata qədər olan çox restoranlarda istifadə olunur.
Şadlıq sarayları bildirib ki, ətin qiyməti qalxdıqca, menyunun qiyməti də stabil olaraq qalxır. Buna görə də bazara yeni ət məhsulu daxil olub.
Məsələ ilə bağlı Son.az-a açıqlama verən Aqrar Tədqiqatlar və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi İlkin Kərimov bildirib ki, ölkədə idxal edilən bütün ətlər laborator analizlərdən keçirilir.
"Ət məhsulları yüksək riskli qidalar hesab olunur. Buna görə də həmin məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ölkəmizin gömrük ərazisinə daxil olduğu zaman müvafiq ekspertizalardan keçir", - deyə Kərimov qeyd edib.
Ulduz futbolçu İlhan Mansız azərbaycanlı həyat yoldaşı Leyla ilə görü
Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir
"Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi Qa
Xaçmaz rayonunda atasını öldürməkdə təqsirləndirilən Pərvin Nəmətov
Azərbaycan Mərkəzi Bankı (AMB) 25 noyabr tarixindən etibarən valyuta məz�
Bu gündən daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir.
Avtobus və velosiped zolaqları taksi sürücüləri üçün problemə çevrili
Bakının Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin
Bu il ölkəyə idxal edilən avtomobillərin sayı nisbətən azalıb...
Orta Dəhliz Qazaxıstandan Avropa bazarına "yaşıl" ammonyakın nə
Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutlar
Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalı