"Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur"
Digərləri 25 Noy 2024 08:51:00 66 0
Orta Dəhliz Qazaxıstandan Avropa bazarına "yaşıl" ammonyakın nəqli üçün ən əlverişli marşrutdur.
Bu xəbəri də oxu: Hazırda ölkədə güclü külək hökm sürür
Son.az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "Hyrasia One" layihəsinin investisiya direktoru və "SVEVIND Energy" şirkətinin Qazaxıstandakı regional nümayəndəsi Aynur Tumışeva bildirib.
A.Tumışeva izah edib ki, Almaniyanın "SVEVIND Energy Group" şirkəti tərəfindən Qazaxıstanın Manqistau vilayətində həyata keçirilən "Hyrasia One" layihəsi "yaşıl" hidrogen istehsalı zavodunun inşasını nəzərdə tutur.
"Hyrasia One" layihəsi üzərində artıq üç ildir çalışırıq. Hələ erkən mərhələdə olmağımıza baxmayaraq, mühüm irəliləyişlərə nail olmuşuq. "Genesis" konsaltinq şirkəti ilə ilkin layihə tədqiqatlarını tamamlamışıq, ekoloji və sosial qiymətləndirmələrə başlamışıq və lazım olan icazə və resursların əldə olunması prosesindəyik", - deyə o qeyd edib.
İnvestisiya direktoru vurğulayıb ki, "Hyrasia One" layihəsi "yaşıl" bir təşəbbüsdür və layihə iştirakçıları Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən müəyyən edilmiş beynəlxalq ekoloji standartlara sadiqdirlər.
Onun sözlərinə görə, hazırda aparılan ekoloji və sosial təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, su resurslarının istifadəsi, arxeoloji tədqiqatlar və quşlar ilə yarasaların miqrasiyası kimi aspektlər nəzərə alınır. Bu tələblərə riayət etmək layihənin ən yüksək ekoloji standartlara uyğunluğunu təmin edir.
"Layihənin tikintisindən istismarına qədər bütün mərhələlərdə ekoloji təsiri minimuma endirməyə çalışırıq. Bu, yalnız maliyyə cəlb etmək üçün deyil, həm də "yaşıl" enerjinin inkişafı üzrə öhdəliklərimizi yerinə yetirmək baxımından vacibdir", - deyə A.Tumışeva izah edib.
"Hyrasia One" layihəsi çərçivəsində "yaşıl" ammonyakın nəqli ilə bağlı logistik işlər də aparılır. Direktorun sözlərinə görə, istehsal olunan "yaşıl" hidrogen daşınmanı asanlaşdırmaq üçün ammonyaka çevriləcək.
"Yaşıl ammonyak uzunmüddətli nəql üçün istifadə etdiyimiz enerji daşıyıcısıdır. Biz tərəfdaşımız "Deutsche Bahn" ilə Qazaxıstanı Avropa və Asiya ilə birləşdirən mövcud infrastruktur dəhlizlərini araşdıraraq, hərtərəfli logistik qiymətləndirmə aparmışıq", - deyə o bildirib.
A.Tumışevanın sözlərinə görə, "yaşıl" ammonyakın Avropaya nəqli üçün ən əlverişli marşrut Xəzər dənizindən keçərək, Azərbaycan üzərindən keçən Orta Dəhlizdir.
"Orta dəhliz vasitəsilə yaşıl ammonyak nəqlinin texniki imkanlarını qiymətləndirdik və bunun tamamilə mümkün olduğu qənaətinə gəldik. Burada hər şey Avropadakı alıcılarla uzunmüddətli "al və ya ödə" müqavilələrinin bağlanmasından asılı olacaq. Avropada tələbat olsa, ammonyak böyük ehtimalla Azərbaycan vasitəsilə göndəriləcək", - deyə A.Tumışeva bildirib.
O əlavə edib ki, layihənin uğuru "yaşıl" ammonyak üçün sabit tələbatı təmin edəcək etibarlı müqavilələrin bağlanmasından asılı olacaq, çünki bu, nəqliyyat infrastrukturuna qoyulan investisiyaların əsaslandırılmasına imkan verəcək.
Hərəkət sxemləri dəyişdirilən və müvəqqəti ləğv edilən marşrutlar
Balıq bazarında yerli məhsulların qiyməti bahalaşıb, alıcı sayı azalı
Kanadalı jurnalist Neil Hauerin Türkiyəyə girişinə qadağa qoyulub.
Minimalizm, daha sadə və dəyər yönümlü bir həyat tərzini qəbul etmək
Bəli, insanlar müəyyən qədər öz yuxularını formalaşdıra və ya təsir
"İnstaqramdan televiziyada nələr baş verdiyini izləyirəm, biabırçı
"Əhməd haradadır?", "Uşaqlığın son gecəsi", "Ə
"İranın müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə
Sidik kisəsi və sidik kanalı iltihabından, infeksiyalarından əziyyət çə
Arıqlamaq prosesi çox vaxt çətin bir hal kimi görsənə bilər. Bəzi qidal
Noyabrın son həftəsi üç mühüm astroloji hadisə ilə əlamətdar olacaq.
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləş
İş adamı Hakan Sabancı sevgilisi Hande Erçellə bağlı paylaşım edib.