Azərbaycanda yüksək vəzifəli şəxs həbs olundu
Digərləri 06 İyn 2023 13:06:00 237 0
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.
Bu xəbəri də oxu: Türkiyə ermənipərəst jurnalisti ölkəyə buraxmadı
Son.az bu barədə "Report"a istinadən xəbər verir.
Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. Bu səbəbdən polis şöbəsinə aparılıb.
Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məsələ ilə bağlı "Report"un sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı cinayət işi başlanılıb və cinayət işinin istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Son.az
Xəstəxanaların fəaliyyət göstərmə üsulunun təkmilləşdirilməsi istiq
Rusiya ordusunun Belqorod vilayətinin sərhədyanı Novaya Tavoljanka qəsəbə
2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qaz
Qlobal siyasi və iqtisadi müstəvidə baş verən proseslər milli iqtisadiyya
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975
Dünən sübh vaxtı - saat 04 radələrində Səbail rayonunun Salyan yolu kü�
2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ili
Türkiyənin Baykar texnologiya şirkəti tərəfindən istehsal edilən ilk pil
Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaş
Əhvaz, Dezful şəhərlərində və Gilan əyalətində Xameneyi və Qasım Sü
Ermənistan Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən qabaqc
"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun şikayə