Sarılıq
Digərləri 16 Fev 2023 08:11:00 344 0
Sarılıq qanda bilirubinin artması nəticəsində əmələ gələn sindromdur. Sarılığın əsas əlamətləri aşağıdakılardır: - dərinin saralması - selikli qişaların saralması - gözün sklerasının saralması - qan serumunun sarı rəngə boyanması. Adətən qanda bilirubinin miqdarı 34,2 mkmol/l-dən artıq olduqda dəri örtükləri və selikli qişalar saralır. Sarılığın 3 növü ayırd edilir: * mexaniki * parenximtoz * hemolitik. Mexaniki sarılıq ödün qaraciyərdn ifraz edilməsinin çətinləşməsi nəticəsində əmələ gəlir. Öd yollarında durğunluq əmələ gətirən amillər mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Bu səbəblərə qaraciyər axacağının və ümumi öd axacağının daş, parazit və ya şişlə tutulması, ətraf toxumalarda əmələ gələn şişlərin axarları tutması və s. misal göstərmək olar. Öd yolları tam tutulduqda isə öd bağırsaqlara daxil ola bilmir və axaliya baş verir. Mexaniki sarılıq zamanı qanda bilirubinin miqdarı artır. Bu zaman sidikdə də bilirubin aşkar edilir. Ödün qana keçməsi sinir sisteminin də funksiyasına patoloji təsir göstərir. Parenximatoz sarılıq qaraciyər hüceyrələrinin bilirubini tutmaq, onu qlikogen turşusu ilə birləşdirmək və öd kapillyarlarına ifraz etmək qabiliyyətinin ayrı-ayrı və qarışıq şəkildə pozulmasıdır. Bəzi dərman maddələrinin (xüsusilə qurdqovucu dərmanların) yuüksək dozaları qaraciyər hüceyrələrinin bilirubini tutmaq qabiliyyətinin zəiflədir. Bu zaman hepatositlərin sitoplazmatik proteinləri sərbəst bilirubinlə birləşə bilmir. Nəticədə qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman parenximatoz sarılıq meydana gəlir. Parenximatoz sarılıq zamanı qanda sərbəst bilirubinin miqdarı artır. Bu zaman qaraciyər hüceyrələri bir növ nekroza uğrayır. Parenximatoz sarılıq qaraciyərin iltihabi xəstəlikləri zamanı baş verir. Məlumdur ki, sərbəst bilirubin toksiki maddədir. Onun qanda artması zamanı hepatositlərin funksiyası pozulur. Hemolitik sarılıq zamanı sidikdə bilirubin olmur. Sarılığın müxtəlif növlərində dərinin rəngi bir-birindən fərqlənir. İnsanın dərisi parenximotoz sarılıq zamanı limonu sarı, mexaniki sarılıq zamanı isə yaşıl və ya tünd zeytunu rəngdə olur.
Bu xəbəri də oxu: Vüqar Həşimovun valideynlərinin
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbe zəlzələ bölgəsinin yenid�
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqra
Ağız suyu vəzilərinin 2 funksiyası vardır: - sekretor funksiya - inkreto
İran ETTELAAT-ı həbs olunanların işinə "bu təqsirləndirilən şəxs
ABŞ dövlət katibi Entoni Blinken Avropa turnesinə yola düşür, o, fevralı
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�
Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq t