Saç tökülməsini azaldır, həm də arıqladır
Digərləri 22 Dek 2024 03:03:00 57 0
Bibəriyyə (red. - rozmarin) çox faydalı bitkidir.
Bu xəbəri də oxu: Sutkada 8 saat yatmayan 20 ilə bu hala qalacaq FOTO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu bitkinin yaddaşı gücləndirməkdən saç sağlamlığını dəstəkləməyə qədər bir çox sahədə müsbət təsirləri var.
Həm yarpaqlarından əldə edilən yağ, həm də çay şəklində istehlak edilə bilən rozmarin ümumi sağlamlığı yaxşılaşdırmaq potensialına malikdir.
Tərkibindəki birləşmələr sayəsində güclü antioksidant və iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bədəndəki sərbəst radikalları neytrallaşdıran yüksək miqdarda antioksidant ehtiva edən rozmarin, bu xüsusiyyəti sayəsində hüceyrə zədələnməsinin azaldaraq, xroniki xəstəliklərin inkişafının qarşısını ala bilir.
Bibəriyyə beyindəki nörotransmitterlərin səviyyəsini artıraraq yaddaşa və konsentrasiyaya müsbət təsir göstərə bilər.
Tərkibindəki beyin funksiyalarını yaxşılaşdırmağa kömək edən birləşmələr yaddaş və konsentrasiyanı artıraraq zehni yorğunluğu azalda, eyni zamanda mədə turşuluğunu tənzimləyərək həzmi asanlaşdıra, qaz və şişkinlik kimi həzm problemlərini aradan qaldıra bilər.
Antibakterial xüsusiyyətləri sayəsində bədəni zərərli mikroorqanizmlərdən qoruya bilir. Qan dövranını yaxşılaşdıran və ürək sağlamlığını dəstəkləyən rozmarin qan təzyiqini tarazlaşdırmağa da kömək edir.
Bəzi tədqiqatlar göstərir ki, rozmarin xərçəng hüceyrələrinin böyüməsini ləngidə və bu hüceyrələri öldürə bilir.
Bibəriyyə ağız qoxusuna səbəb olan bakteriyaları zərərsizləşdirə bilən antibakterial xüsusiyyətlərə malik fitokimyəvi maddələr ehtiva edir. Bu şəkildə ağız qoxusunu aradan qaldırmağa və diş xəstəlikləri ilə mübarizə aparmağa kömək edə bilər.
Bibəriyyənin efir yağının aroması qanda stres hormonu kortizol səviyyəsini azalda, beləliklə stres və narahatlıq hisslərini aradan qaldıra bilir.
Bu bitki saç sağlamlığı üçün çox faydalıdır. Saçları uzada, eləcə də saç follikullarını gücləndirərək saç tökülməsini azalda bilər. Daimi istifadə ilə saçlarınızı daha dolğun və sağlam göstərəcək. Kəpək və qaşınma kimi baş dərisi problemlərində faydalıdır.
Saçların təbii parlaqlığını artıra, daha canlı və sağlam göstərə bilər.
Bəzi araşdırmalar göstərir ki, rozmarin iştahı azaldır və bu da çəkiyə nəzarətə kömək edir. Bundan başqa bibəriyyə çayı həzm sistemi üçün çox faydalıdır.
Beləliklə bibəriyyə:
Xroniki xəstəliklərin qarşısını alır.
"Gün ərzində cəmi 250 ml enerji içkisi içmək olar".
Türkiyədə məktəblərdə Yeni ilin qeyd olunması qadağan olunub.
Bazarlarda, supermarketlərdə, çərəz dükanlarında ən çox qarşılaşdı�
Yatmazdan əvvəl meyvələrdən imtina etmək, bədənimizin gecə istirahəti
Murhaf Əbu Kasra keçid hökumətində Suriya Müdafiə Nazirliyinin rəhbəri
Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayın
Son.az 22 dekabr, 2024-cü il tarixi üçün ulduz falını təqdim edir: Qo�
Türkiyəli müğənni Seda Sayan əri Çağlar Öktenlə Dubaya köçür.
Almaniyanın daxili işlər naziri Nensi Fesser Maqdeburqda törədilən terror
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, Avropa İttifaqına (Aİ) ABŞ-la t
Türkiyəli sosial media fenomeni Aleyna Dalveren ailə qurub.
Çin təqviminə görə İlan ili hər 12 ildən bir təkrarlanan xüsusi bir d�
İqtisadiyyatın tənzimlənməsində vergi siyasətinin rolu böyükdür, xüsu