Avtomobil bazarında bu maşına tələbat artdı: "Dəmir tabutlar"ın bahalaşma səbəbi
Digərləri 22 Dek 2024 08:02:00 69 0
Son vaxtlar baş verən yol qəzalarında ölüm halları artıb və bunun əksəriyyəti də Sovet istehsalı olan maşınların iştirakı ilə törədilən qəzalara aiddir. Cəmiyyət artıq "konserv qutuları" adlandırılan, istismar müddəti bitmiş, heç bir təhlükəsizlik göstəricisinin olmadığı Sovet maşınları hələ də bazarda tələb görür və sürətlə satılır. Üstügəl son aylar Sovet istehsalı olan avtomobillərə tələbat da artıb və qiymətləri də yenidən bahalaşmasıdır. Ölkəyə gətirilən avtomobillərin istehsal ili ilə bağl tələbin 2014-cü ilə qaldırıması da daxildəki ikinci əl maşınlara tələbatı artırır.
Bu xəbəri də oxu: Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
Son.az bildirir ki, Sitat.info-nun əməkdaşı Sumqayıt avtomobil bazarına baş çəkib, vəziyyətlə maraqlanıb.
Məlum olub ki, avtomobil almaq üçün buraya əsasən Bakıətrafı qəsəbələrdən və rayonlardan gəlirlər. Bu bazar "Badamdar" qəsəbəsində yerləşən maşın bazarından kiçik olsa da, kifayət qədər alıcı və satıcı kütləsi var.
Bazarda istənilən növ və markaya aid avtomobil satışı həyata keçirilir. Burada yalnız ikinci əl avtomobillər gətirilir. Onu da bildirək ki bu bazar başqa bazarlarla müqayisədə daha ucuz hesab olunur. Qiymətlər də avtomobilin istehsal ilinə və modelinə görə dəyişir. Ən ucuz avtomobil "VAZ 2101" dir ki, onu 2500 manata almaq mümkündür.
"Vaz 2107", "VAZ 2106" markalı avtomobillərin qiyməti 5 min manatdan 9 min manata qədər dəyişir.
Almaniya istehsalı olan avtomobillərə tələbat isə həddindən artıq çoxdur. 1991-ci il istehsalı olan "Mersedes -190" markalı avtomobil 4-5 min manata satılır. Ümumiyyətlə, alman istehsalı olan avtomobillər bazarda liderdir. "Çeşka", (Mersedes C200)", "Dördgöz" ("Mersedes E 220) markaları alverçi dili desək, ən şçox satılan maşınlardır.
Konserv qutuları dediyimiz "jiqulilər"ə tələbatın əsas səbəbi ölkəyə gətirilən ikinci əl avtomobillərinin bahalaşmasıdır. Alıcılar bunu belə izah etdillər: "Bilirsiniz ki, yeni qaydalarla ölkəyə 2014-cü ildən aşağı maşın gətirmək olmur. İli yuxarı olan avtoimobilər isə çox bahadır, büdcəyə uyğun deyil.Ölkədə olan avtomobillər yavaş-yavaş sıradan çıxır. Maşını olan da satmır ki, yenisini ala bilməyəcək, çox bahadır. Satan isə əlində pul qalsın deyə, puluna uyğun, yəni sovet maşını, ya da 1991-cilin alman istehsalı avtomobilini alır.İli köhnə olsa, bu maşınlar dözümlüdür. "Xadavoy"una əl gəzdirsən, 5-6 ay problemsiz sürürsən. Rusun "Jiquli"sidir dözümlüdür".
Maşın dəllaları isə bildirdilər ki, yeni qanun onları da qazancsız qoyub: "Əvvəllər 5-10 min maya ilə Gürcüstandan avtomobil gətirirdik. İli köhnə olsa da, bazara yaxşı maşınlar çıxarırdıq. İndi mümkünsüzdür. 2014-2015-ci illərin ən ucuz avtomobili 15-20 minə bazara gəlir.
Belə olan halda əziyyətinə də dəymir. Gömrük rüsumunun çox olması da əngəl törədir. Ona görə də necə deyərlər "al qapıda, sat qapıda" edirik".
Göründüyü kimi, avtomobil idxalında istehsal ili ilə bağlı tələbin qoyulması hər nə qədər ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağı hədəfləsə də, ölkə daxilində utilizasiya vaxtı çatan maşınları belə dəbə mindirib. Çünki avtomobil almaq istəyən imkansız əhali 5-10 min manat civarında ancaq "ayağımı yerdən götürsün" düşüncəsi ilə bu ölüm maşınlarını alır. Heç bir təhlükəsizlik standartı olmayan bu maşınlarla qəzaya düşmək isə sağ qalma şansının sıfıra bərabər olması deməkdir. Çox zaman bir ailənin bütünlüklə qəzaya ölməsi ilə nəticələnən hadisələr də məhz bu "konserv qutularında" yaşanır. Son.az
ABŞ senatoru Lindsi Qrehem Ukraynadakı münaqişəni "yaxşı sərmayə&q
Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarm
Xalq artisti Natiq Şirinovun qızı Səma atası ilə bağlı paylaşım edib.
Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İst
Giresun vilayəti Xüsusi İdarəsi Keşap rayonunda yerləşən açıq həbsxan
Qadınların bir çoxu xarici görünüşlərində müxtəlif dəyişikliklər e
Ətin bahalaşması ilə bağlı məsələ mətbuatda dəfələrlə qaldırılı
İndoneziyanın Bali adasında yerləşən "Kopi Luwak" qəhvəsi tək
Dünyaca məşhur Amerikalı supermodel Cici Hadidin başına iş gəlib.
Somnoloqlar gecə yuxusu almayan, sutkada 8 saat yatmayan insanın xarici görü
Aktrisa Hande Erçelin yeni filmi "Rüzgara Bırak"ın fotoları müza
Bibəriyyə (red. - rozmarin) çox faydalı bitkidir.
"Gün ərzində cəmi 250 ml enerji içkisi içmək olar".
Türkiyədə məktəblərdə Yeni ilin qeyd olunması qadağan olunub.