Paşinyan Qərbə “qaçır” Kreml gücə
Siyasət 16 Fev 2023 08:02:00 270 0
Əsas vacib məsələ odur ki, AB-nin sözügedən missiyası Azərbaycanın yox, Ermənistanın ərazisinə gəlir. Yəni baş verənlər birbaşa Moskva və İrəvan münasibətləri ilə bağlıdır. Hazırda Ermənistanın açıq şəkildə qərbyönümlü siyasət yeritdiyi görünsə də, Rusiya buna qarşı hələ ki, heç bir şey edə bilmir. Rusiyanın əsas niyyəti Ermənistanı itirməməkdir.
Bu xəbəri də oxu: Afaq Gəncəli FOTOları ilə diqqət çəkdi
Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri AB-nin qarşıdakı günlərdə Ermənistana göndərəcəyi missiya və Rusiyanın sözügedən məsələyə verəcəyi cavab haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor Rusiyanın Azərbaycanın haqlı tələblərinə müsbət cavab verməməsinin belə bir nəticə doğurduğunu vurğulayıb:
"Bildiyimiz kimi, orada Rusiyanın hərbi bazası, eyni zamanda dəstəklədiyi siyasi qruplar var. Paşinyanın apardığı siyasət nəticə etibarilə yaxın gələcəkdə Rusiyanın müəyyən məsələlərə açıq müdaxiləsinə gətirib çıxara bilər. İkinci vacib aspekt Azərbaycan ərazisinə müvəqqəti yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasına kənar şəxslərin istədikləri kimi girişi və çıxışıdır. Əgər Rusiya vaxtında Azərbaycanın sülhməramlıların fəaliyyəti ilə bağlı xəbərdarlıqlarına əməl etsəydi, vəziyyət belə həddə gəlməzdi. Çünki Rusiya dövləti Azərbaycan və Ermənistan arasında birbaşa vasitəçidir. Rusiya və onun göndərdiyi sülhməramlı kontingent öz vəzifələrində yetərincə məsuliyyətli olmalı idi. Fikrimcə, Rusiya gec olmadan gedən prosesləri və Azərbaycanla bağlı siyasətini yenidən nəzərdən keçirməli, düzgün addımlar atmalıdır".
Mədənin hərəki funksiyasının pozulmasına mədə divarında əzələ qişa
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ bölgəsində fəaliyyə
Udma aktı mürəkkəb fizioloji proses olub 2 fazadan ibarətdir: - iradi faza
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya v�
Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisini
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq t
Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət
Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandır
Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ g