Mədə sekretor funksiyasının pozulması
Digərləri 16 Fev 2023 07:01:00 230 0
Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandırıcıların təsiri altında fəaliyyət göstərir. Mədə şirəsinin reflektor sekresiyası bir sıra şərti və şərtsiz reflekslər vasitəsilə həyata keçirilir. Humoral sekresiya qastrin mədədə, enteroqastron bağırsaqlarda, sialoqastrin isə ağız suyu vəzilərində humoral amillər vasitəsilə tənzim edilir. Qastrin mədə sekresiyasını stimulyasiya edir, enteroqastrin və sialoqastron isə bu prosesin sürətini azaldır. Sağlam insanın mədəsində normal halda 1 gün ərzində 2 litrə qədər şirə ifraz edilir. Patoloji şəraitdə mədə şirəsinin miqdarı artıb-azala bilir. Mədədə əmələ gələn şirənin miqdarından asılı olaraq xlorid turşusunun 4 dərəcəsi ayırd edilir: 1. hyperaciditas - turşuluğun artması. 2. hypoasiditas - turşuluğun az olması. 3. axlorhidariya - xlorid turşusunun tamamilə olmaması. 4. axiliya - xlorid turşusunun və fermentlərin olmaması. Mədə şirəsinin normadan çox olması adətən mədədə turşuluğun artması ilə xarakterizə olunur. Bu əsasən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki qastritin bəzi növləri, pilorospazm və piloropstenoz zamanı baş verir. Bəzi dərman maddələrinin qəbulu, spirtli içkilər də mədə turşuluğunun artmasına səbəb ola bilir. Mədədə turşuluq çox olduqda qida mədədən onikibarmaq bağırsağa çətinliklə keçir. Bu zaman sfinktorda reflektor spazm baş verir. Əksər hallarda isə aşağıdakı əlamətlər meydana çıxır: * qıcqırma * gəyirmə * qusma * qəbizlik. Hipersekresiya zamanı mədə şirəsinin həzmedici aktivliyi artır ki, bu da mədənin selikli qişasının zədələnməsinə səbəb olur.
Bu xəbəri də oxu: Göygöldə Türkiyə vətəndaşı öldü
Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr
Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ g
Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınma�
Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yer
Türkiyədə baş verən dəhşətli zəlzələdə minlərlə bina dağılıb, o
Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aid
Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil
Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz ya�
Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının simas�
"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəy
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Son.az Trend-ə istinadən bildirir ki, Dünya Bankının prezidenti David Malp