Yalançı vərəm
Digərləri 16 Fev 2023 06:03:00 246 0
Yalançı vərəm - intoksikasiya, bağırsağın zədələnməsi, polimorf səpgi, artralgiya və hepatolienal sindromla xarakterizə olunan residivlərə meyilli kəskən infeksion xəstəlikdir. Xəstəliyi heyvanların daxili orqanlarında vərəm çöplərinə oxşar bakeriyalar törədir. Ağciyər vərəmindən fərqli olaraq orqanlarda kirəcləşmə əmələ gətirmədiyinə görə xəstəlik yalançı vərəm adlanır. Xəstəliyin törədiciləri qrammənfi, çöpşəkilli, spor əmələ gətirməyən bakteriyalardır. Bakteriyalar günəş şüaları altında tələf olurlar, qurumaya davamsızdırlar, lakin, insan və heyvan orqanizmindən kənarda uzun müddət yaşaya bilirlər. Yalançı vərəm xəstəliyi ev və çöl siçanları, boz və qara siçovullar və quşlar arasında yayılmış xəstəlikdir. Xəstə heyvanların sidiyi və nəcisi torpağı, meyvə və tərəvəzləri çirkləndirir. Yoluxmuş meyvə və tərəvəzlər 4-6*S tempratur şəraitində uzun müddət qala bildiyinə görə yaşayır və sürətlə çoxalırlar. Xüsusilə tərəvəz anbarları xəstəliyin artması üçün əlverişli mühit sayılır. Belə meyvə-tərəvəzlər kifayət qədər yuylmadıqda, çiy şəkildə, yaxud yaxşı bişməmiş istifadə edildikdə alimentar yolla yoluxur. Xəstəlik xəstə heyvana qulluq edərkən də yoluxa bilıir. Bakteriya insan orqanizminə düşdükdən sonra bağırsaq divarının limfa damarlarına daxil olur və limfangit törədir. Sonra mikroblar limfa düyünlərini zədələyir, yəni lmfadenit baş verir. Daha sonra mikrob qana keçərək ümumi intoksikasiya, allergiya əlamətləri ilə özünü göstərir. Nəticədə qara ciyər, ağ ciyərlər, dalaq, oynaqlar zədələnir kapilyarların keçiriciliyi artır. Mikrobun daxili orqanlarda çökməsi ikincili ocaqlar əmələ gətirir. Xəstəliyin klinikasında təsadüf olunnan allergik dəyişikliklər endo və ekzotoksinlərin təsiri və mirkobun bir sıra başqa bioloji xüsusuyyətləri ilə əlaqədardır. KLİNİKASI: İnkubasiya dövrü 2-15 gün çəkir. İlk günlərdə xəstələrdə üşütmə,baş ağrısı, ümumi zəiflik, subfebril qızdırma olur. Xəstələrin əzələlərində oynaqlarında sümüklərində ağrı olur. Kəskin dövrdə qızdırma artır 39dərəcəyə çatır, davamlı və dalğavari xarakter alır. Xəstəliyin əsas əlaməti səpgilərdir. Səpgilər xəstəliyin 1-4 -cü günləri əmələ gəlir. Döşün yan tərəflərində, qarının aşağı hissəsində, ətrafların distal hissəsində boyun və çiyinlərdə, qolun altında papuloz, düyünlü eritemaya oxşayan səpgilər olur. Yalançı vərəm xəstəliyində mədə-bağırsaq simptomları da özünü göstərir, qusma, ishal, qarında sancılar baş verir. Xəstələrdə baş ağrısı, yuxululuq əlamətləri olur. DİAQNOZU: Xəstəliyin kliniki əlamətlərinə, laborator müayinələrə əsaslanaraq qoyulur. Xəstənin qanının, sidiyinin, nəcsinin əkilməsindən alınan nəticələr diaqnozun təstiqlənməsində həkimə yardımçı olur. MÜALİCƏSİ: Müalicəsində anti bacterial üsullardan, dezintoksikasiyaedicilərdən, sepsis əleyhinə dərmanlardan, vitaminlərdən istifadə olunur.
Bu xəbəri də oxu: Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? ARAŞDIRMA
Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ g
Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınma�
Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yer
Türkiyədə baş verən dəhşətli zəlzələdə minlərlə bina dağılıb, o
Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aid
Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil
Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz ya�
Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının simas�
"Təxminən Şabran zonasından başlayaraq Şamaxı və oradan da Gəncəy
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Son.az Trend-ə istinadən bildirir ki, Dünya Bankının prezidenti David Malp
Türkiyədə zəlzələ fəlakətinə həsr olunan və yardım xarakteri daşıy
Stokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha d