Alimlər zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi yaradırlar
Dünya 15 Fev 2023 23:47:00 386 0
Stokholmda yerləşən İsveçin Kral Texnoloji İnstitutu zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üzərində işləyir.
Bu xəbəri də oxu: Trüdonu əvəz edə bilər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu institut tərəfindən həyata keçirilən "ArtEmis" Avropa tədqiqat layihəsi gələcəkdə güclü zəlzələlərdən daha mükəmməl xəbərdarlıq sisteminin yaradılmasını nəzərdə tutur. Layihənin rəhbəri, fizika professoru Ayşə Ataç Nyuberq bildirib ki, bir neçə ölçü vahidinin mənalarını birləşdirməklə, zəlzələ tədqiqatçıları irəliyə doğru böyük addım ata bilərlər.
Artıq layihəyə 2027-ci ilədək olan müddətdə 2 milyon avro qrant ayrılıb. Bu vəsait zəlzələdən daha dəqiq xəbərdarlıq sistemi üçün şəraitin yaradılması, o cümlədən Avropanın müxtəlif regionlarında radonun səviyyəsini ölçəcək sensor şəbəkəsinin yaradılmasına yönəldiləcək.
Ayşə Ataç Nyuberq əlavə edib: "Biz radioaktivliyi, suyun təzyiqini, pH-nin əhəmiyyətini və hərəkətini, əvvəllər zəlzələdən zərər görməmiş yerin qatlarında plitələrin birləşməsini ölçə biləcək 100 ədəd detektor yerləşdirmək istəyirik". Onun sözlərinə görə, 1960-cı ildən etibarən ekspertlər zəlzələnin proqnozlaşdırılması məqsədilə köklü süxurlarda yer qabığının hərəkəti zamanı meydana gələn kiçik çatlarda olan qazformalı radonu ölçürlər. Lakin indi daha çox məlum olur ki, radonun tərkibinə havada və ya torpaqda temperatur və rütubət dəyişiklikləri də təsir edir. Bu səbəbdən alimlər indi onu yeraltı sularda ölçəcəklər. Ekspertlərin rəyinə görə, bu halda radonun göstəriciləri daha sabit və etibarlı müəyyən olunacaq. Bundan başqa, əldə olunan tədqiqat materialları texnologiya və süni intellektin köməyi ilə təhlil ediləcək. Bu birgə layihədə Avropanın 14 müəssisəsindən seysmoloqlar, geoloqlar, fiziklər və süni intellekt tədqiqatçıları iştirak edirlər.
ABŞ Dövlət katibi Entoni Blinken fevralın 16-dan 22-dək Almaniya, Türkiyə
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı
Ukrayna və Türkiyə elektrik stansiyalarından istifadəyə dair razılığa g
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası
ABŞ Prezidenti Co Baydenin Çin üzrə baş müşaviri Laura Rozenberqer gələ
Türkiyə mediası Azərbaycan Prezidentinin, dövlətinin və xalqının qarda�
Episentri Kahramanmaraşın Pazarcık bölgəsi olan və 10 şəhərə təsir ed
Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması s
İordaniya xarici işlər naziri Ayman əs-Səfədi 2011-ci ildən bəri ilk də
Türkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub.
Fiziki şəxslər tərəfindən ölkə ərazisinə gətirilən və gömrük orqa
Türkiyənin Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyy
Ukrayna Rusiyaya məxsus Ka-52 hücum və kəşfiyyat helikopterini məhv edib.
Aydındır ki, indilikdə nə Türkiyənin, nə Azərbaycanın Türkiyəyə gəl