Bağırsaqlarda qıcqırma və çürümə prosesi


Digərləri 16 Fev 2023 07:21:00 294 0

Bağırsaqlarda qıcqırma və çürümə prosesi

Sağlam insanın bağırsaqlarında saprofil bakteriyalar olur. İnsan nəcisinin  10-30%-i bakteriyalardan ibarətdir. Bağırsaq bakteriyalarının orqanizm üçün müəyyən əhəmiyyəti vardır. İnsan və heyvan orqanizminin bəzi vitaminlərə olan təlabatının bir hissəsi həmin bakteriyaların köməyi ilə ödənilir. Bundan əlavə bakteriyaların bağırsaq boşluğuna ifraz etdiyi fermentlər sellüozanı xırda molekullu maddələrə çevrilir. Bağırsaqlarda çürümə və qıcqırma prosesləri bakteriyaların iştirakı ilə həyata keçir. Qıcqrma zamanı bağırsaqlarda spirt, karbon qazı və su əmələ gəlir. Çürümə nəticəsində isə bəzi toksok maddələr, bioloji aktiv maddələr, hidrogen sulfid, metan və s.əmələ gəlir. Sağlam orqanizmdə çürümə və qıcqırma proseslərinin sürəti məhduddur. Normal qida rasionu şəraitində bu proseslər arasında mütənasiblik müşahidə edilir. Belə ki, qıcqırma məhsullarının bağırsaqlarda yaratdığı turş mühit çürümə prosesinin sürətini artırır. Normal hallarda orqanizm bağırsaqlarda əmələ gələn çürümə və qıcqırma məhsullarını asanlıqla zərərsizləşdirir. Lakin bu məhsulların miqdarı artdıqda bağırsaq autointoksikasiyası əmələ gəlir. Bağırsaq peristaltikasının zəifləməsi və sekresiyanın azalması nəticəsində çürümə və qıcqırma prosesinin sürəti artır. Çürümə nəticəsində bağırsaqlarda əmələ gələn aminlərin bir hissəsi bağırsaq divarında aminooksidazaların təsiri ilə oksidləşir və zərərsiz maddələrə çevrilir. Bağırsaq autointoksikasiyaının inkişafında çürümə prosesinin sürətlənməsindən başqa bağırsaqların selikli qişasının keçiricilik xassəsinin artmasının, qaraciyərin baryer funksiyasının zəifləməsinin və böyrəklərin funksiyasının pozulmasınında rolu böyükdür. Patoloji şəraitdə toksik maddələrin miqdarı həddindən artıq olduqda qaraciyər onların hamısını zərərsizləşdirə bilmir. Belə olduqda çürümə məhsulları qan vasitəsilə bütün orqanizmə yayılır və toksik təsir göstərir. Qana düşən toksinlər damar divarında olan reseptorlara və beynin funksional mərkəzinin fəaliyyətinə təsir göstərir. Bunun nəticəsində baş ağrıları meydana gəlir, arterial təzyiq aşağı düşür, maddələr mübadiləsində pozulmalar baş verir.

“SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL like
  • 16 Fev 07:15  
Digərləri “SOCAR Türkiyə” canlı yayımda 3,5 milyon TL

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət

arrow Ətraflı
Bağırsaq tutulmaları (ileus) haqqında like
  • 16 Fev 07:11  
Digərləri Bağırsaq tutulmaları (ileus) haqqında

Bağırsaqların hərəki funksiyası kəskin surətdə azaldıqda, bağırsaq t

arrow Ətraflı
Klub prezidentlərini belə görməmişdiniz  FOTO like
  • 16 Fev 07:05  
Dünya Klub prezidentlərini belə görməmişdiniz FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət

arrow Ətraflı
Mədə sekretor funksiyasının pozulması like
  • 16 Fev 07:01  
Digərləri Mədə sekretor funksiyasının pozulması

Mədə şirəsi ifraz edən vəzilər sinir-reflektor və humoral qıcıqlandır

arrow Ətraflı
“Qardaşım mənə ancaq Şahinin cənazəsini göstərdi” like
  • 16 Fev 06:59  
Digərləri “Qardaşım mənə ancaq Şahinin cənazəsini göstərdi”

Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş

arrow Ətraflı
Azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirildi  FOTO like
  • 16 Fev 06:42  
Digərləri Azərbaycanlı tələbələrin cənazələri Bakıya gətirildi FOTO

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr

arrow Ətraflı
Yalançı vərəm like
  • 16 Fev 06:03  
Digərləri Yalançı vərəm

Yalançı vərəm - intoksikasiya, bağırsağın zədələnməsi, polimorf səp

arrow Ətraflı
Həzm sistemi xəstəliklərinin ümumi etiologiyası like
  • 16 Fev 05:02  
Digərləri Həzm sistemi xəstəliklərinin ümumi etiologiyası

Mütəxəssislərin araşdırmaları həzm sistemi xəstəliklərinin əmələ g

arrow Ətraflı
Bu ölkədə turistlər üçün vergi tətbiq olunacaq like
  • 16 Fev 04:31  
Dünya Bu ölkədə turistlər üçün vergi tətbiq olunacaq

Tailand hökuməti iyunun 1-dən ölkəyə gələn səyahətçilərdən alınma�

arrow Ətraflı
Urogenital xlamidoz  cinsi yolla keçən xəstəlik like
  • 16 Fev 04:03  
Digərləri Urogenital xlamidoz cinsi yolla keçən xəstəlik

Urogenital xlamidoz cinsi yolla keçən xəstəliklər sırasında aparıcı yer

arrow Ətraflı
13 il öncə tikilən bu binalarda dəhşətli zəlzələdən sonra bir çat da yaranmadı like
  • 16 Fev 03:31  
Dünya 13 il öncə tikilən bu binalarda dəhşətli zəlzələdən sonra bir çat da yaranmadı

Türkiyədə baş verən dəhşətli zəlzələdə minlərlə bina dağılıb, o

arrow Ətraflı
Bağırsaqların hərəki fumksiyasının pozulması like
  • 16 Fev 03:03  
Digərləri Bağırsaqların hərəki fumksiyasının pozulması

Bağırsaqların hərəki funksiyasının pozğunluqlarına aşağıdakılar aid

arrow Ətraflı
Öd sekresiyasının pozulması like
  • 16 Fev 02:02  
Digərləri Öd sekresiyasının pozulması

Ödün tərkibinə daxil olan komponentlərin fizioloji əhəmiyyəti eyni deyil

arrow Ətraflı
Gözünün yaşı ovucunda olan bürclər like
  • 16 Fev 01:44  
Digərləri Gözünün yaşı ovucunda olan bürclər

Biri sizə mənfi, xoşunuza gəlməyən bir şey dəyəndə asanlıqla göz ya�

arrow Ətraflı
Dekolteli ağ gəlinlikdə pozlar verdi like
  • 16 Fev 01:14  
Şou-biznes Dekolteli ağ gəlinlikdə pozlar verdi

Müğənni Lana Del Rey "Interview" jurnalının yeni sayının simas�

arrow Ətraflı