İbadət yalnız Allaha məxsusdur


Digərləri 11 Fev 2023 21:40:00 248 0

İbadət yalnız Allaha məxsusdur

İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyrisinə) ibadət edən şəxs "müşrik" adlanır. Qurani-kərim buyurur: "Allaha pərəstiş edin. Ondan başqa məbud yoxdur."

Bu elə bir kəlamdır ki, Qurani-kərimdə dəfələrlə peyğəmbər tərəfindən nəql edilərək, daim təkid olunmuşdur. Olduqca maraqlı və cəlbedicidir ki, biz müsəlmanlar həmişə öz gündəlik namazlarımızda "Həmd" surəsini oxuyarkən "İbadətdə Tövhidi" (tövhide-ibadi) təsdiqləyərək, onu təkrar edirik: "Yalnız sənə ibadət edir və yalnız səndən yardım diləyirik." (Həmd, 5) Aydındır ki, Allahın iznilə "peyğəmbərlərin və mələklərin şəfaət edəcəklərinə" olan inam (ki, Quranda da, mövcuddur), onlara ibadət etmək mənasında deyildir. Və həmçinin, Peyğəmbərlərə olunan "təvəssül" (yəni Peyğəmbərləri və Əhli-beyti (ə) Allah yanında vasitə qərar vermək, öz hacətlərini onlara söyləyərək, Allahın bu istəkləri tez yerinə yetirməsi üçün, onlardan dua etmələrini, Tanrıya xahiş etmələrini təmənna etmək) tövhidlə heç bir ziddiyyət-təzad daşımır. Təvəssül məsələsinin geniş şərhi "Nübuvvət" bölməsində sizə təqdim olunacaqdır.

Allahın pak zatının həqiqəti hər bir kəsə məxfidir

Allahın vücudunun, varlığının əsərləri bütün dünyanı əhatə etmişdir. Əvvəldə söylədiyimiz kimi, hər bir yaranmışın vücudu, bizə ulu, qadir, və əzəmətli yaradanın varlığından söz açır. Lakin bununla belə Allahın zatının həqiqəti (Onun necə olduğu) heç bir kəsə məlum deyildir. İnsan Allahın pak zatını dərk edərək, Onu olduğu kimi anlaya, təsəvvür edə bilməz. Çünki O, hər bir cəhətdən naməhdud, intəhasız və hüdudsuzdur. Amma biz insanlar məhdud, sonlu və hüdud çərçivəsində məhdudlaşan məxluqlarıq. Bizim məhdud və müəyyən bir dairədə (zaman və məkan qeydinə bağlı olan) elmimiz, hər bir cəhətdən naməhdud sonsuz olan uca yaradanı dərk etmək qüvvəsinə qadir deyildir. (Məhdud bir varlığın naməhdud, sonsuz olan uca Yaradanı hər hansı bir cəhətdən əhatə etməsi qeyri-mümkündür.) Qurani-kərim buyurur: "Agah olun! Onun hər bir şeyə əhatəsi vardır." (Fussilət, 54) Yaxud: "Allah onların hamısını (hər tərəfdən) əhatə edibdir." (Buruc, 20) Məhəmməd Peyğəmbərin (s) tanınmış bir hədisində oxuyuruq: "İlahi, biz Səni pak zatına layiq şəkildə ibadət edə bilmədik. Səni olduğun kimi (həqiqətini) tanıya bilmədik." ("Biharül-ənvar", c. 68, səh-23) Lakin bütün bu söylədiklərimiz, o mənaya deyildir ki, biz Allahı heç bir formada tanıya bilmərik. (həqiqətdə insan öz Allahının cəlal və camal sifətlərindən agah olmaq imkanına məlikdir. Hətta, təbiətin özü də, bizə Allahı tanımağa gözəl yardımçıdır. Biz təbiətə baxdıqda Allahın qüdrətini, əzəmətini, ədalətini, gözəlliyini və s. dərk edirik.) Əgər biz Allahı heç bir şəkildə tanıya bilməsək, onun xüsusiyyətlərindən, sifətlərindən xəbərdar olmasaq, ilahi mərifəti yolunda yalnız bir neçə mənasız sözlərə kifayət etməli olacağıq. Bu isə ilahi mərifətinin tətil olması deməkdir. Və qəbul olunası mümkün olmayan bir əqidədir. Çünki Qurani-kərim və digər səmavi kitablar məhz ilahi mərifətini bəyan etmək üçün (Allahı tanıtmaq məqsədilə) nazil olmuşdur. Bu barədə çoxlu oxşar misallar gətirmək olar. Məsələn; Biz "ruhun" həqiqətini olduğu kimi anlaya bilmərik. Lakin eyni halda onun xüsusiyyətlərindən xəbərdarıq. Və onun əsərlərini (təsirlərini) müşahidə edərək çox yaxşı anlayırıq İmam Baqir (ə) özünün bir hədisində buyurur: "Allah barəsində (Onun həqiqəti barəsində) öz fikir və xəyallarınızla ən dəqiq mənada və şəkildə etdiyiniz təsəvvürlər, yalnız sizin ağlınızın yaratdıqlarıdır. (Yəni həqiqət deyildir). Və sizin özünüz kimi naqis və məhduddur. (Allah-təalanın həqiqəti bu xəyallardan daha uca və üstündür. ("Biharül-ənvar", c. 66, səh, 393) Həzrət Əli (ə)-dan nəql edilən başqa bir hədisdə ilahi mərifəti ən gözəl və aydın təbirlərlə bəyan olunmuşdur: "Allah-təala ağılları öz sifətlərinin (və zatının) hüdudlarından (həqiqətlərindən) agah etməmişdir. Və amma eyni halda onları lazım olan miqdarda anlayışdan və mərifətdən məhrum da, etməmişdir. (Qürərul-hikəm)

Nə ağlın qüvvədən salınması və nə də "təşbih" (Allahı, Onun bəndəsinə oxşatmaq) düzgün deyildir

Orqanizmə ən faydalı və lazımlı şorba elan edildi like
  • 11 Fev 21:30  
Digərləri Orqanizmə ən faydalı və lazımlı şorba elan edildi

Tərkibində 12 aminturşusu olan şorba insan orqanizmi üçün ən faydalı el

arrow Ətraflı
Fəqirlik like
  • 11 Fev 21:20  
Digərləri Fəqirlik

Ey fəqir, fəqir olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və

arrow Ətraflı
"Şəhərlərimizi yenidən inşa etmək üçün nə lazımdırsa, edəcəyik" like
  • 11 Fev 21:17  
Siyasət "Şəhərlərimizi yenidən inşa etmək üçün nə lazımdırsa, edəcəyik"

"Zəlzələ bölgəsindəki bəzi şəhərlərimizi yenidən inşa edəcəy

arrow Ətraflı
NATOdan Türkiyə açıqlaması Yeni like
  • 11 Fev 21:16  
Siyasət NATOdan Türkiyə açıqlaması Yeni

NATO zəlzələ fəlakəti ilə mübarizə aparan Türkiyədə sığınacaq obye

arrow Ətraflı
1,1 milyon vətəndaşımız sığınacaqlara yerləşdirilib like
  • 11 Fev 21:14  
Dünya 1,1 milyon vətəndaşımız sığınacaqlara yerləşdirilib

Ölkəmizin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq

arrow Ətraflı
Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna like
  • 11 Fev 21:13  
Dünya Türkiyəli geofizikin Bakı ilə bağlı zəlzələ proqnozuna

Türkiyənin "FOX TV" telekanalına açıqlama verən geofizik Tuncay

arrow Ətraflı
Quzey Kiprin 16 voleybolçusu Adıyamanda like
  • 11 Fev 21:11  
Dünya Quzey Kiprin 16 voleybolçusu Adıyamanda

Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (Q

arrow Ətraflı
Sevgi cəsarətdir like
  • 11 Fev 21:10  
Digərləri Sevgi cəsarətdir

Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.

arrow Ətraflı
Toyuq və hinduşka əti hansı halda xərçəng yaradır like
  • 11 Fev 21:01  
Digərləri Toyuq və hinduşka əti hansı halda xərçəng yaradır

Onkoloqlar toyuq və hind quşu ətinin onkoloji xəstəlikləri aktivləşdirm�

arrow Ətraflı
BMTdən QORXULU AÇIQLAMA: "Ölənlərin sayı like
  • 11 Fev 20:56  
Dünya BMTdən QORXULU AÇIQLAMA: "Ölənlərin sayı

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keç

arrow Ətraflı
Peyğəmbər dünya malına etina etmirdi like
  • 11 Fev 20:55  
Digərləri Peyğəmbər dünya malına etina etmirdi

Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti R�

arrow Ətraflı
Xilasedicilər dağıntılar altında qalan ailənin like
  • 11 Fev 20:53  
Dünya Xilasedicilər dağıntılar altında qalan ailənin

Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların

arrow Ətraflı
Həbsdə olan Saakaşvilinin like
  • 11 Fev 20:52  
Dünya Həbsdə olan Saakaşvilinin

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yeni görüntüləri yayıl�

arrow Ətraflı
Gürcüstanda baş verən zəlzələ Türkiyədə də like
  • 11 Fev 20:51  
Dünya Gürcüstanda baş verən zəlzələ Türkiyədə də

Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vila

arrow Ətraflı
Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz like
  • 11 Fev 20:50  
Digərləri Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz

Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözl

arrow Ətraflı