Peyğəmbər dünya malına etina etmirdi
Digərləri 11 Fev 2023 20:55:00 298 0
Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti Rəsulun hüzuruna gəlib ərz etdi: Əgər qızını mənə versən, sizin mənzilinizdən öz mənzilimə qədər ipək və məxmər xalçalar döşəyəcəyəm (müəyyən etdiyi o böyüklükdə mehriyə ilə belə).
Bu xəbəri də oxu: İstirahət gününün HAVASI
Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: Görək Allah nə istəyir. Bəli, Həzrəti Zəhra əleyha salam-ın həyat yoldaşı Həzrət Əmir olmalıdır ki, onların toy gecəsindəki xalçaları yerin qumları idi. Rəvayətdə var ki, bütün xəzinələri Həzrət Rəsula verdilər, amma qəbul etmədi və buyurdu ki, axırı ölümdür. Əli əleyhis-salam buyurur: "Əgər bizim heç bir eyb və nöqsanımız olmasa, amma Peyğəmbərin istəmədiyi şeyi istəsək, (eybli sayılmaq üçün) kifayətdir. Peyğəmbər dünyanı istəmirdi." Görəsən Peyğəmbər, ondan üz döndərən müşriklərdən bir şey istəmişdi ki, onlara baha başa gəlsin?!
Musa və arpa çörəyinin borcu
Həzrət Əmir əleyhis-salam "Nəhcül-bəlağə"nin xütbələrindən birində bir neçə peyğəmbərlərin adını qeyd edir. O cümlədən, Musa ibni İmran barəsində buyurur: O Həzrət o qədər səhranın otlarından və göyərtilərindən yedi ki, göylüyü qarnından görünürdü. Şüeyb Peyğəmbərin qızları üçün su çəkəndən sonra ona arpa çörəyi verdilər, Allaha şükr etdi və dedi: "Ey Rəbbim, Sən mənə nazil etdiyin xeyrlərə ehtiyaclıyam." İsəbni Məryəm əleyhis-salamın döşəməsi torpaq çırağı ay idi. Peyğəmbər qadınlarının hücrələrindən birinə gələndə üstündə rəngarəng şəkildə olan bir pərdə gördü, o pərdəni hücrənin qapısına asmışdılar. Həzrət buyurdu: "Bu pərdəni götürün, mən onu görməklə dünya fikrinə düşürəm." Mərhum Məclisi "Biharul-ənvarda" nəql etmişdir ki, Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm hər vaxt səfərdən qayıdanda əvvəlcə Həzrət Zəhra əleyha salam-ın mənzilinə gedirdi. Bir gün səfərdən qayıdanda Həzrəti Zəhra əleyha salam-ın evinə daxil oldu, gördü ki, qızının boynunda boyunbağı, əllərində bilərzik, qulaqlarında sırğa var və hücrənin qapısına bir pərdə asılıbdır. Rəsuli Əkrəm dərhal o evdən çölə qayıtdı. Həzrət Zəhra əleyha salam onun qayıtmasının səbəbini başa düşdü, Həzrət Həsən və Hüseyn əleyhis-salamı çağırıb bəzək əşyalarını Peyğəmbərin yanına göndərib dedi: "Babanıza deyin ki, bunları Allah yolunda sərf etsin." Rəsul Əkrəm səlləllahu əleyhi və alihi və səlləm üç dəfə buyurdu: "Atası ona qurban olsun!" Həsən və Hüseyn əleyhiməs-salam-a buyurdu ki, Ali-Mühəmmədin dünya malı ilə nə işi! Əgər dünyanın milçəyin qanadı qədər dəyəri olsaydı, Allah yanında ondan düzələn su şərbətini kafirə verməzdi.
Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yeni görüntüləri yayıl�
Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vila
Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözl
Baş beyin şişi və xərçənginin əlamətləri uzun müddət özünü gizlə
Braziliyada 39 yaşlı qadın qızını təxminən 20 ilə yaxın qapalı yerdə
Bərzəx aləminin nümunəsi bu dünyada yuxu görməkdir. İnsan yuxuda çoxlu
Ömrü boyu yaxşı riyaziyyatçı olmaq istəyən Abraham de Muavr ən böyük
Dünyanı cənginə alan yaddaş və beyin pozuntusu Alsgeymerin gəlişini ill�
Putin mümkün olan yerdə və tarixə istinad etmədən ordusu ilə hücuma ke�
Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına
Allahın buyurduğu "əgər bacarırsınızsa Quran kimi bir surə gətirin
Hər evin dərman qutusunda yod şüşəsini tapmaq olur. Yod ilk tibbi yardım
İbn Əsəm "Əl-Fütuh"da qeyd edir ki, Yezid ibn Müaviyənin məktu
"Səninləyəm Türkiyəm" adlı yardım kampaniyasının 3-cü mərh�