Sevgi cəsarətdir


Digərləri 11 Fev 2023 21:10:00 268 0

Sevgi cəsarətdir

Sevgi cəsarətdir! Sevəndən sevgisini sübut üçün cəsarət istəyər.

Sevgi fədakarlıqdır! Sevəndən sevgisi üçün sevdiklərindən fəda etməsini istəyər. Sevgi paylaşmaqdır! Sevəndən sevgi sədəqəsi umar. Ən sonunda sevgi həyatdır! Sevənin sevdiyini yaratmasıdır... Sevdiyinin yaşaya biləcəyi həyatı ona verməsidir... Sevginin ən böyük müəllimi Allah, ən böyük tələbələri Onun Rəsulları, ən böyük təlim kitabı isə Qurandır. Məhz bu təlim kitabında uca Yaradan quluna sevgi dərsi öyrədir: ona cəsarəti, fədakarlığı, paylaşmağı... öyrədir. Yaradan sevir və sevdiyini yaradır. O, hələ yox ikən onu sevir, onu sevgi ilə yaradır, ona Öz ruhundan üfürür və ona həyat verir. Yaradan sevir və Onu sevənlərin sevgi hekayələrini Öz müqəddəs Kitabında anaraq gələcək məzunlara nümunə göstərir: Sevgi - Həzrəti Nuh kimi tufan qarşısına iman çıxarmaqdır. Sevgi - Həzrəti İbrahim kimi can, mal, övlad fəda etməkdir. Qurban vermənin ən uca zirvəsinə yüksələ bilməkdir. Sevgi - Atəşə atılmağı bacarmaqdır. Yanmamaq üçün deyil, yanmaq üçün atəşə könüllü girməkdir. Sevgi - Atəş qarşısına İMAN çıxartmaqdır. Sevgi - Həzrəti İsmayıl kimi Canana can fəda etmək cəsarətdir. Sevgi - Zəm-zəminə qovuşmaq üçün Həzrəti Həcər kimi təslim olmaqdır. Səfa ilə Mərva arasında qaçışdır. Qovuşacağını bilərək sevgiyə doğru yürüməkdir. Sevgi - Ali İbrahim və Ali İmran kimi olub aləmlərə nümunə olan bir ailə modelinin təməl daşları olmaqdır. Sevgi - Həzrəti Yusif kimi zindana salınmaq təhlükəsi olsa belə, dünya adlı Züleyxaya arxa çevirməkdir. Sevgi - Dənizi yara bilmək üçün Həzrəti Musa kimi imana sahib olmaqdır. Sevgi - Həzrəti Asya olub Fironuna müharibə elan edə bilməkdir. Sevgi - Həzrəti Eyyub kimi bəlanı sevərək qəbul etməkdir. Sevgi - Həzrəti Yunus kimi balıq qarnında olsa da belə, səcdə etməyi bacarmaqdır. Sevgi - Hannə kimi ana olmaqdır. Bətnində hələ heç doğulmamış körpəsini Allaha bir təşəkkür borcu olaraq qurban vermək cəsarətidir. Sevgi - Həzrəti Məryəm kimi rüku və səcdə edənlərlə birlikdə əyilməkdir. Çünki, bu əyilməyi səndən sənin Sevdiyin sevginə isbat olaraq tələb edir. Sevgi - Həzrəti İsa kimi sənə gələnləri dirildə bilməkdir. Sevgi - Həzrəti Məhəmməd (s.ə.v.v.) kimi həbibullah zirvəsinə ucalmaqdır. Sevgi - Həzrəti Xədicə kimi malını və canını sevdiklərinin yolunda fəda edə bilməkdir. Sevgi - Həzrəti Əli kimi Sevdiyin üçün dost yatağına uzanmaqdır, ona gələn bəla mənə gəlsin deyə bir də yorğanı başına çəkməkdir. Sevgi - Həzrəti Fatimə ola bilməkdir ki, yaşadığı eşq dillərə dastan olsun. Dünyanın ən böyük sevgi romanları onun kölgəsində dayanmağa belə cəsarət etməsinlər... Sevgi - Şəhid səhabələr kimi şəhadət şərbətini sevərək içməkdir. Sevgi - Ölümsüzlük məktəbinin məzunu olmaqdır... Sevgi elə bir məktəbdir ki, yalnız onun məzunları Cənnət əhli ola bilərlər. Çünki, onlar təhsilin ən uca zirvəsinə yüksələ bilənlərdir. Quran adlı elmin sirlərinə vaqif olanlar Sevdiklərinin nəyi sevib, nəyi sevmədiyini çox yaxşı bilirlər. Sevgililəri nədən xoşlanmadığını onlara elə bir vəhylə söyləyir ki, o vəhyi duya bilmək üçün sevməyi bacarmaq lazımdı. "Allah, xainləri sevməz" [8/58] "Allah, tövbə edənləri sevər" [2/222] "Allah fəsadçıları sevməz" [5/54] "Allah müttəqiləri sevər" [3/76] "Allah, həddi aşanları sevməz" [3/57] "Allah, ədalətli olanları sevər" [5/42] "Şübhəsiz Allah, xəyanətdə irəli getmiş günahkarı sevməz" [4/107] "Allah, yolunda qurşunla qaynadılmış sağlam divar kimi saf halında savaşanları sevər" [61/4] "Allah, təkəbbürlük göstərib özündən razı olanları sevməz" [4/107] "Allah (hər cür pislikdən) təmizlənərək pak olanları sevər" [9/108] Sevgi - Sevməyi bacarmaqdır. Sevgi - Fəda etməyə hazır olmaqdır. Sevgi - Sevdiyin tərəfindən sevildiyini yəqinliklə bilməkdir. Sevgi - Yalnız paylaşdıqca çoxalan ən böyük nemətdir. Sevmək - Qovuşmağa can atmaqdır... Hər sevginin ən xoşbəxt sonluğu vüsaldır. Hər vüsal bir sevgi bayramıdır. Sevənlərin bayramı bir anlıq, bir günlük, bir fəsillik ola bilməz. Sevgi əbədi sürən Cənnət ləzzətidir. Sevginin görüş yeri-Nəim Cənnəti, görüş vaxtı-Qiyamət günü, qovuşmağın müjdəsi isə-Salamdır. Qiyamət iki sevənin görüş vaxtıdır. Namazında Allahla görüşə bilmək üçün qiyam edə bilənlər qiyamətə bir bəla kimi deyil, bir müjdə kimi, həsrətin sonu, vüsalın gəlişi kimi baxa bilərlər. İçindəki sevgi düşmənlərinə qarşı qiyama qalxanlara qiyamətdə Salam veriləcək. Yaradan onlar üzərində olan nemətini tamamlayacaq və onlardan razı qalacaqdır. Çünki, "O, onları sevir, onlar da Onu."

Toyuq və hinduşka əti hansı halda xərçəng yaradır like
  • 11 Fev 21:01  
Digərləri Toyuq və hinduşka əti hansı halda xərçəng yaradır

Onkoloqlar toyuq və hind quşu ətinin onkoloji xəstəlikləri aktivləşdirm�

arrow Ətraflı
BMTdən QORXULU AÇIQLAMA: "Ölənlərin sayı like
  • 11 Fev 20:56  
Dünya BMTdən QORXULU AÇIQLAMA: "Ölənlərin sayı

Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keç

arrow Ətraflı
Peyğəmbər dünya malına etina etmirdi like
  • 11 Fev 20:55  
Digərləri Peyğəmbər dünya malına etina etmirdi

Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti R�

arrow Ətraflı
Xilasedicilər dağıntılar altında qalan ailənin like
  • 11 Fev 20:53  
Dünya Xilasedicilər dağıntılar altında qalan ailənin

Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların

arrow Ətraflı
Həbsdə olan Saakaşvilinin like
  • 11 Fev 20:52  
Dünya Həbsdə olan Saakaşvilinin

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yeni görüntüləri yayıl�

arrow Ətraflı
Gürcüstanda baş verən zəlzələ Türkiyədə də like
  • 11 Fev 20:51  
Dünya Gürcüstanda baş verən zəlzələ Türkiyədə də

Gürcüstanda baş verən 4,6 bal gücündə zəlzələ Türkiyənin Artvin vila

arrow Ətraflı
Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz like
  • 11 Fev 20:50  
Digərləri Allah cisim deyildir və heç vaxt gözlə müşahidə olunmaz

Biz inanırıq ki, Allah-təala heç bir vaxt gözlə görülməz. Çünki gözl

arrow Ətraflı
Beyin şişinin gizli əlaməti budur like
  • 11 Fev 20:45  
Digərləri Beyin şişinin gizli əlaməti budur

Baş beyin şişi və xərçənginin əlamətləri uzun müddət özünü gizlə

arrow Ətraflı
Ana qızını 20 il qapalı yerdə saxladı like
  • 11 Fev 20:42  
Digərləri Ana qızını 20 il qapalı yerdə saxladı

Braziliyada 39 yaşlı qadın qızını təxminən 20 ilə yaxın qapalı yerdə

arrow Ətraflı
Yuxubərzəx aləminin kiçik nümunəsi like
  • 11 Fev 20:40  
Digərləri Yuxubərzəx aləminin kiçik nümunəsi

Bərzəx aləminin nümunəsi bu dünyada yuxu görməkdir. İnsan yuxuda çoxlu

arrow Ətraflı
Dünyada yalnız o, öləcəyi günü hesablayıb TAPDI: hamını çaşbaş salan like
  • 11 Fev 20:39  
Digərləri Dünyada yalnız o, öləcəyi günü hesablayıb TAPDI: hamını çaşbaş salan

Ömrü boyu yaxşı riyaziyyatçı olmaq istəyən Abraham de Muavr ən böyük

arrow Ətraflı
Nevroloq erkən demensiyanın ilk əlamətini – like
  • 11 Fev 20:30  
Digərləri Nevroloq erkən demensiyanın ilk əlamətini –

Dünyanı cənginə alan yaddaş və beyin pozuntusu Alsgeymerin gəlişini ill�

arrow Ətraflı
Putin mümkün olan yerdə hücuma keçəcək like
  • 11 Fev 20:27  
Siyasət Putin mümkün olan yerdə hücuma keçəcək

Putin mümkün olan yerdə və tarixə istinad etmədən ordusu ilə hücuma ke�

arrow Ətraflı
“Ali təhsil haqqında” qanun bir ildir qəbul olunmur like
  • 11 Fev 20:26  
Digərləri “Ali təhsil haqqında” qanun bir ildir qəbul olunmur

Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işləri planına

arrow Ətraflı
Quran kimi bir surə gətirə bildilərmi? like
  • 11 Fev 20:20  
Digərləri Quran kimi bir surə gətirə bildilərmi?

Allahın buyurduğu "əgər bacarırsınızsa Quran kimi bir surə gətirin

arrow Ətraflı