Kin və ücb haqqında
Digərləri 11 Fev 2023 21:55:00 319 0
Allah düşmənləri istisna olmaqla insanlara sevgi və məhəbbət vacibdir. Yaxınları yoxlamaq (sileyi-rəhm) dində vacib buyurulmuş xeyir əməllərdəndir. Kinli insan bu xeyir işdən məhrum olur. Kin insanın qəlbini çirkləndirir, onun ruhunu zülmətə qərq edir, nəhayət insanı Allahın rəhmətindən uzaq salır.
Bu xəbəri də oxu: 54 yaşlı kişinin iş yerində meyiti tapıldı
Həzrət Peyğəmbər (s) buyurur: "Cənab Cəbrayıl hər dəfə mənim yanıma gələndə dedi: "Ey Məhəmməd, xalqla düşmənçilikdən çəkin." Həzrət Əli (ə) buyurmuşdur: "Nadanlığın başı xalqla düşmənçilikdir"; "Xalqla düşmənçilik nadanların xüsusiyyətidir." İmam Sadiq (ə) buyurmuşdur: "Xalqla düşmənçilikdən çəkin. Bu, həlakətə və eyiblərin açılmasına səbəb olar".
Ücb (Özündən razılıq) Özünə güvənmək, öz əməlindən razı qalmaq çox çirkin günahdır. İnsan Allahın mülküdür, onun həyat və ölümü Allahın əlindədir. Ruzi, ibadət və istənilən hər hansı bir başqa xeyir iş yalnız Allahın iradəsi ilə mümkün olur. Əgər insan müstəqil halda heç bir iş bacarmırsa, hansı əsasla başını dik tutmalıdır?! İmam Sadiq (ə) buyurur: "Xudpəsəndliyə düçar olan şəxs həlak olasıdır." "Alim bir şəxs abidin yanına gəlib dedi: Necə namaz qılırsan? Abid cavab verdi ki, mənim kimidən soruşursan ki, necə namaz qılırsan? Mən elə əvvəldən Allaha belə-belə ibadətlər edirəm. Alim soruşdu ki, ağlamağın necədir? Abid cavab verdi: Gözümdən yaş sellələnədək ağlayıram. Alim dedi: Düzü, ağlayıb lovğalanmaqdansa, gülüb Allahdan qorxmağın daha yaxşıdır. Doğrudan da, özünü bəyənənin heç bir işi Allah dərgahına qalxmaz." İslam Peyğəmbəri (s) buyurur: "Allah-Taala Davuda buyurdu: Ey Davud! Günahkarlara müjdə ver, siddiqləri (möminləri) qorxut. Davud ərz etdi ki, günahkarlara müjdə verim siddiqləri qorxudum? Allah-Taala buyurdu: Ey Davud! Günahkarlara müjdə ver ki, tövbələrini qəbul edər, günahlarını bağışlayaram. Siddiqləri qorxut ki, əməllərini bəyənib lovğalanmasınlar. Çünki mənə hesab verən bəndə (bağışlamasam) həlak olar".
Həzrət Mehdi (əc.) haqqında verilən suallar çoxdur. Biz bütün bunların
Qalxanvari vəz boğazda yerləşən çox kiçik kəpənəyəbənzər orqan olub
İbadət yalnız Allaha məxsusdur. Deməli, Allah-təaladan başqasına (qeyris
Tərkibində 12 aminturşusu olan şorba insan orqanizmi üçün ən faydalı el
"Zəlzələ bölgəsindəki bəzi şəhərlərimizi yenidən inşa edəcəy
NATO zəlzələ fəlakəti ilə mübarizə aparan Türkiyədə sığınacaq obye
Ölkəmizin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq
Türkiyənin "FOX TV" telekanalına açıqlama verən geofizik Tuncay
Türkiyə Voleybol Federasiyası (TVF) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (Q
Onkoloqlar toyuq və hind quşu ətinin onkoloji xəstəlikləri aktivləşdirm�
Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keç
Sərvətli şəxslərdən biri olan Əbdürrəhman elçilik üçün Həzrəti R�
Hatayın Antakya rayonundakı zəlzələdə dağıntıları altında qalanların