Melaniya Trampın heykəli oğurlandı
Dünya 16 May 2025 00:20:00 104 0
ABŞ-ın birinci xanımı Melaniya Trampın doğma vətənində-Sloveniyada əvvəlcə taxta heykəli yandırılmışdı, onun yerinə qoyulan bürünc heykəl isə indi yoxa çıxıb. Bu səbəbdən polis istintaqa başlayıb.
Bu haberi de oku: İranda molla belə qaçırıldı
Son.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin birinci xanımı Melaniya Trampın bürüncdən hazırlanmış heykəli 2020-ci ildə onun Sevnitsa şəhəri yaxınlığında, bir ağac kötüyü üzərində yerləşdirilmişdi. Bu heykəl, daha əvvəl eyni məkanda olan və yandırılan taxta heykəlin yerinə qoyulmuşdu.
Polis və heykəlin müəllifi - amerikalı konseptual rəssam Bred Douninin verdiyi məlumata görə, heykəl topuqlarından kəsilərək naməlum şəxslər tərəfindən aparılıb.
Polis sözçüsü Alenka Drenik Ranqus AFP-yə bildirib:
"Oğurluq faktı mayın 13-də bildirildi və polis dərhal hadisə yerinə gələrək istintaqa başladı."