İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq
Dünya 23 May 2025 00:27:00 69 0
Gələn ay ABŞ-nin Texas ştatının Ostin şəhərində "Tesla" şirkətinin sürücüsüz taksiləri istifadəyə veriləcək.
Bu haberi de oku: Saxta nikah qalmaqalı: Ukraynalı qadınlarla evlənən azərbaycanlılar
Son.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask açıqlama verib.
İlkin mərhələdə cəmi 10 robotaksi fəaliyyət göstərəcək. Əgər sınaq uğurlu olarsa, bu say minlərlə avtomobilə qədər artırılacaq. Mask əlavə edib ki, növbəti mərhələdə bu xidmət Kaliforniyanın Los-Anceles və San-Fransisko şəhərlərində də təqdim olunacaq. Təhlükəsizlik məqsədilə avtomobillər tamamilə sürücüsüz olacaq, lakin onların idarəsi məsafədən "Tesla" əməkdaşları tərəfindən həyata keçiriləcək. Şirkətin texnologiyası kamera, süni intellekt və kompüter görməsinə əsaslanır, lidar və radar sensorlarından istifadə edilmir. Asya Son.az
Kaynak: milli.az