Doğum sancısı başlayan aparıcı canlı yayımda xəbər oxumağa davam etdi


Dünya 22 May 2025 21:24:00 79 0

Doğum sancısı başlayan aparıcı canlı yayımda xəbər oxumağa davam etdi

Doğum sancısının gəlməsinə baxmayaraq WRGB xəbər aparıcısı Olivia Jaquith səhər tezdən xəbərlər proqramını aparmağa davam edib.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, aparıcı həmkarı Julia Dunn səhər proqramının əvvəlində izləyicilərə belə bir açıqlama verib:

"Bu səhər sözün əsl mənasında təcili xəbərimiz var. Olivia hazırda doğum sancıları içində xəbərləri təqdim edir."

Bütün bu hadisələr yetərincə təsirli olsa da, Jaquith vəziyyəti bir qədər yumşaltmağa çalışaraq deyib:

"Hələ erkən doğum mərhələsindəyəm, çox da şişirtməyək."