Hücum nəticəsində ölən səfirlik əməkdaşlarının FOTOsu Toyları olacaqdı...


Dünya 22 May 2025 13:45:00 87 0

Hücum nəticəsində ölən səfirlik əməkdaşlarının FOTOsu  Toyları olacaqdı...

Xəbər verdiyimiz kimi, ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən "Capital" Yəhudi Muzeyinin qarşısında baş verən silahlı hücum nəticəsində İsrail səfirliyində çalışan iki diplomat həyatını itirib.

Son.az xəbər verir ki, cütlük - Almaniya və İsrail vətəndaşlığı olan Yaron Lischinsky və onun nişanlanmaq üzrə olduğu sevgilisi Sarah Milgrim səhər saatlarında baş verən silahlı hücumun qurbanı olublar. Hadisə zamanı hücumçu "Fələstinə azadlıq!" şüarları səsləndirib. Hücumu törədən 30 yaşlı Elias Rodriguez adlı şəxs qısa müddət sonra saxlanılıb.

Yaron Lischinsky İsrailin Vaşinqtondakı səfirliyində Orta Şərq və Şimali Afrika məsələləri üzrə tədqiqatçı kimi çalışıb. Sarah Milgrim isə eyni səfirlikdə ictimai diplomatiya şöbəsində işləyirdi və "American University"də beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi almışdı. Cütlük hücumdan öncə həmin muzeydə keçirilən "Gənc Diplomatlar" tədbirinə qatılmışdı.

İsrailin ABŞ-dəkı səfiri Yechiel Leiter bildirib ki, Lischinsky yaxın günlərdə Qüdsdə evlilik təklifi etməyi planlaşdırırdı və bu həftə nişan üzüyü almışdı.