Gənc qadın bir gecədə xarici dili unutdu – Səbəb tibb aləmini heyrətləndirdi
Dünya 21 May 2025 17:50:00 98 0
Çində həkimlər nadir və maraqlı bir tibbi hadisə ilə qarşılaşıblar. 24 yaşlı bir qadın qəfildən ingilis dilində danışmaq qabiliyyətini itirib.
Bu haberi de oku: Egey dənizində güclü zəlzələ oldu Əhali təşviş içində
Son.az xəbər verir ki, qadın əvvəlcə özünü pis hiss edib və güclü baş ağrıları yaşayıb. Quançjou şəhərində yerləşən Quandun əyalət xəstəxanasının neyrocərrahiyyə şöbəsinin müdiri Van Fenin sözlərinə görə, qadın mandarin və kanton dialektlərində sərbəst danışmağa davam etsə də, ingilis dilində ünsiyyət bacarığını tamamilə itirib.
Başlanğıcda həkimlər bu halı beyin şişi ilə əlaqələndirsələr də, MRT müayinəsi nəticəsində qadının beyninin sol nahiyəsində qanaxma aşkarlanıb. Məhz bu qanaxma, beynin dil funksiyalarına cavabdeh hissəsində baş verdiyi üçün, onun yalnız ingilis dili bacarığına təsir göstərib.
Keçirilən neyrocərrahiyyə əməliyyatı uğurla nəticələndikdən sonra qadın ingilis dilində danışmaq qabiliyyətini bərpa edib və xaricdəki təhsilinə davam edə bilib.
Hadisə sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Bir çox istifadəçi bu vəziyyətə yumorla yanaşaraq zarafatlar yazıblar: