ABŞdə iki israilli diplomat qətlə yetirildi VİDEO FOTO
Dünya 22 May 2025 10:30:00 65 0
ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib.
Bu haberi de oku: İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq
Son.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik katibi Kristi Noem açıqlama verib.
"Noem bildirib ki, bu gecə Vaşinqtonda Yəhudi Muzeyinin yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb " .
İsrail səfirliyinin sözçüsü hadisəyə münasibət bildirərək deyib ki, həlak olan şəxslər yaxın məsafədən atəşə tutulub.
Qeyd olunur ki, atışma zamanı İsrail səfiri hadisə yerində olmayıb.
Şübhəli bilinən şəxs saxlanılıb. Şübhəli şəxs Çikaqodan olan 30 yaşlı Elias Rodriqesdir. Atışmadan əvvəl onun muzeyi dolaşması müşahidə edilib.