Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq


Dünya 22 May 2025 18:00:00 67 0

Ay Yerdən uzaqlaşır: Günlər daha uzun olacaq

Alimlər müəyyən ediblər ki, Yer kürəsinin təbii peyki olan Ay zamanla planetimizdən uzaqlaşır. Bu proses çox yavaş gedir ildə cəmi 38 millimetrdir.

Mİlli.Az xəbər verir ki, Madison və Kolumbiya universitetlərindən olan tədqiqatçıların araşdırmalarına görə, təxminən 1,5 milyard il əvvəl Yer gününün uzunluğu cəmi 18 saat olub. Həmin dövrdə Ay hazırkı mövqeyindən 44 min kilometr daha yaxın idi.

Astrofiziklər bildirirlər ki, Ayla Yer arasındakı məsafənin artması Yerin öz oxu ətrafında fırlanmasına, iqlimə və günlərin uzunluğuna təsir göstərir. Proqnozlara əsasən, bir neçə milyard ildən sonra Ayın orbiti iki dəfə böyüyəcək və Yer kürəsində bir günün müddəti 870 saata çatacaq.