7 ayda 25 kişi ilə evlənən qadın həbs edildi
Dünya 21 May 2025 20:39:00 102 0
Hindistanda 23 yaşlı bir qadın Anuradha Pasvan ölkənin müxtəlif bölgələrində 25 kişi ilə evlənib və onları aldadaraq qiymətli əşyalarını ələ keçirməkdə ittiham olunaraq saxlanılıb.
Son.az xəbər verir ki, o, evlilik və sevgi vədləri ilə kişiləri tora salıb, qısa müddət sonra isə ailələrindən oğurluq edərək izini itirib.
Araşdırmalar zamanı məlum olub ki, Anuradha hər dəfə evlənmək üçün saxta sənədlərdən istifadə edib. Toydan dərhal sonra bir neçə gün ərinin ailəsi ilə yaşayıb, daha sonra isə evdəki pul, qızıl və elektronik cihazları götürərək gecə ikən yoxa çıxıb.
Kaynak: milli.az