Sürücülərin diqqətinə! Sabahdan bu yol tam bağlanır


Digərləri 08 May 2025 17:06:00 65 0

Sürücülərin diqqətinə!  Sabahdan bu yol tam bağlanır

Bakıda Əhməd Rəcəbli küçəsi tam bağlanır.

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişmədən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə, hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.

Bu barədə Son.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

"Qeyd olunanları nəzərə alaraq, mayın 9-da saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişmədən Fətəli Xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkəti tam şəkildə məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - deyə məlumatda bildirilir.