Ev satmağa tələsməyin: kəskin BAHALAŞACAQ


Digərləri 08 May 2025 22:49:00 81 0

Ev satmağa tələsməyin: kəskin BAHALAŞACAQ

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq. 

Bəs bahalaşmanın səbəbləri nədir? 

Məsələ ilə bağlı Son.az-a iqtisadçı Kənan Qulizadə açıqlama verib:

"Bakının bəzi ərazilərindəki evlərin qiyməti son 3 ildə 2 dəfədən daha çox artıb". 

İqtisadçının sözlərinə görə, 2022-ci ilin mart-aprel aylarında paytaxtın mərkəzi rayonlarında yeni tikililərin qiyməti xeyli aşağı olub. Mənzil bazarında baş verən qiymət artımlarının əsas səbəblərindən biri təklifin məhdudlaşması ilə bağlıdır. Nəsimi və Xətai rayonlarında xüsusilə 3 il əvvəl kvadratı 1600-2000 civarında olan mənzillər hazırda 2300-5000 manat aralığındadır. Bu bilavasitə sünii bahalaşmadır. Bu bahalaşmanın səbəbləri tikinti materialları, tikinti xidmətlərinin baha olması ilə bağlıdır.