Bədən yaxşı görünsün deyə içirik, ancaq öldürə bilər Həkim açıqladı


Digərləri 08 May 2025 22:00:00 84 0

Bədən yaxşı görünsün deyə içirik, ancaq öldürə bilər  Həkim açıqladı

Son illərdə gənclər arasında protein tozu istifadəsi sürətlə artıb. Bədən quruluşunu inkişaf etdirmək və əzələ kütləsini artırmaq məqsədilə istifadə edilən protein tozları əslində yanlış istifadə hallarında ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qastroenterologiya üzrə mütəxəssis Prof. Dr. Vedat Göral protein tozlarının zərərli tərkib hissələrinin qaraciyər funksiyasını pozaraq, qaraciyər çatışmazlığı, siroz və hətta qaraciyər transplantasiyasına qədər ciddi problemlərə səbəb ola biləcəyini bildirib.

"Protein tozları məsum deyil", - deyən Prof. Dr. Göral gənclərin xüsusən də əzələ kütləsini artırmaq məqsədilə protein tozlarına yönəldiklərini bildirib. Bu tozlar daha fit bədən təqdim etsə də, həmişə zərərsiz olmurlar. Protein tozları əsasən süd, yumurta, soya və peynir altı suyu (whey proteinləri) əsasında hazırlanır. Lakin bunlara bəzən toksik maddələr və anabolik steroidlər də əlavə oluna bilər ki, bu da bədənin əzələ kütləsini artırmaqla yanaşı, qaraciyər funksiyalarını pozaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Prof. Dr. Göral, xüsusən alkoqol ilə birlikdə istifadə olunan protein tozlarının daha təhlükəli olduğunu və qaraciyər xəstəlikləri və qaraciyər yağlanması olan insanlar üçün ciddi təhlükə yaratdığını bildirdi. Bu məhsullar yalnız qaraciyəri deyil, həmçinin böyrək funksiyalarını da poza bilər. Bəzən bu tip əlavələr ürək problemlərinə və hətta ölüm hallarına gətirib çıxara bilər.