Ruhiyyə Hacıyevaya yüksək vəzifə verildi


Digərləri 09 May 2025 01:03:00 73 0

Ruhiyyə Hacıyevaya yüksək vəzifə verildi

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov özünə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, sərəncama əsasən Ruhiyyə Hacıyeva icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin olunub.

Xanım müavin bu yüksək posta təhsil sahəsindən gəlib. Bu vəzifəyə qədər o, Siyəzən şəhərindəki İnteqrasiya təlimli və internat tipli gimnaziyanın direktoru olub. Son.az