Türkiyədə 126 nəfər toyuqdan zəhərləndi
Digərləri 08 May 2025 23:24:00 154 0
Samsun Organize Sənaye Bölgəsində 7 müxtəlif fabrikdə çalışan 126 işçi yemək şirkətinin göndərdiyi toyuq yeməyindən zəhərlənib. Xəstəxanaya aparılan işçilərin vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Bu haberi de oku: Ali Məhkəmədən "TikTok"da təhqir məsələsi ilə bağlı mühüm qərar
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yemək şirkəti tərəfindən hazırlanan toyuq yeməyi 7 fabrikdə çalışan işçilərə paylanılıb. Yeməyi yedikdən qısa müddət sonra qusma, qızdırma, ürəkbulanma və başgicəllənməsi kimi şikayətlər yaşayan 126 nəfər xəstəxanaya müraciət edib.
Kaynak: milli.az