Ağcaqanadlardan qorunmaq üçün nə rəng paltar geyinək?
Digərləri 30 May 2025 04:04:00 89 0
Yay mövsümünün yaxınlaşması ilə ağcaqanad problemi yenidən gündəmə gəlib.
Bu haberi de oku: Lazer salonuna gizli kamera yerləşdirib çəkilən videoları Telegramda satırlarmış FOTO
Son.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu narahatedici həşəratlardan qorunmaq üçün yalnız spreylərə deyil, geyim rənginə də diqqət yetirmək lazımdır.
Son elmi araşdırmalara görə, ağcaqanadlar qara, tünd mavi və qırmızı rənglərə daha çox cəlb olunurlar. Bu rənglər istiliyi daha çox saxladığı və optik olaraq həşəratlar üçün daha cəlbedici göründüyü üçün ağcaqanadlar həmin geyimlərə yaxınlaşmağa meyillidirlər.
Əvəzində isə ağ, yaşıl və açıq mavi kimi açıq tonlu paltarlar ağcaqanadlar tərəfindən daha az cazibədar sayılır və bu rənglərə bürünən insanlara yaxınlaşma ehtimalı aşağı olur.
Bioloq və entomoloqlar bildirirlər ki, ağcaqanadlar qoxu və bədən istiliyi ilə yanaşı, rəngə qarşı da seçici davranış sərgiləyirlər. Ona görə də açıq rəngli geyimlər yay aylarında həm istilikdən qorunmaq, həm də bu həşəratlarla təmasdan qaçmaq üçün ikiqat faydalı hesab olunur.