"Ford" bu avtomobilləri geri çağırır


Digərləri 31 May 2025 04:04:00 91 0

"Ford" bu avtomobilləri geri çağırır

"Ford" arxa görüntü kameralarındakı nasazlığa görə ABŞ-da 1.1 milyon avtomobili geri çağırır

Son.az xəbər verir ki, amerikalı avtomobil nəhəngi "Ford" arxa görüntü kameralarında aşkarlanan texniki nasazlıq səbəbilə ABŞ ərazisində 1.1 milyona yaxın avtomobili geri çağırmaq qərarına gəlib.  

Məlumata əsasən, sözügedən nasazlıq kameraların proqram təminatı ilə bağlıdır. Belə ki, proqramdakı səhv səbəbindən geri ötürücü kamerada görüntü ya tamamilə itə bilər, ya da səhv şəkildə əks oluna bilər. Bu da sürücünün arxa sahədəki vəziyyəti düzgün dəyərləndirə bilməməsi ilə nəticələnir ki, bu da qəza riskini ciddi şəkildə artırır. ABŞ-ın Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) bu problemi potensial təhlükə kimi qiymətləndirib.

Geri çağırılma kampaniyası 2021-2024-cü illər arasında istehsal olunan "Bronco", "F-150", "Edge" modellərini, eyni zamanda 2023-2024-cü illərdə buraxılan "Escape", "Corsair", "F-250", "F-350", "F-450", "F-550" və "F-600" modellərini əhatə edir. Bu modellərdən bəziləri həm şəhərdaxili istifadə, həm də yükdaşıma və ağır iş şəraitinə uyğun olaraq geniş şəkildə istifadə olunur.